AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilibAMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” kitabının təqdimatı keçirilib AMEA-nın Əsas binasında “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Dilçi alim, rus şərqşünaslığının patriarxı, Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı, Kazan və Sankt-Peterburq universitetlərinin ordinar professoru Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” kitabını Azərbaycan dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov tərcümə edib.

ZiM.Az xəbər verir ki, təqdimat mərasimində AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Mirzə Kazımbəyin həyat və yaradıcılığı barədə danışıb. T.Kərimli ədibin Şərqdən qopmadan Qərb mədəniyyətinə inteqrasiya etdiyini və bunu öz əsərlərində peşəkarcasına göstərdiyini bildirib. Görkəmli dilçi alimin 33 yaşında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildiyini xatırladan T.Kərimli onun əsərlərinin bütün dünyada tədris olunduğunu diqqətə çatdırıb.

Alim 1839-cu ildə qələmə alınan “Türk-tatar dilinin ümumi qrammatikası” əsərinin ilk dəfə orijinal və müfəssəl şərhlərlə Azərbaycan dilinə tərcümə olunduğunu söyləyib. Qeyd edib ki, əsərdə Mirzə Kazımbəyin müasir dilçilik üçün xüsusi aktuallıq kəsb edən ideyaları və çoxcəhətli linqvistik fəaliyyəti araşdırılır, həmçinin onun dünya dilçiliyindəki layiqli mövqeyi müəyyənləşdirilir. T.Kərimli zəngin linqvistik-filoloji faktlarla təqdim olunan monoqrafiyanı tədqiqatçılar üçün əvəzsiz mənbə adlandırıb.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək əsərin tərcüməsinə 2014-cü ilin noyabrından başlanıldığını bildirib. "Nəşrin tərcüməsi üçün ərəb, türk, fransız dillərinin qrammatikasını, o cümlədən nəzəri və müqayisəli dilçiliyi mükəmməl bilmək lazımdır" - deyən alim M.Kazımbəyin yaradıcılığının Azərbaycanda tədqiqi istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Təqdimat mərasimində nəşrin elmi redaktoru, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək əsərin SSRİ dövründə tərcüməsinin baş tutmadığını, Azərbaycanın müstəqillik dövrünün bəhrəsi olduğunu bildirib. O, kitabın Azərbaycan dilçiliyində geniş istifadə edildiyini və ensiklopedik mahiyyət daşıdığını diqqətə çatdırıb.

Tədbirdə Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, fil.ü.e.d., professor Sayalı Sadıqova, Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, fil.ü.e.d., professor Buludxan Xəlilov, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin sədri Alfred Zakirov və digərləri çıxış edərək M.Kazımbəyin dilçilik elminin inkişafındakı xidmətlərindən, o cümlədən, nəşrin tərcüməsinin önəmindən danışıblar.

İclasda Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, fil.ü.e.d., professor İsmayıl Məmmədlinin “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” adlı məruzəsi də dinlənilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Humanitar elmlər, Turan
Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdı ...

Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdı ...

Yeni nəşrlər, Humanitar elmlər
“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Yeni nəşrlər, Turan
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Türk Dil Qurumunun sədri Gürer Gürsevin Dilçilik İnstitutunda görüşdə olub

Türk Dil Qurumunun sədri Gürer Gürsevin Dilçilik İnstitutunda görüşdə olub

Humanitar elmlər, Turan
“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"

"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfra ...

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: