Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təlim keçib Elm » Biologiya və tibb elmləri 8 февраля 2018 AMEA Botanika İnstitutunun doktorantı Aytən Fətdayeva 07 - 27 yanvar 2018-ci il tarixində Berlin Botanika Bağı və Botanika Muzeyində (BGBM, Almaniya) gənc mütəxəsislər üçün təşkil olunan Molekulyar filogenetika kursunda iştirak edib.AMEA Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs M.Qurbanova ZiM.Az-a bildirib ki, Molekulyar filogenetika kursunda BGBM-in direktoru, professor Thomas Borschun təqdimatında iştirakçılara molekulyar filogenetikanın əsasları, bitkilərdə DNT-nin ayrılmasının əsasları, DNT ardıcıllığının təkamülü və s. mövzularda geniş məlumat verilib. Laboratoriyada aparılan praktik məşğələlər zamanı A.Fətdayeva professor Kim Govet in rəhbərliyilə müasir Bayesian, Langer və Likelihood metodlarından istifadə etməklə malekulyar filogenetik tədqiqatlar aparılması üsullarını öyrənib.Qeyd edək ki, Botanika İnstitutu və BGBM arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” proqramı üzrə Azərbaycan florasında yayılan Pyrus L. (yabanı armud) bitki cinsinin filogenetik inkişafını müəyyən etmək məqsədi ilə müasir tədqiqat işləri aparılır.Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.