AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB Azərbaycan Milli Elmlər Akademiyasının
Elmi Müəssisələrinin
Direktorları Şurasının
iclası keçirilib.


Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.

AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr şöbəsi
ndənZiM.Az-a bildiriblər ki, AMEA-nın prezidenti, akademik
Akif Əlizadə
iclas iştirakçılarını salamlayaraq 15 iyun – Milli Qurtuluş günü münasibətilə təbrik edib. Akademik bu tarixi günün sadəcə təqvim bayramı deyil, böyük ictimai və siyasi əhəmiyyətə malik bir gün olduğunu qeyd edərək ulu öndər Heydər Əliyevin ruhuna rəhmət diləyib.

Sonra akademik
Akif Əlizadə
gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Akademik Akif Əlizadə qısa zamanda Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb: "AMEA-nın magistraturasının böyük nüfuz və reytinq qazanması alimlərimizin uğurudur və buna görə hər kəsə öz minnətdarlığımı bildirirəm. Hazırda AMEA-ya xeyli sayda abituriyentin sənəd verməsi Akademiyada yaradılan şəraitdən, magistratura təhsil pilləsinin müvəffəqiyyətlə həyata keçirilməsindən xəbər verir".

Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi,
AMEA-nın müxbir üzvü
Əminağa Sadıqov
Akademiyanın magistratura pilləsinə növbəti tədris ili üçün qəbulun gedişatından, gənclərdə elmə, AMEA-ya böyük marağın olmasından danışıb. O, AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, o cümlədən orta hesabla hər bir yerə 20-dən yuxarı ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib.
Ə.Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq. Akademiyadan müxtəlif ixtisaslar üzrə 18 nəfərin məzun olmasını, onların magistr dissertasiya işlərini yüksək səviyyədə müdafiə etmələrini AMEA-nın həyatında tarixi hadisə kimi qiymətləndirib, məzunlara diplom təqdimetmə mərasiminin təntənə ilə qeyd ediləcəyini bildirib.

Tədbirdə magistratura səviyyəsinə qəbul və magistr hazırlığı prosesilə bağlı həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öz təkliflərini verib, ölkəmiz üçün yüksəkixtisaslı kadr hazırlığında, yeni elmi nəsil yetişdirilməsində AMEA-nın böyük potensiala malik olduğunu vurğulayıb.

İclasda AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın elmi müəssisələrində ingilis dilinin öyrənilməsinin vəziyyəti, alimlərin biblioqrafik göstəricilərinin müasir tələblər səviyyəsində nəşr edilməsi ilə bağlı çıxış edib, təkliflərini səsləndirib.

Sonra AMEA prezidenti Akademiya ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal ƏkpərovTorpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.

Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: "Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanılacaq".

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilən mənzillərin püşkatma yolu ilə həyata keçirildiyini, bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyətinin nəzərə alındığını xatırladıb. F.Abdullayev AMEA-nın elmi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcəkdə də müvafiq işlər görüləcəyini qeyd edib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

Elm
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
Rəy yazın: