"Mərkəzi Nəbatat Bağında abadlıq və yenidənqurma işləri ilə əyani tanış olmaq üçün KİV nümayəndələrini Bağa dəvət edirik” - Natiq Abdullayev

"Mərkəzi Nəbatat Bağında abadlıq və yenidənqurma işləri ilə əyani tanış olmaq üçün KİV nümayəndələrini Bağa dəvət edirik” - Natiq AbdullayevAMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanmışdır. Keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməmiş, aqrotexniki qulluq olunmamış, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənmişdir. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilmişdir. Eləcə də, Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunmuş, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilmişdir. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunmuşdur.

Mərkəzi Nəbatat Bağına yeni təyin olunmuş, bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bu barədə açıqlama verib.


N.Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlama işləri nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələr tərtib olunmuş arayışda qeyd olunmuşdur. Onun sözlərinə görə, şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər.

O, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə AMEA tərəfindən hər zaman dəstək göstərildiyini qeyd edərək, AMEA rəhbərliyinin akademiyanın bütün müəssisələrinin inkişafına nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirib. N.Allahverdiyev akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçildiyi ilk gündən inzibati idarəetmə ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Əlavə edib ki, AMEA prezidentinin göstərişi ilə Mərkəzi Nəbatat Bağında başlanılan quruculuq işləri ilə bağlı bəzi media nümayəndələri araşdırmalar aparmadan, müəyyən insanların şəxsi mənafelərini işıqlandırmaq məqsədilə qarayaxma kampaniyalarına başlayıblar.

“Nəbatat Bağının rəhbərliyi ölkənin bir sıra media qurumlarını ictimaiyyətə düzgün informasiya ötürməyə, daha məsuliyyətli olmağa və dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən məlumatları yaymamağa çağırır. Həmçinin Mərkəzi Nəbatat Bağının yeni rəhbərliyinin həyata keçirdiyi geniş abadlıq və yenidənqurma işləri ilə əyani tanış olmaq üçün Bağa dəvət edirik”, - deyə baş direktor v.i.e. N.Allahverdiyev bildirib.

O, AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsini icra edən təyin olunduğunu deyib, bu vəzifənin öhdəsindən layiqincə gələ bilmək üçün bütün imkanları səfərbər etdiyini diqqətə çatdırıb: “Bağa rəhbərlik etməyə başladığım gündən etibarən burada nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Belə ki, yeni landşaft dizayn layihəsinin hazırlanması üçün fotoşəkillər çəkilib, layihə mərhələlər üzrə tərtib olunub”.

N.Allahverdiyevin sözlərinə görə, layihənin ilk mərhələsi üzrə əsas məqsəd ağacların su ilə təmin olunması və onlara aqrotexniki qulluq göstərilməsi üzrə işlərin görülməsidir. Yeni landşaft dizayn layihəsinin ilkin versiyası artıq AMEA rəhbərliyinə təqdim olunub.

O, həmçinin qeyd edib ki, abadlıq işlərinin səmərəli təşkili məqsədilə Komissiya yaradılıb. Komissiya biologiya elmi sahəsində tanınmış alim və mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.

Baş direktor v.i.e N.Allahverdiyev Mərkəzi Nəbatat Bağının elmi potensialının gücləndirilməsi, işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsi, ziyarətçilər üçün yeniliklərin təqdim olunması məqsədilə təkliflərin hazırlandığını, yaxın zamanda onların reallaşdırılması istiqamətində işlərə başlanılacağını da qeyd edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mərkəzi Nəbatat Bağında Qarabağın bitki müxtəlifliyini özündə əks etdirəcək ...

Mərkəzi Nəbatat Bağında Qarabağın bitki müxtəlifliyini özündə əks etdirəcək ...

Biologiya və tibb elmləri
Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Biologiya və tibb elmləri
Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında 5000 ...

Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında 5000 ...

Biologiya və tibb elmləri
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

ŞƏHİDLƏRİMİZ, Biologiya və tibb elmləri, "Zirvə"
Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

Elm
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Elm
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

Elm
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
Rəy yazın: