Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçirilib Elm » Biologiya və tibb elmləri 17 апреля 2019 2019-cu il aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova “C4 fotosintezin təkamülünə molekulyar baxış” mövzusunda çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, təkamül nöqteyi nəzərdən C3-fotosintez C4-fotosintezin əcdadı hesab olunur. C4-bitkilər C3-bitkilərə nisbətən sudan və azotdan daha effektiv istifadə edirlər. İsti iqlim şəraitində C4 bitkilərdə fotosintezin effektivliyi artır ki, bu da C3-bitkilərə nisbətdə inkişaf sürətinin 50% yüksəlməsinə imkan verir. Ulduzə Qurbanova C4 fotosintezə təkamül etmənin mərhələləri və şəraitləri haqqında ətraflı məlumat vermişdir. Seminar institut əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış və məruzəçi verilən sualları ətraflı cavablandırmışdır.Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.