Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib Elm » Biologiya və tibb elmləri 12 декабря 2018 616 Bu günlərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.İclası şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq şura üzvlərini salamlayıb və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. O, bu iclasın 2018-ci ilin artıq son iclaslarından biri olduğunu vurğulayıb. İ.Hüseynova dekabrın 17-18-də keçiriləcək Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş konfransdan bəhs edib, konfransda xarici ölkələrdən gələcək qonaqların, o cümlədən, yaponiyalı alim Şenin iştirak edəcəyi barədə məlumat verib. Akademik İ.Hüseynova həmçinin Cəlal Əliyev adına mükafat təsis ediləcəyini də şura üzvlərinin diqqətinə çatdırıb.Daha sonra iclasda şuraya təqdim edilmiş Zoologiya, Botanika, Mikrobiologiya, Fiziologiya, Fiziki kimyəvi biologiya ixtisaslarını əhatə edən 3 biologiya üzrə elmlər doktorluğu və 15 fəlsəfə doktorluğu dissertasiya mövzusu müzakirə olunub.Müzakirələrdə AMEA-nın müxbir üzvləri - İbrahim Əzizov, Pənah Muradov, Elşad Qurbanov, professorlar - Xudaverdi Qəmbərov, Canbaxış Nəcəfov, Səyyarə İbadullayeva, Mehman Axundov, biologiya üzrə elmlər doktorları - Eldar Novruzov, Arif Mehtiyev, Yaşar Feyziyev, Ələmdar Məmmədov və başqaları iştirak ediblər.Müzakirələrdən sonra 2 mövzu olduğu kimi saxlanılıb, 12-nin adında dəyişiklik edilməklə təsdiqlənib. Bundan əlavə, 4 dissertasiya mövzusu geri qaytarılıb.Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.