AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşübAMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb 2018-ci il Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Görüşdə akademik Akif Əlizadə Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin əməkdaşlıq və dostluq münasibətlərindən söz açıb. Azərbaycanda elm və təhsilin inteqrasiyası, həmçinin elmi-innovativ layihələr barədə məlumat verən akademik Türkiyənin müvafiq elmi qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ədəbi əlaqələrimizin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. İkitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini söyləyən alim qarşılıqlı səfərlərin, imzalanan çox sayda sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Səfir E.Özoral səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində hazırkı imkanlar müzakirə edilib. Həmçinin cari ilin aprel ayında Türkiyə alimlərinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan beynəlxalq simpoziumun, cari ilin sentyabr ayında isə 1918-ci il Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100-cü ildönümünə həsr olunan birgə beynəlxalq tədbirin keçirilməsi qərara alınıb.

Sonda E.Özoral Azərbaycan alimlərindən ibarət nümayəndə heyətini bu ilin iyununda Türkiyədə təşkil olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirə dəvət edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevRəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya, Orta Asiya
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Biologiya və tibb elmləri, Turan
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Biologiya və tibb elmləri, Digər bölmələr
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
Rəy yazın: