Qalib ruhun əbədiyyət nəğməsi Elm » Elmi Məqalələr 3 ноября 2023 1390 100 1 2 3 4 5 Qələbə son deyil, başlanğıcdır, milli tərəqqi üçün yeni imkanlardır. Səlahəddin XəlilovBöyük tarixçilərin düşüncələrinə görə tarixin səhnəsində görünən böyük müharibələrin taleyini döyüşən odunun say üstünlüyü həll etmir. Bu taleyi ilk növbədə ordududa döyüşən əsgərin düşüncəsinə hakim kəsilən milli ruhun duruluğu, tamlığı və böyüklüyü həll edir. Qələbənin ab-havasını, dadını hiss edən ölkə təkcə bu qələbə ilə kifayətlənmir, qalib ruhu saxlamaqla sonralar da silsilə qələbələr yaşayırlar. Buna görə də məntiqi olaraq qalibiyyət yaşayan ölkələr müharibədə qazanılan qələbə ilə bağlı ruh və düşüncə tərzininin daima yüksəkdə olmasını diqqət mərkəzində saxlayırlar. Bu vacib məsələ mahiyyət etibarı ilə ölkənin müdafiə qabiliyyətini, vətənpərvərlik tərbiyəsini formalaşdıran və gücləndirən əsas faktorlar sırasında birinci hesab olunaraq qalib ruhun gələcək nəsillərə təzə və tər ötürülməsinə xidmət edir. Vətənin keşiyində duran hər kəsin düşüncəsinə qalib olmaq ruhunun, bu misilsiz dəyərin hakim kəsilməsi üçün onun böyük ustalıqla milli düşüncə tərzinə dən kimi səpilməsi, toxum kimi əkilməsi, düzgün becərilməsi əsas məqsəd olmalıdır. Qələbəyə aparan yolların hər qarışı ən böyük tarixi uğurmuz, ən uca şərəf anımız kimi dəyərləndirilməli və bu xoşbəxtliyi bizlərə bəxş edənlər: “Heç kim unudulmamalı və heç nə də yaddan çıxmamalıdır!” Şübhəsiz ki, bu önəmli məsələ ilk növbədə əsl mütəxəssislərə, daha doğrusu bu qələbədə mənəvi payı, haqq-sayı, cəmiyyətdə yetərli nüfuz sahibi olan insanlara tapşırılmalıdır. Vətənmizin taleyinə yazılan, arxada qalan son illərin axarını yada saldıqda görünür ki, 1988-ci ildən başlayan Qarabağ hadisələrində Azərbaycan xalqı “Böyük Ermənistan” xülyasına qapananlar və onların çox saylı havadarları qarşısında tək qalmışdır. Bu hadisələrdə həlledici rolu keçmiş Sovetlər biriliyi rəhbərliyi və bəzi xristian təəssübkeşliyi oynadı. Onlar bütün illeqal yollarla düşməni dəstəkləyir, maddi yardımlar ayırır, mənəvi dəstək göstərir, silahlandırır, torpaqlarmızın zəbt olunmasına isə göz yumur, ya da haqsız fikirlər səsləndirməklə özlərini sülh sevən, daha tolerant və ağıllı kimi göstərirdilər. Bu xoşa gəlməz hal müharibə bitənə kimi davam etdi. Ermənilərə daha çox can yananlıq göstərənlər isə Minsk qrupunun üçlüyü olan Rusiya, ABŞ, Fransa oldu. Bu siyahıya dindaşımız, eyni zamanda sərhəd qonşumuz olan İran İslam Respublikası, həmçinin digərlərini də əlavə etmək olar. Ən dəhşətlisi də o oldu ki, bizə qarşı başlanılan bu məkrli müharibənin taleyini də bizi heç vaxt sevməyənlərə tapşırdılar.Ürək ağrısı ilə xatırlanan digər vacib bir məsələ də Qarabağ hadisələri başlayanda ölkədaxili proseslərdə hakimiyyət-vətəndaş birliyinin yox dərəcədə, dövlət qrumlarının isə hədsiz dərəcədə zəif və qeyri-peşəkar olması idi. Bütün bunlar bir başa düşmənin dəyirmanına su tökmək idi. Nəticədə yenə də əsrlərlə məkrli oyunların qurbanı olan Vətənimizin böyük bir hissəsini, bir-birindən igid övladlarımızı, qoca və körpələrimizi itirdik. Həmvətənlərmizin məruz qaldığı əzablar, işgəncələr, dağılan ailələr, məhv olunan talelər, yetim körpələrin fəryadı bizlərdə ruh düşkünlüyü yaradaraq uzun müddət ümidsizliyə köklədi. Müharibə isə davam edirdi, zəif silahlanmış lakin mərdliklə döyüşən igidlərimiz ümidini yalnız Tanrıya bağlamışdılar. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı yeni bir dövrün-inkişaf və tərəqqinin əsasını qoydu. Onun hamıya bəlli dünyagörüşü, beynəlxalq aləmdə nüfuzu, qurub-yaratmaq eşqi, ona olan ümumxalq məhəbbəti qısa bir zamanda ölkəni dirçəlməyə, vətəndaşda isə özünə və dövlətinə itirilmiş inamı geri qaytarmağa başladı. 12 may 1994-cü ildə Qarabağ münaqişəsiylə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi bağlandı. Xalq və ordumuz nəfəs almağa, özünü toparlamağa bir imkan qazandı. Uzaqgörənliklə bağlanılan bu müqavilə tarixi zəfərimizə gedən yolun astanası oldu. Lakin müqavilənin bağlamasına baxmayaraq, mənfur qonşularımız atəşkəsi tez-tez pozur və bu çox zaman itgi ilə nəticələnirdi. Beynəlxalq güc qurumları isə bu stabil hala bizi birdəfəlik öyrəşdirmək, status-kvonu saxlamaq üçün min bir yol axtarırdılar. Elə düşünürdülər ki, məğlub bir xalq kimi, onların bizə yaratdığı vəziyyəti, beynəlxalq arenalarda söylədikləri ağlasığmaz nağılları çarəsiz olaraq qəbul edəcəyik və onlar öz çirkin xülyalarına qapılaraq, zaman-zaman tarixə hökm edən böyük bir xalqın övadlarını marqurta çevirərək köləliyə öyrəşdirəcəklər. Bir gün şəhidlərimizin sərdarı-Mübariz İbrahimovun qəlbinə Turan dünyasının sevimlisi Ərdoğanın təbirincə desək: “Biz bir gecə qəfil gələ bilərik və hər yerə gələ bilərik” duyğusuna bənzər müqəddəs bir hiss hakim kəsildi. Mübariz İbrahimov bir gecə düşmənin üstünə qəfil yeridi... 2010-cu ilin iyun ayının 18-dən 19-na keçən gecə, son müqəddəs arzularını və düşüncələrini ata və anasına ünvanladığı bir məktuba köçürərək, düşmənlə olan təmas xəttinə yürüdü. Bütün gecəni düşmənlə tək başına vuruşan Mübariz İbrahimov şəhid olana qədər əsl igid kimi döyüşdü. Həmin gecə düşmənin ən dəhşətli, qorxulu gecəsi oldu. Bir Azərbaycan əsgərinin igidliyi hesabına, düşmən ağıla sığmayan böyük itkilər verdi. Ən önəmlisi isə bu gecə Azərbaycan əsgərinin birdəfəlik düşmənin qorxulu yuxusuna, ən böyük vahiməsinə çevrilməsinin başlanğıcı oldu. Mübariz İbrahimovun igidliyi dillərə dastan oldu. Bütün dünya türk övladının misli görünməmiş igidliyindən danışırdı... Azərbaycan xalqı çox qürurlu idi. Ölümə meydan oxumaqla, ölümsüzlüyə gedən yolun fəlsəfi dərkini göstərən Mübariz, minlərlə gəncə örnək oldu. Növbəti döyüşlərdə gənclərimiz onun yolunu seçməklə bir daha Türk kimliyini, igidliyini təsdiq etmiş oldular. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə düşmən qəfil təmas xəttini pozaraq hücuma keçdi. Ayıq-sayıqlığını itirməyən ordumuz ermənilərin növbəti təxribatına cavab olaraq ayağa qalxdı. Qısa zaman kəsiyində, təqribən 40 dəqiqə ərzində düşmənin müqavimətini tam dağıdaraq ona layiqli cavab verdi. Böyük şücaət göstərən igidlərimiz tarixi qələbəyə imza atdılar. Onlar Lələtəpə yüksəkliyi və onun ətraf bölgələrini düşməndən tamamilə azad edərək üçrəngli bayrağımızı zirvədə ucaltdılar. Xalqımız yayılan bu xoş xəbərə olduqca çox sevindi, bu şanlı tarixi anı böyük bayram etdi. Bu dönüş nöqtəsi idi. Azərbaycan xalqı, Azərbaycan dövləti bir daha tam əmin oldu ki, ordumuz düşmən tapdağında inildəyən torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Şanlı ordumuzun gücünü görən düşmən və onun havadarları isə aldıqları ağır zərbədən başa düşdülər ki, bundan sonra belə bir güclü ordunun qabağında tab gətirmək onlar üçün çox çətin olacaqdır. 2020-ci ilin iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələri növbəti təxribata əl ataraq ordumuzun Tovuz rayonu istiqamətində mövqelərimizi aramsız atəşə tutmağa başladılar. Ordumuzun ayıq-sayıqlığı və cəsarəti hesabına hücumun qarşısı qısa bir müddətdə alındı. Düşmən növbəti günlərdə də yaşayış məntəqələrini, mülki insanları ataşə tuturdu. Belə təxribatların birində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir necə hərbimiz şəhid oldu. Bundan hiddətlənən nəinki xalqımız, eləcə də qardaş ölkələrin xalqları da bizi dəstəklədi. Azərbaycanda xalq dövlət birliyi ən yüksək həddə çatdı. Gənlərimiz hərbi komissarlıqlara gələrək döyüşə getmək istədiklərini israrla tələb edirdilər. Artıq səbr kasası daşmışdı. Qocalı cavanlı hamı bir əsgərə çevrilmiş, bir ağızdan qisas tələb edirdi.Bütün bunlardan dərs almayan düşmənin 2020-ci ilin setyabrın ayının 27-də törətdiyi növbəti təxribat onlara baha başa gəldi, Azərbaycan Silahlı Qüvvələri yenidən hərəkətə keçdi. Ordu ilə birlikdə xalq, dövlət strukturları da ayağa qalxaraq Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Döyüşün elə ilk anından uğurlar bir-birinin ardınca özünü göstərməyə başladı. Noyabrın 8-də 28 illik həsrətdən sonra Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə oldu. Onun azad edilməsi dünya hərb tarixinə düşən misilsiz hərbi əməliyyat idi. Ordumuz dünyanı heyrətləndirəcək qısa bir zaman kəsiyində-cəmi 44 gün müddətində bizlərə böyük Qələbə sevincini bəxş etdi. “Məğlub edilməzliyi”, “rəşadəti” ilə lovğalanan Ermənistan Silahlı Qüvvələri, onların havadarlarının min bir canfəşanlığına baxmayaraq, kapituliyasiya aktını imdad diləyərək, yalvara-yalvara, hansısa qaranlıq zirzəmidə imzaladı. Ordumuzun döyüşlərdə göstərdikləri hünər milli ruhun tamlığının və böyüklüyünun əsl təntənəsi idi. Bu igidliyi düşmənin dilindən eşitmək bir başqa qürurdur! “Təxminən 400 əsgərlə hücuma keçmişdilər, vurduq, ardınca ikiqat, üçqat güclə gəldilər. Bir ölənin yerini ikisi, üçü tuturdu. Güllə vururduq, sanki ağrı hiss etmirdilər, “zombi” kimi üstümüzə gəlirdilər…” və ya “Azərbaycan əsgərləri dəniz dalğası kimi gəlirdi və ikinci dalğa birincidən daha güclü olurdu. Azərbaycan əsgərləri çiynindən, hətta sinəsindən yara alırdı, ancaq qanı axa-axa hücum edirdi. “Onlar sanki terminator idilər””- deyə erməni əsgərləri özləri də etiraf edirlər. Bu böyük uğuru, misilsiz qələbəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə “Zəfər Günü” kimi əbədiləşdirdi. Bu tarixi günü xalqımız qürur və fəxarət hissi ilə qeyd edir. Sülhsevər Azərbaycan dövlətinin yaratdığı tarixi imkanları düzgün dəyərləndirməyən Ermənistan hakimiyyəti yenidən Qarabağda gizlənən terrorçu dəstələri min bir yollarla silahlandırmağa başladı. Gizli yollarla gətirdikləri silahlar hesabına tez-tez terror aktları törədirdilər. Belə bir növbəti təxribat da sentyabrın 19-da gecə saatlarında Xocavənd rayonundan keçən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrində baş verdi. Əvvəlcə AAYDA-nın 2, daha sonar isə DİN-nin 4 əməkdaşı minaya düşərək həlak oldular.Bundan sonra Müdafiə Nazirliyi hərəkətə keçdi, rəsmi məlumat yayaraq bildirdi ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “Antiterror” tədbirlərinə başlanıldı.Sentyabrın 19-da başlanan lokal xarakterli “Antiterror” əməliyyatı bir gündən də az çəkdi. Ordumuzun peşəkarlığı nəticəsində terrorçu qüvvələr və onların döyüş mövqeləri məhv edildi. Bir sıra strateji əhəmiyyətli yüksəklikləri əsgərlərimiz tam nəzarətə götürdülər. Qarabağın erməni sakinlərinin Rusiya sülhməramlıları vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da bir sıra dəqiq şərtlərlə lokal xarakterli “antiterror” tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. “Antiterror” tədbirlərinin dayandırılmasında əsas şərt Ermənistan silahlı qüvvələrinin töküntülərinin torpaqlarmızı tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin özünü buraxması və bu proseslərin Rusiya sülhməramlılarının nəzarəti altında həyata keçirilməsi idi. Onlar bu şərtlərə sakitcə əməl etməli oldular.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və tarixi çıxış etdi. Onun Azərbaycan xalqına olan konseptual müraciəti istər ölkəmizdə, istərsə də xarici dövlətlərin siyasi dairələrinin böyük marağına səbəb oldu. Bu çıxış sürətlə inkişaf edən bir dövləti xoşbəxt gələcəyə aparan “yol xəritəsi” idi. Ən önəmlisi İlham Əliyevin tarixin səhifəsinə qızıl hərflərlə yazılan sözləri - “İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır!” tarixi gerçəkliyin təsdiqi oldu.ABŞ-ın I vitse-prezidenti (1789-1797) və II prezidenti (1797-1801), VI prezidenti (1825-1829) Con Kuinsi Adamsın atası Con Adams demişdir: “Respublika siyasi quruluşunun uğurları onun liderlərinin şöhrətindən aslıdır.” Dahiyanə deyilmiş bu böyük fikrin töhfələrini görmək Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsində nəsib oldu.Bu günlərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini bayram edən qədirbilən xalqımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi beynəlxalq aləmdə qəbul olunan böyük nüfuzlu, görkəmli sülh və müasirlik carçısına örnək olan dövlət xadimi, dünya azərbaycanlılarının vahid sevgi ünvanı, qalib ölkənin müzəffər Ali Baş Komandanı, nurlu sabahlara, sosial-iqtisadi inkişafa və yüksəlişə inamla addımlayan, qətiyyətlə: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən bir dövlətin prezidenti kimi gördükcə daha da fəxr edir, qürur duyur, Ulu Öndərin ruhuna dualar oxuyaraq: “Mən fəxr edirəm ki, azərbaycanlıyam” - deyir.Vidadi Ömər oğlu Orucov Lənkəran Dövlət Universitetipedaqogika üzrə elmlər doktorudoktorant Məhəmməd Məhəməli oğlu Çunayev Magistr Nurəli Niyaz oğlu Abdullazadə ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.