Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur TƏBRİK EDİRİK!..

2015-ci il may ayının 24-də istedadlı alim və pedaqoq,
bacarıqlı elm təşkilatçısı, AMEA-nın Molekulyar Biologiya
və Biotexnologiya İnstitutunun direktoru,
akademik İradə Hüseynovanın 50 yaşı tamam olur.


İradə Hüseynova 1965-ci il mayın 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, AMEA-nın Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasının əyani şöbəsinə daxil olmuş və 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1990-cı ildən Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinə kimi yüksəlmişdir.

2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

2015-ci ildə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.

İradə Hüseynova fotosintezin biokimyası, biofizika və molekulyar biologiya sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Alim tərəfindən ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmləri kompleks şəkildə tədqiq olunmuş, bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmiş və bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma) streslərə qarşı davamlılığının müdafiə-adaptasiya proseslərinin əsasları aydınlaşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda mədəni və yabanı tərəvəz bitkilərində seroloji və molekulyar metodlarla RNT- və DNT-genomlu viruslar və bu virusların qarışığı aşkar edilmiş, onların molekulyar identifikasiyası aparılmış və patogenlə yoluxmuş bitkilərin biokimyəvi, fizioloji və biofiziki xüsusiyyətləri öyrənilmişdir.

Alim 250-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 6 kitab fəslinin, 2 buklet,1 metodik vəsait və 1 kitabın müəllifidir. Onun elmi işlərinin nəticələri çoxsaylı beynəlxalq konqres, konfrans və simpoziumlarda təqdim olunmuş, dünyanın yüksək impakt faktorlu jurnallarında dərc olunmuşdur. İradə Hüseynovanın elmi işlərinə dünyanın nüfuzlu nəşrlərində dəfələrlə istinad olunmuşdur. Onun aldığı nəticələr AMEA-nın illik hesabatlarında ən mühüm elmi nəticələr sırasına daxil edilmişdir.

Alimin elmi rəhbərliyi ilə 3 biologiya üzrə fəlsəfə doktoru işi müdafiə olunmuş, 2 elmlər və 2 fəlsəfə doktoru müdafiəyə təqdim olunmaq ərəfəsindədir.

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olurİradə Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-2011-ci illər üzrə müsabiqələrinin qalibi olan bəzi layihələrdə iştirak etmişdir. O, Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Qanun Elmi-Tədqiqat İnstitutunun “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biomüdafiə və biotəhlükəsizliyin möhkəmləndirilməsi” mövzusunda beynəlxalq layihənin əsas iştirakçısıdır.

AMEA-nın Botanika İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının üzvü, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə şurasının sədr müavini, AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri) jurnalının baş redaktorunun müavini, YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədr müavinidir.

Akademik Fotosintez Tədqiqatları üzrə Beynəlxalq, Avropa Biokimyaçılar və Molekulyar Bioloqlar (FEBS), Avropa Bitki Bioloqları (FESPB) və Azərbaycanın bir sıra elmi cəmiyyətlərinin üzvüdür.

İradə Hüseynova 1999-cu ildən elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasında pedaqoji fəaliyyətlə məşğul olaraq, ixtisas kurslarından mühazirə və məşğələlər aparır. Onun elmi rəhbərliyi altında 20-dən artıq bakalavr və magistr dissertasiya işləri müdafiə olunmuşdur.

Alim 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Həsən Bəy Zərdabi” adına və beynəlxalq elmi cəmiyyətlərin müxtəlif mükafatlarına layiq görülmüşdür.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Azərbaycanın biologiya sahəsində tanınmış görkəmli alimini - çox hörmətli akademik İradə xanım Hüseynovanı anadan olmasının 50 illik yubileyi münasibətilə
səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda
yeni-yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

Biologiya və tibb elmləri, Təbriklər
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
TƏBRİK EDİRİK!.. Akademik İradə Hüseynova “Ən yaxşı vətənpərvər tədqiqatçı  ...

TƏBRİK EDİRİK!.. Akademik İradə Hüseynova “Ən yaxşı vətənpərvər tədqiqatçı ...

Biologiya və tibb elmləri, Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Elm, Biologiya və tibb elmləri
AKADEMİK İRADƏ HÜSEYNOVAya BAŞSAĞLIĞI

AKADEMİK İRADƏ HÜSEYNOVAya BAŞSAĞLIĞI

"Zirvə", Nekroloqlar
ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

ABŞ-da çalışan professor Faiq Musayev AMEA Molekulyar Biologiya və Biotexno ...

Biologiya və tibb elmləri
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam  ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam ...

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Biologiya və tibb elmləri
Akademik İradə Hüseynovaya yubiley medalı təqdim olunub

Akademik İradə Hüseynovaya yubiley medalı təqdim olunub

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasib ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar Şurası təsi ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar Şurası təsi ...

Biologiya və tibb elmləri
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
Rəy yazın: