246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ Digər bölmələr, Məktəblər 5 января 2018 2018-ci il yanvarın 5-də Bakı şəhərinin Binəqədi rayonundakı 246 saylı məktəb-liseyin müəllim və şagird heyəti AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olublar.AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə M. Cəfərova ZiM.Az-a bildirib ki, görüşü Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov dahi Qausun “Riyaziyyat bütün elmlərin açarıdır” və Eylerin “Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir” fikirləri ilə açıb. Vurğulayib ki, Ümumtəhsil məktəblərində daha çox vaxt ayrılan fənlərdən birinin məhz riyaziyyat olması təsadüfi deyil. O, da təsadüfi deyil ki, dünyada ixtisasından asılı olmayaraq bütün ali məktəblərə qəbul imtahanları siyahısına riyaziyyat daxildir.Daha sonra professor Misir Mərdanov qonaqlara elmi müəssisənin tarixi, bugünkü fəaliyyəti, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.