AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib Elm » Humanitar elmlər 2 февраля 2017 2017-ci il fevralın 2-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları və institut rəhbərliyi öncə II Fəxri xiyabanda tananınmış dilçi alim,görkəmli akademik Ağamusa Axundovun məzarını ziyarət ediblər.Qeyd edək ki, bu gün akademik A.Axundovun anadan olmasının 85-ci ildönümü tamam olur. Gənclər öz sələfləri Ağamusa Axundovu yad edərək, məzarı üstünə əklil qoyublar.Həmçinin anım mərasimində Ağamusa Axundovun ailə üzvləri də iştirak edib.AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə xanım Şükürlü ZiM.Az-a bildirib ki, tədbiri giriş sözü ilə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açıb. O, öncə müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.M.Nağısoylu bildirib ki, “2 feval tarixinin Gənclər Günü kimi elan olunması ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir”.Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov çıxış edib. Vurğulayıb ki, son illər gənclər, onların qarşısına qoyulan bütün məsuliyyətli işləri yüksək səviyyədə həyata keçirir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır.Sonra M.Nağısoylu və C. Kazımov “Elmi fəaliyyətində səmərəli işlərinə görə” bir qrup gənc alimi - T.Şükürlü, A.Bəylərova, R.Abdullayev, P.İsmayəlov və A.Əhmədovanı Fəxri fərmanla təltif edərək onları daha böyük nailiyyətlər əldə etməyə səsləyib.Dilçilik İnstitutun Həmkarlar Təşkilatı “İnstitutun ictimai həyatında fəal iştirakına görə” bir qrup əməkdaşı – R.Heydərov, V.İbişova, E.Məmmədov, G.Həmidova, C.Fətiyeva və F.Məmmədovanı “Təşəkkürnamə” ilə təltif edib.Sonda çıxış edənlər bildirib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.Biz də ZiM.Az-ın yaradıcı heyəti və çoxminli oxucuları adından 2 fevral - Gənclər günü münasibətilə bütün gəncləri, xüsusilə də gənc alimlərimizi ürəkdən təbrik edir və onlara elmimizin inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.