AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB "Hazırda Bakıda rusların sayı 120 min olmaqla, Respublikada 140 mindir, ermənilər isə Bakıda 20 min olmaqla, ölkədə 120 mindir."

Bu rəqəmləri 2017-ci il noyabrın 22-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən elmi seminarda İnstitutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda etdiyi məruzəsində açıqlayıb.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, Məruzəçi müstəqillik illərində iqtisadi islahatların istiqamətləri, qeyri-neft sektorunun inkişafının əsas nəticələri, demoqrafik vəziyyət, əhalinin miqrasiyası və sayının dəyişməsi və s. istiqamətlərdə tədqiqatlar aparmış, bir sıra nəticələr əldə etmişdir. Məruzədə bildirilir ki, müstəqilliyin ilk illərindən iqtisadi çətinliklərin aradan qaldırılması üçün islahatlara başlanmış, bu istiqamətdə bir sıra Dövlət Proqramları qəbul edilmişdir. Sənayeləşmənin, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı nəticəsində qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə görülmüş tədbirlər nəticəsində 2,6 faiz artmışdır. 2016-cı ildə ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmış, 485 məktəb təmir edilmiş, 29 yeni məktəb tikilmiş, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir.

Sənayenin inkişafı üçün əsaslı tədbirlər görülür, sənaye parkları və məhəllələri yaradılır. Qəbul edilmiş Proqramlara əsasən ilk mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaqdır. Bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkının və Masallı şəhərində sənaye zonasının inkişafı üçün işlər aparılır.

Tədqiqatçı həmçinin əhalinin təbii artımının kənd və şəhərlər, iri və orta sənaye mərkəzləri üzrə təsnifatını verib, Azərbaycanın inzibati rayon və şəhərləri üzrə hər 1000 nəfər doğulan körpəyə görə ölüm əmsallarının dəyişməsini göstərib.

Bildirilir ki, son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərmiş, təbii artım göstəriciləri aşağı düşmüş, ölüm yüksəlmişdir. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac vardır.

Miqrasiya məsələlərinə toxunan alim qeyd edib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6% təşkil etmişdir. Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalmışdır. Hazırda Bakıda rusların sayı 120 min olmaqla, Respublikada 140 mindir, ermənilər isə Bakıda 20 min, ölkədə isə 120 mindirlər.

Ölkədə demoqrafik inkişafın nizamlanması üçün dörd Dövlət proqramı qəbul edilmişdir ki, artıq 5-ci «Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın yeni layihəsi (2015-2025) üzərində iş gedir.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
Demoqrafik inkişaf məsələlərinə həsr olunan yeni nəşr

Demoqrafik inkişaf məsələlərinə həsr olunan yeni nəşr

Yeni nəşrlər, Digər bölmələr
Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

"Zirvə", Borçalı
Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan konfrans keçirilib

Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan konfrans keçirilib

Digər bölmələr, "Zirvə"
GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM  ZAKİR EMİNOV

GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM ZAKİR EMİNOV

Yeni nəşrlər, Digər bölmələr
“TÜRK DÜNYASI COĞRAFİYASI”  KİTABI  LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

“TÜRK DÜNYASI COĞRAFİYASI” KİTABI LAYİHƏSİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

Digər bölmələr

"Strateji Yol Xəritəsi postneft dövrünün inkişaf modelini yaradır" - iqti ...

Digər ali məktəblər, Darvaz, İqtisadiyyat
AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

"Şərqin səsi", Köşə yazılar
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
COĞRAFİYA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI OLUB

COĞRAFİYA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI OLUB

Digər bölmələr
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

Digər bölmələr
Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Digər bölmələr
Herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimi keçiri ...

Herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimi keçiri ...

Biologiya və tibb elmləri
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

"Zirvə"
AMEA-da YENİ  MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB

AMEA-da YENİ MOLEKULYAR BİOTEXNOLOGİYAYA DAİR ELMİ MƏRUZƏ DİNLƏNİLİB

Biologiya və tibb elmləri
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Bakı
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat
Rəy yazın: