AMEA-nın müxbir üzvü Validə Əlizadə Türkiyədə elmi ezamiyyətdə olacaq Elm » Biologiya və tibb elmləri 27 января 2017 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə xanım Əlizadə 2017-ci il yanvarın 28-dən fevralın 4-dək Türkiyənin Antalya şəhərində elmi ezamiyyətdə olacaq. AMEA-dan ZiM.Az-a bildiriblər ki, səfərdə məqsəd UNEP, UNESCO, FAO və UNDP-in himayəsi altında yaradılmış Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma tərəfindən regional qiymətləndirmə çərçivəsində keçiriləcək sənədləşmə işlərinin aparılması üzrə növbəti işçi toplantısında aparıcı ekspert kimi iştirak etməkdir.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.