COĞRAFİYA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI OLUB Elm » Digər bölmələr 11 января 2018 2017-ci il yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, İnstitut rəhbəri akademik Ramiz Məmmədov 2018-ci il sentyabrın 4-dən 7-dək Bakıda keçiriləcək “Avrasiya CİS-konfrans 2018” haqqında məlumat verib.O diqqətə çatdırıb ki, Türkiyə Səlcuq Universitəsi və AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbir CİS-lə maraqlanan tədqiqatçıları bir araya toplayacaq. Konfrans elmi, praktik təcrübə mübadiləsinin asanlaşdırılması, gələcəkdə həyata keçiriləcək birgə tədqiqatlarda perspektiv yanaşmalar və qarşılıqlı elmi-mədəni əlaqələrin inkişafı məqsədini daşıyır.Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev görkəmli elm xadimi, coğrafiyaşünas alim, Azərbaycanda landşaftşünaslıq elminin bünövrəsini qoymuş, akademik Budaq Budaqovun 90 illik yubileyinin keçirilməsi haqqında məlumat verib. Akademik Ramiz Məmmədov böyük alimin Azərbaycan coğrafiyasıının inkişafındakı xidmətlərini, eləcə də bir elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətini, geniş elmi yaradıcılığını bir daha yada salaraq, xatirəsinin əbədiləşdirilməsi məsələsini müzakirəyə çıxarıb. Qərara alınıb ki, Bakı şəhərində akademik Budaq Budaqovun büstünün qoyulması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun.İclasda həmçinin Türk dünyası coğrafiyasının hazırlanması ilə əlaqədar və digər məsələlər müzakirə olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.