Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilibBiologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib 2017-ci il dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Tədbirdə Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bölmə və büro üzvləri, BTEB-in elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov
yığıncağı giriş sözü ilə açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

AMEA İctimaiyyətlə əlaqələr şöbəsi
ndən
ZiM.Az-a bildiriblər ki,
İclasda Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının rəhbəri Qərib Mürşüdov "Struktur biologiyası: uğurlar və gələcək perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.

Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Mərkəzinin Molekulyar Biologiya laboratoriyasında görülən işlər haqqında qısa məlumat verən alim müasir struktur biologiyası metodları və elektron mikroskopiyasının inkişaf yollarından danışıb. Məruzəçi bildirib ki, hazırda dünyada bu sahədə inqilabi dəyişikliklər baş verir, bioloji əhəmiyyətli böyük makromolekulların dəqiq öyrənilməsinə imkan yaranır.

Q.Mürşüdov müasir struktur biologiyası metodları və bu üsulların tətbiqi ilə öyrənilən bir neçə molekulyar kompleks haqqında da danışıb. Qeyd edib ki, bu molekulların sırasına bioloji və tibbi baxımdan fundamental əhəmiyyətli ribosomlar və tau filamentləri daxildir. Natiq Azərbaycanda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu sahədə görülən işlər barədə məlumat verib, perspektivləri diqqətə çatdırıb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamla bağlı müzakirə aparılıb. Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək Sərəncamdan irəli gələn məsələlər haqqında geniş məlumat verib. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin keçirilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb, həmçinin bir sıra kadr məsələlərinə baxılıb.

Sonra iclasda gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib, akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib, seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
Elmi seminar keçirilib

Elmi seminar keçirilib

Biologiya və tibb elmləri
BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasib ...

Biologiya və tibb elmləri
AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesab ...

AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesab ...

Elm, Biologiya və tibb elmləri
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam  ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: