Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk Akalınla görüş keçirilib Humanitar elmlər, Turan 31 мая 2018 Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universiteti “Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru, professor Şükrü Haluk Akalınla görüş keçirilib.İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb.Akademik İsa Həbibbəyli professor Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Akademik onu da nəzərə çatdırıb ki, Şükrü Haluk Akalın Azərbaycanın mənafeyini, mövqeyini müdafiə edən şəxsiyyətlərdən biridir. Son illərdə onunla akademik Möhsün Nağısoylu arasında qardaşlıq, dostluq münasibəti formalaşıb ki, bu da Türkiyə dilçilik mühitinin əlaqəsi deməkdir. Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Şükrü Haluk Akalının Azərbaycan dilində səlis danışmağı Azərbaycan dilinə olan sevgisindən irəli gəlir. Yaxın gələcəkdə Haluk bəy Nəsimi adına Dilçilik İnstitutunun Fəxri doktoru adına da layiq görüləcək.Görüş çərçivəsində professor Şükrü Halûk Akalın “Çağdaş Sözlükçülükte Elektronik Sözlükler ve Türk Dilinin Elektronik Sözlükleri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Türkiyə türkcəsində elektron sözlüklərdən 1990-cı illərdən istifadə olunmağa başlanılıb. Ş.H.Akalın həmçinin, 12 cildlik “Türkiyə türkcəsinin dialektoloji lüğət”inin əhəmiyyətindən də bəhs edib.Daha sonra çıxış edənlər Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar danışıblar. Hüsniyyə ÇOBANOVA,ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.