AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilibAMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib 2017-ci il aprelin 25-də
AMEA prezidenti, akademik Akif Əlizadə Rusiyanın “Poisk” qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanı qəbul edib.

ZiM.Az xəbər verir ki, AMEA Rəyasət Heyətində keçirilən görüşün əsas məqsədi AMEA Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyəti ilə tanışlıq və birgə əməkdaşlıq imkanlarının müzakirəsi idi.

Öncə akademik Akif Əlizadə AMEA YTP haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış bu Park elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.

Alimin sözlərinə görə, akademiyanın analitik beyin mərkəzi hesab edilən YTP öz fəaliyyətinin ilkin mərhələsində olmasına baxmayaraq bir sıra beynəlxalq sertifikatlara layiq görulmüşdür. Burada ölkə alimlərinin çex, rus və bolqar alimləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. YTP əsas etibarilə neft-kimya və texniki istiqamətləri əhatə edir.

Sonra akademik A.Əlizadə AMEA-da biotexnologiya, biotibb, gen mühəndisliyi, molekulyar biologiya kimi prioritet istiqamətlərdə araşdırmaların aparıldığını qeyd edib. Bildirib ki, hazırda bu elmi qurumda fundamental elmlərin biznes sahəsi ilə bir araya gətirilərək elmi biznesin yaradılması ilə bağlı kompleks tədbirlər görülür.

AMEA prezidenti cari ilin may ayında “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adını almaq üçün keçiriləcək müsabiqə haqqında da məlumat verib. Bildirib ki, müsabiqədə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə biləcəklər. Əsas məqsəd gələcəkdə akademiyanın müxbir üzvlərini gənc elmi kadrlar sırasından seçməkdir.

Sonda akademik A.Əlizadə qonağı AMEA-nın aprel ayının 28-də keçiriləcək Ümumi Yığıncağında iştirak etməyə dəvət edib.

“Poisk” qəzetinin baş redaktorunun birinci müavini Y.Ponarina AMEA-da aparılan tədqiqatları, innovativ layihələri və YTP-nın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib, akademiya ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

Digər bölmələr
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
Rəy yazın: