AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi keçirilib

AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi keçirilibAMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi keçirilibTƏBRİK EDİRİK!..

2018-ci il Martın 13-də
AMEA Molekulyar Biologiya
və Biotexnologiyalar
İnstitutunun elmi şurasında
AMEA-nın müxbir üzvü,
biologiya üzrə elmlər
doktoru, professor
İlham Əyyub oğlu
Şahmuradovun
elmi fəaliyyətinə və
anadan olmasının
60 illiyinə həsr olunmuş yubiley sessiyası keçirilib.


ZiM.Az xəbər verir ki,
tədbiri giriş sözü ilə
İnstitutun direktoru,
akademik İradə Hüseynova
açaraq, İlham Şahmuradovun ölkəmizi xaricdə məhz ləyaqətlə təmsil edən ziyalılarımızdan olduğunu vurğulayıb və qeyd edib ki, onun 1999-cu ildə Birləşmiş Krallığın Sanger elmi mərkəzində, 2000-2001-ci illərdə Yaponiyanın Heliks Tədqiqat İnstitutunda,
2001-2005-ci illərdə London Universitetinin Royal Hollovey kollecinin Kompüter Elmi departamentində, 2007-2010-cu illərdə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunda, 2015-2016-cı illərdə Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetindəki elmi fəaliyyəti buna bariz nümunədir.
İlham Şahmuradovun gərgin əməyi və elmi axtarışları nəticəsində insan, heyvan və bitki genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyə malik bir sıra kompüter analizi vasitələri - PromH, PromHP, TSSP-TCM, və POLYAR proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılmışdır.
Onun apardığı elmi tədqiqatların nəticələri “Nucleic Acids Research”, “Bioinformatics”, “Plant Molecular Biology”, “BMC Genomics”“Applied and Computational Mathematics” kimi beynəxlaq elmi jurnallarda və həmçinin “World Scientific”“Springer Science+Business Media, Humana Press” kimi beynəlxalq nəşriyyatlarında çap olunmuşdur.

AMEA-nın müxbir üzvü İlham Şahmuradov 60-dan yuxarı elmi məqalənin, eləcə də bioinformatika terminləri üzrə azərbaycan dilində ilk lüğətin müəllifidir. Onun rəhbərliyi ilə 3 fəlsəfə doktoru hazırlanmış və hazırda İlham müəllim 4 elmlər doktoru, 3 fəlsəfə doktorunun dissertasiya işinə elmi rəhbərlik edir.

İlham müəllimin elmi-pedoqoji sahədə səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 2014-cü ildə “Bioinformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmiş, 2015-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tədbirdə AMEA-nın müxbir üzvü, professor, b.ü.e.d. Novruz Quliyev, professor, b.ü.e.d. Səftər Süleymanov, əməkdar elm xadimi, k.ü.e.d. Siracəddin Sərkərov və b. çıxış edərək, xatirələrini bölüşərək İlham müəllimi,
60 illik yubileyi münasibəti ilə təbrik edib, Azərbaycan elminə xidmət etmək yolunda yeni-yeni yaradıcılıq uğurları, can sağlığı və ailə səadəti arzulayıblar.

AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi keçirilib
Akademik İradə Hüseynova
AMEA Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun
Fəxri fərmanını alimə təqdim edib.

Tədbirdə İlham Şahmuradovun
həyat və elmi fəaliyyətini əks etdirən
“Yol ayrıcı: Riyaziyyatdan Biologiyaya
adlı qısa metrajlı sənədli film nümayiş etdirilib.

Daha sonra elmi şurada bir sıra
cari məsələlər müzakirə olunub.

REDAKSİYADAN:

Biz də fürsətdən istifadə edərək,
AMEA-nın müxbir üzvü, tanınmış alim,
biologiya üzrə elmlər doktoru, çox hörmətli
professor İlham Əyyub oğlu Şahmuradovu
anadan olmasının 60 illik yubileyi
münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şərəfli elmi fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasib ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

Biologiya və tibb elmləri
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Akademik İradə Hüseynovaya yubiley medalı təqdim olunub

Akademik İradə Hüseynovaya yubiley medalı təqdim olunub

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Biologiya və tibb elmləri, Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar Şurası təsi ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar Şurası təsi ...

Biologiya və tibb elmləri
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Rəy yazın: