Nadir Atayev: "OPTİK KOMMUTATORLAR"

Nadir Atayev: "OPTİK KOMMUTATORLAR" Tanış olun:
Nadir Arzu oğlu Atayev - 1998 ci ildə Bakı şəhərində anadan olub.
2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində “Elektronika telekom­muni­kasiya və radiotexnika” ixtisası üzrə bakalavr təhsili alıb. 2019-cu ildən həmin ixtisasın "Çoxkanallı telekommunikasiya sistemləri” ixtisaslaşması üzrə AzTU-da magistr təhsili alır.
Elə həmin ildən, o, həm də, “Telekommunikasiya və İnformasiya Təh­lükəsizliyi” kafedrasının elmi tədqiqat laboratoriyasında laborant kimi əmək fəaliyyətinə başlayıb.
Hazırda isə “Azərkosmos” ASC-nin “Aerokosmik və Robototexnika” qrupunda Elektronika üzrə mühəndis vəzifəsində çalışır.

Biz də gənc tədqiqatçı Nadir Atayevə yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az


OPTİK KOMMUTATORLAR

Optik kommutatorlar (OK) (çeviricilər və ya açarlar) optik şəbəkələrdə optik siqnalların kommutasiyası üçün geniş tətbiq edilir. OK-nın parametrləri və texniki xarakteristikaları onun tutumu, girişlərin və çıxışların sayı, bir vəziyyətdən digər vəziyyətə keçmə sürəti, kanalda siqnal yayılan zaman baş verən optik itkilər (“qoşulmuş” vəziyyətdə sönmə əmsalının qiyməti) və keçid maneələri və ya keçid sönməsi (“söndürülmüş” vəziyyətdə sönmə əmsalının qiyməti) və s. ilə xarakterizə olunur. Yüksək keyfiyyətli OK-da göstərilən optik xarakteristikalara dalğa uzunluqları və şüanın polyarlaşmaları nəzərə alınmaqla baxılır.
Optik kommutatorlar iş prinsipindən asılı olaraq əsasən: mexaniki OK-lar, elektrooptik OK-lar, termooptik OK-lar, inteqral-optik OK-lar, yarımkeçirici (SOA) OK-lar, foton kristallarından olan OK-lar və maye kristalların çoxqatlı matrislərindən olan OK-lara bölünürlər. Aparılan analizlərə əsaslanaraq, MEMS tipli mikromexaniki kommutatorlar öz funksionallığına görə geniş istifadə olunmaqdadır.

Nadir Atayev: "OPTİK KOMMUTATORLAR" İşin məqsədi optik-foton kommutatorlarının parametrlərini, qurulma prinsiplərinin analizi əsasında yeni nəsil 3D kommutatorların yaradılmasıdır. Bununla əlaqədar tərəfimizdən MEMS tipli yeni nəsil 3D optik kommutatoru hazırlanmışdır (Şək. 1).

3D optik kommutatorun struktur blok sxemi isə Şək. 2-də göstərilmişdir.

Yeni nəsil 3D optik kommutator prototipinin digər MEMS tipli optik kommutatorlarla müqayisədə aşağıdakı üstünlüklərə malikdir:
· Lazer işıq mənbələrinin bir şəkildə və y ayrı-ayrılıqda 3600 fırlanma başlığında yerləşməsilə şüa mənbələrinin sayından asılı olaraq, linzaların kompakt yığılması, bununla ölçülərinin, sərf olunan material miqdarının və yekun qurğunun maliyyə dəyərinin aşağı olmasına;
· Yekun qurğuda lazer başlıqlarının iki ədəd yüksək dəqiqlikli mikroaktyuator vasitəsilə idarə olunmasıyla və yarımşəffaf güzgünün də hərəkətinin kommutasiya istiqamətində idarə olunması daxil olan optik siqnalların kommutasiya müddətinin dəfələrlə artırılmasına;
Qurğuya inteqrasiya edilmiş elektron nəzarət və ölçmə sistemi vasitəsilə kommutatora daimi nəzarətin mümkünlüyü və yaranmış problemlərin effektiv diaqnostikası aparılması imkanın əldə olunmasına gətirib çıxarır.
Müasir optik veriliş sistemlərində kanalların kommutasiyası üçün istifadə olunan optik kommutatorların analizi nəticəsində, yeni nəsil 3D kommutatorunun ilkin prototip modeli təqdim olunmuş, onun iş rejiminin struktur blok sxemi verilmişdir. Yeni nəsil 3D kommutatoru yeni nəsil idarəetmə və nəzarət sxemi, optik kanalların idarə olunması üçün proqram təminatı ilə təmin olunmuşdur.
Təklif olunan kommutator müasir optik veriliş sistemlərində tətbiqi nəzərə tutulmaqla bərabər, kiçik ölçülü optik naviqasiya nişangahlarda da tətbiq oluna bilər.

Nadir ATAYEV,
AzTU-nun II kurs maqistri,

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri

AzTU-nun ixtiraçı tələbələrinin yeni layihələri

AzTU
“Azərkosmos” ASC-nin nümayəndələri ilə Azərbaycan Texniki Universitetində o ...

“Azərkosmos” ASC-nin nümayəndələri ilə Azərbaycan Texniki Universitetində o ...

AzTU
Professor Tofiq Mansurovun yeni uğurları

Professor Tofiq Mansurovun yeni uğurları

Yeni nəşrlər, AzTU
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
AzTU-nun professoru İslam İslamovun monoqrafiyası “Springer” nəşriyyatında  ...

AzTU-nun professoru İslam İslamovun monoqrafiyası “Springer” nəşriyyatında ...

Yeni nəşrlər, AzTU
Milli Qəhrəman Çingiz Qurbanovun şücaətindən bəhs edən kitabın təqdimat mər ...

Milli Qəhrəman Çingiz Qurbanovun şücaətindən bəhs edən kitabın təqdimat mər ...

Regionlar, AzTU, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

AzTU
Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
ELM FƏDAİSİ

ELM FƏDAİSİ

"Elm və Təhsil", "Şərqin səsi", Bolus, Təbriklər, Turan, Qərbi Azərbaycan
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Age ...

İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Age ...

AzTU
“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika  ...

“Energetika və avtomatika” fakültəsinin tərkibində elektrik və elektronika ...

Elmi Məqalələr, AzTU
Dünyanın Nüfuzlu Tomson media kompaniyası AzTU-da aparılan tədqiqat işinə m ...

Dünyanın Nüfuzlu Tomson media kompaniyası AzTU-da aparılan tədqiqat işinə m ...

AzTU
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU
Rəy yazın: