AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb 2018-ci il Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada AMEA Yüksək Texnologiyalar Parkı (YTP) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Niyyət Sazişinin imzalanması mərasimi olub.

Əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirilməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir.


Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək imzalanacaq Niyyət Sazişinin hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcəyinə, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib: “YT Park müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Son zamanlar bu müəssisədə kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə mühüm tədbirlər görülür”.

Onun sözlərinə görə, YT Parkda AMEA-nın İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika institutları və digər elmi müəssisələrin alimlərinin ən son ixtiraları tətbiq olunur, innovativ layihələri həyata keçirilir.

AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov AMEA-da elmi nəticələrin istehsalatda tətbiq olunması, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Akademiyada təhsilin magistratura pilləsinin təşkilinin bu istiqamətdə ən mühüm addımlardan olduğunu deyib.

Rəhbərlik etdiyi qurumla AMEA arasında imzalanacaq müqavilənin əhəmiyyətini önə çəkən alim AzTU-nun tələbələrinin YT Parkda təcrübə imkanı əldə edəcəklərini bildirib. Qeyd edib ki, bu da elmlə təhsilin birgə inkişafına, gənclərin elm və istehsalata cəlb olunmasına dəstək verəcək.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək hazırda dünya elminin sürətlə inkişaf etdiyini, Azərbaycanda da bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Elmin kommersiyalaşdırılmasının müasir dövrün tələblərindən olduğunu diqqətə çatdıran T.Əliyev YT Parkda bu istiqamətdə böyük imkanların yaradıldığını, innovativ layihələrin icra edildiyini qeyd edib. Alim AzTU ilə YT Park arasındakı əlaqələrin elmin istehsalata tətbiqini daha da sürətləndirəcəyini vurğulayıb.

Riyaziyyat və Mexanika İnstitutunun professoru Faiq Nağıyev çıxış edərək YT Parkda fundamental elm, texnika və istehsalatı bir araya gətirən ciddi elmi tədqiqatların aparıldığın bildirib. O, təmsil etdiyi qurumun da bu innovativ müəssisə ilə birgə perspektivli layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov isə çıxışında ali məktəblərlə AMEA arasında əməkdaşlığın genişləndirilməsinin təqdirəlayiq hal olduğunu deyib. Tələbələrin praktik əhəmiyyətli elmi-tədqiqat işlərinə cəlb edilməsi, innovasiyayönümlü tədqiqatların aparılması baxımından bu əlaqələrin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “YT Park ilə birgə fəaliyyət AzTU-nun tələbə, magistr və doktorantları üçün geniş imkanlar açacaq”.

Sonda YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, Parkın elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması və bu istiqamətdə əlverişli mühitin yaradılmasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, alimlərin elmi layihələri əsasında xüsusi bir platformanın yaradılması nəzərdə tutulur.

Daha sonra iki qurum arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb.

Saziş AMEA YT Park və Azərbaycan Texniki Universiteti arasında elmin inkişafını təmin etmək məqsədilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, innovasiya sahəsində fəaliyyətin genişləndirilməsi, eləcə də tərəflərin birgə elmi və elmi-texniki proqram, layihə və konfranslarda iştirakını nəzərdə tutur.

İki qurum arasında təcrübə mübadiləsi imkanlarının yaradılması, innovasiyayönümlü layihələrin həyata keçirilməsi, elmi layihələrin dəstəklənməsi də müqavilənin şərtləri sırasındadır.

Sənədi YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru N.ŞükürovAzTU-nun rektoru vəzifəsini icra edən, professor X.Yahudov imzalayıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Mühəndislik Universiteti ilə əməkdaşl ...

Digər bölmələr, BMU
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-nun MƏZUNLARI, Digər bölmələr, AzTU
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Elm
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

Digər bölmələr
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
AzTU ilə Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi  ...

AzTU ilə Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi ...

AzTU, Rusiya
AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU
AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başla ...

Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başla ...

AzTU, Turan
Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

AzTU
Rəy yazın: