"Nizami Gəncəvi və texnoloji inkişaf"

"Nizami Gəncəvi və texnoloji inkişaf"Əmirxan Qəmbərov,
AzTU-nun doktorantı

"Nizami Gəncəvi və texnoloji inkişaf"


Elmin inkişafı və əldə edilən məlumatların köməyi ilə texnologiyanın meydana gəlməsi və yenilənməsi insan ehtiyaclarından təsirlənmişdir. Texnoloji inkişaflar və irəliləyişlərin mərkəzində insan ehtiyacları dayanmışdır. İnsan təfəkkürü inkişaf etdikcə, onun düşüncə tərzi sadədən mürəkkəbə doğru bir təkamül yolu qət etdikcə təbii ki, elmi inkişaf da şərtlənmiş və bu istiqamətdə də yeni-yeni texnologiyaların meydana gəlməsi üçün əsaslı bir zəmin yaranmışdır.

Azərbaycan ədəbi və mədəni irsinin görkəmli mütəfəkkiri, filosof, şair Nizami Gəncəvinin yaradıcılığına nəzər saldıqda XII əsrə və daha sonrakı dövrədək olan texnoloji inkişaf mərhələlərini səciyyələndirən nümunələrə rast gəlmək mümkündür. Yaradıcılığındakı dəyərli nümunələrə, hikmətləri özündə ehtiva edən faktlara dərindən diqqət yetirib məntiqi nöqteyi-nəzərdən yanaşdıqda, aydın görürünür ki, Nizami Gəncəvinin bu sırada əsaslı yeri, xüsusi bir mövqeyi mövcuddur.
Dahi mütəfəkkirin əsərlərində öz əksini tapan elmi nаiliyyәtləri həmin dövrün texnoloji imkanlarından xəbər verməklə qalmır, eyni zamanda, texnoloji inkişafın sonrakı mərhələlərinə xas olan yeniliklərə də öz töhfəsini verir.


"Lеyli və Məcnun", "Yеddi gözəl" poеmаlаrındа şаir pеşәkаr bir аlim kimi səmа cisimlərini təsvir еdәrkәn еlә ulduzlаrın vа səyyаrәlәrin аdını çәkir, profеssionаl şәkildә onların хüsusiyyətlərini qеyd еdir ki, onlаr Аvropа еlminə yаlnız tеlеskop kәşf еdildikdən sonrа mәlum olmuşdur.
Nizаmi Gəncəvi әsәrlәrindә еşqi kаinаtdаkı cаzibә qаnununа bənzədir:
Mәnim хәznәm vаr - "Mәхzәnül-әsrаr”,
Boş zәһmәt çәkmәyin nә mәnаsı vаr?
Hәr şеy kаinаtdа cәzbə bаğlıdır
Filosoflаr bunu еşq аdlаndırır.
Bu sətirlәrdәn аydın olur ki, Аvropаdа Nyutonun XVIII əsrdә kәşf еtdiyi cаzibә qаnunu şаirә аrtıq аdi bir һәqiqәt kimi məlum idi.
Şаir yаzır: Bu dünyаdа cаzibә qаnunu аdlı bir tәbiәt qаnunu mövcuddur və yеr üzündəki bütün cаnlı vә cаnsız, şüurlu vә şüursuz vаrlıqlаr bu qаnunа tаbеdir.
Şаirin әsәrlәrindәn аydın olur ki, o, ulduzlаrın mövqеyinı göstәrәn cәdvəl və һәmin cәdvәli tәrtib еtmәk üçün хüsusi аlәt olan üstürlabla tаnışdır
Fələklə zicini cədvəlbəcədvəl
Fikrin üsturlabı eyləmişdir həll
Üstürlabdan, zicdən alıb göstəriş
Sirlərin üzündən pərdələr açdı
Bu isə şairin belə bir ölçüm texnologiyasından istifadəyə hakim olduğunu göstərir.
"Lеyli vә Mәcnun" dа һəndəsə аləti olаn pәrgаrın işini misаl gətirir vә "pərgаr" tеrmininin izаһını vеrir:
Pərgаr dolаnsа dа öz dövrәsinә,
Birinci nöqtəyə qаyıdаr yеnә.
Nizаmi İsgəndərnаmə әsәrində qeyd edir
Әvvəl vаrdı аncаq tək bir һәrəkət
Onu iki yеrә аyırdı sürət
Bu iki һәrәkәt gəlib bir yеrə
Yеni bir һәrәkәt doğurdu һәrә
Şаir burаdа indi müаsir mехаnikаdа "rеzonаns” dеyilәn һаdisə haqqındа хәbәr vеrir. İnsan dünyada ətrafında baş verən hadisələrə biganə qalmamış, laqeyd münasibət göstərməmişdir. Əksinə proseslərə ağlın gücünə, təfəkkürün malik olduğu imkanların qüdrətinə söykənməklə şüurlu şəkildə müdaxilə etmiş və yeni-yeni elmi nəzəriyyələrin, elə bu zəmində də müasir texnologiyaların həyata vəsiqə qazanmasına nail olmuşdur.
Şair Leyli və Məcnun əsərində biliyə kamil yiyələnmədən söz açır:
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Şair yazır:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Axtardım, aradım, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Müasir dövrümüzdə elmi kamil öyrənmək üçün elmi resurlara əlçatanlığı təmin edən texnoloji imkanlar mövcuddur. Artıq yeniləşdirilmiş virtual elektron kitabxanalar, virtual ensiklopediyalar və internetdə axtarış sistemləri bu təlim instrumentarilərinə unikal misallardır.
Məlumdur ki, yüksək inkişaf tempi ilə müşayiət olunan bugünkü reallıqlar tükənməz insan əməyinin məhsuludur və bu proseslərdə də dahi mütəfəkkirlərin, filosof-alimlərin, şairlərin rolu əvəz olunmazdır.
Gəncəvi Xosrov və Şirin əsərində Fərhadın timsalında insanın fövqəltəbii gücündən söz açır.
Bisütunda şəkli qurtardı Fərhad,
Könlündə bir həsrət, dilində fəryad.
Dağların bağrını dəlib sökürdü,
Yekə, sərt daşları qırıb tökürdü.
Fərhad qart daşlara eylədikcə güc,
Sanki hər qayadan qopurdu bir bürc.
Fərhadın dilindən:
Əlimdə acizdir dağ da hər zaman,
Olmuşam əlində aciz bir saman.
Dağlardan artıqdır mənim qüvvətim,
Orduları pozar mənim qüdrətim.
Hazırki dövrdə ən son texnoloji nailiyyətlər hesabına insan əməyini minimallaşdıran , iş proseslərini avtomatlaşdıran texniki avadanlıqlar da həmin insan qüdrətinin məhsulu olub, onun potensial imkanlarının sərhədsiz qüvvəsindən xəbər verir.
Ümumilikdə N. Gəncəvi yaradıcılığına nəzər saldıqda onun əsərlərindəki baş qəhrəmanların, obrazların daim çətin şəraitlərdə qəbul etdiyi qərarların əsərin təbii sujet xətti üzrə şəraitin sonrakı vəziyyətlərindən irəli gələn optimist və ya pessimist nəticələrinə şahid oluruq.
Artıq ayrı ayrı sahələrdə müxtəlif hesabi və ya keyfiyyətə yönələn hal situasiyalarında qərarların qəbulunu asanlaşdıran süni intellekt dayaqlı, intellektual analiz üsullarına əsaslanan dəstək sistemləri də mövcuddur.

İnsan tərəfindən idarə olunan və ya avtomatlaşdırılmış Qərarlara Dəstək Sistemi (QDS) mühakimə, qətiyyət və hərəkətlər ardıcıllığı tələb edən qərar qəbuletmə fəaliyyətlərində qərar qəbul edən şəxsə kömək edən informasiya sistemidir. İnformasiya sistemi böyük həcmdə strukturlaşdırılmamış məlumatların təhlili və problemlərin həllinə və qərarların qəbuluna kömək edə biləcək məlumatların toplanması ilə təşkilatın orta və yüksək səviyyəli rəhbərliyinə kömək edir.

Qərarlara Dəstək Sistemlərinin üstünlükləri olaraq onun qərar qəbuletmə fəaliyyətlərində sürəti və səmərəliliyi artırmasını, təşkilat daxilində təlimə təşviqini, monoton idarəetmə proseslərin avtomatlaşdırmasını və şəxsiyyətlərarası ünsiyyəti yaxşılaşdırmasını nümunə göstərmək olar.
Qeyd etmək lazımdır ki, texnoloji inkişafa baxmayaraq, ən ibtidai texnologiyalar hələ də istifadə olunur və təkmilləşdirilir. Dahi mütəfəkkirin əsərlərindən istinad edilərək təqdim edilən nümunələrdən də məlum olur ki, N. Gəncəvi öz əsərlərində texnoloji inkişafın bütün mərhələlərinə xas olan yenilikçi mesajlar vermişdir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı başa çat ...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı başa çat ...

Diaspora
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
AzTU ilə “İdrak Texnoloji Transfer

AzTU ilə “İdrak Texnoloji Transfer" MMC arasında əməkdaşlıq memorandumu im ...

AzTU
“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

Yeni nəşrlər, Humanitar elmlər, Mədəniyyət
Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

AzTU
Abdulla Əsgərov: “ELEKTRON MÜHİTDƏ MƏKTƏBLİ MÜTALİƏSİ”

Abdulla Əsgərov: “ELEKTRON MÜHİTDƏ MƏKTƏBLİ MÜTALİƏSİ”

Naxçıvan, Məktəblər, Köşə yazılar
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Latviyanın sabiq Baş naziri V Qlobal Bakı Forumunda iştirak edəcək

Latviyanın sabiq Baş naziri V Qlobal Bakı Forumunda iştirak edəcək

Diaspora

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
“Nokia” AzTU-da laboratoriya açacaq

“Nokia” AzTU-da laboratoriya açacaq

AzTU
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib

AzTU
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Elm
NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

Yeni nəşrlər, Humanitar elmlər
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlər ...

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlər ...

Diaspora
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU, Turan
Rəy yazın: