Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib Dekabrın 22-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin (HEB)
Ümumi iclası keçirilib.


Tədbirdə HEB-in üzvləri, elmi müəssisələrin direktor, direktor müavinləri və elmi katibləri iştirak ediblər.

AMEA-dan ZiM.az-a bildiriblər ki, İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli tədbirin HEB-in elmi tədqiqat müəssisələrində 2016-cı ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabata həsr olunduğunu diqqətə çatdırıb.
O, 2016-cı ilin bölmə üçün uğurlu hadisələr və faydalı işlərlə yadda qaldığını qeyd edib.

Sonra HEB-in elmi-tədqiqat müəssisələrinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.

Öncə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Baba Məhərrəmli institutun illik hesabatını təqdim edərək cari ildə bu elmi müəssisədə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haq­qında” 2012-ci il 23 may və 2013-cü il 9 aprel tarixli sərəncamların yerinə yetirilməsi vəziyyətini diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilmiş layihələr barədə geniş məlumat verib.

İnstitutun elmi fəaliyyətinə dair çıxış edən məruzəçi qeyd edib ki, he­sa­bat ilin­də institutun 12 şö­bə­sin­də 1 istiqamət, 13 prob­lem, 18 möv­­­­­­­­zu üzrə 106 iş aparılmışdır. O, həmçinin Dilçilik İnstitutunun müxtəlif şöbələrində həyata keçirilmiş elmi-təşkilati və elmi-tədqiqat işləri barədə məlumat verib. 2016-cı il ərzində institutda “Türkologiya” jurnalının 3, Tədqiqlər jurnalının 3, “Terminologiya” jurnalının 2, “Dilçilik İnstitutunun Əsərləri” jurnalının 1 sayının nəşr olunduğunu deyib.

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov 2016-cı ildə bu qurumda həyata keçirilən tədbirlərin hesabatını təqdim edərək folklorun müasir elmi nailiyyətlər səviyyəsində toplanması, tərtib-nəşr edilməsi və öyrənilməsi sahəsində dəyərli işlərin görüldüyünü nəzərə çatdırıb. Bildirib ki, institutun yerinə yetirdiyi işlərin böyük qismi Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, eləcə də Dövlət proqramlarının icrası ilə bağlı olub.

M.İmanov həyata keçirilmiş elmi-tədqiqatların mühüm nəticələrinə dair çıxış edərək diqqətə çatdırıb ki, 2016-cı ildə institutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 46 iş əsasında tədqiqatlar aparılmış, onlardan plana uyğun olaraq 28 iş tamamlanmışdır. O, həmçinin institut əməkdaşlarının nəşriyyat fəaliyyəti, xarici ölkələrdə işıq üzü görən kitablar, qurumun iştirak etdiyi elmi-tədqiqat proqramları və beynəlxalq əlaqələrinə dair geniş məlumatları diqqətə çatdırıb.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qurumun 2016-cı il ərzindəki fəaliyyətinə dair hesabatı təqdim edib. O, institutun cari il üçün nəzərdə tutulmuş tədqiqat planında 3 problem, 11 mövzu, 77 işin 77 mərhələ üzrə aparıldığını bildirib. Bildirib ki, hesabat ili ərzində institutun əməkdaşları tərəfindən 10 kitab, 2 toplu,1 metodiki vəsait və 272 məqalə nəşr etdirilmişdir. Onlardan 45 məqalə (ABŞ, Avstriya, İtaliya, Çexiya, Makedoniya, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan,) xaricdə, o cümlədən 5 impakt faktorlu jurnalda çap olunmuşdur.

Məruzəçi qeyd edib ki, Türkiyənin Ankara şəhərində “Tulpars” yayın evinin çap etdiyi AMEA-nın müxbir üzvü Z.Y.Səfərovanın “Türk dünyasının müzik yıldızı Üzeyir Hacıbəyli” kitabı institutun mühüm nailiyyətlərindəndir.

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov qurumun 2016-cı il ərzindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim edib. Məruzəçi institutda ölkə başçısının və Nazirlər Kabinetinin, Akademiya rəhbərliyinin sərəncam və qərarları ilə əlaqədar görülən işlər haqqında məlumat verib. Həmçinin aparılan elmi işlərin yekunları, nəşriyyat fəaliyyəti, beynəlxalq əlaqələr, elmi kadrların hazırlanmasına dair çıxış edib. Bildirib ki, 2016-cı ildə institutda 4 problem, 10 mövzu, 58 iş üzrə tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir.

Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova institutun illik hesabatı haqqında çıxış edərək öncə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi barədə məlumat verib.

Məruzəçi bildirib ki, bu il Ədəbiyyat İnstitutunda 2 istiqamət, 8 problem, 15 mövzu, 22 iş üzərində tədqiqatlar aparılmış və onlardan 21-i tamamlanmışdır. “Bədii ədəbiyyatın nəzəriyyəsi, ümu­­mi qanunauyğunluqları, kompleks tədqiqinin metodoloji prinsipləri və məsə­lə­ləri” problemi üzrə mühüm elmi nəticələr əldə edilmişdir. 2016-cı il ərzində "Ədəbiyyat məcmuəsi"nin XXVII cildi, "Ədəbi əlaqələr" jurnalının X toplusu, “Poetika.izm”in 2-ci nömrəsinin çapdan çıxdığını bildirən A.Bağırova institut əməkdaşlarının müəllifliyi və tərtibçiliyi ilə 58 kitabın işıq üzü gördüyünü, 11 kitabın isə çap prosesində olduğunu qeyd edib.

O, institutda hesabat ilində çap olunmuş kitablar, monoqrafiyalar, elmi konfrans materialları, bədii kitablar, tərcümə kitabları və toplular haqqında da ətraflı məlumat verib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin illik hesabatını təqdim edən muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli bildirib ki, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamına uyğun olaraq muzeydə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan ədəbiyyatının tarixi və nəzəri problemləri üzrə 7 mövzu, 11 iş, 7 mərhələ, ikinci problem üzrə 5 mövzu, 4 iş, 5 mərhələ işlənmişdir.

Muzeyin beynəlxalq əlaqələri haqqında məlumat verən X.Bəşirli hesabat dövründə Oksford Akademiya İttifaqının üzvü kimi muzeyin direktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun İttifaqın xətti ilə keçirilən tədbirlərdə iştirak etdiyini qeyd edib.

O, həmçinin muzey əməkdaşları tərəfindən çap edilmiş məqalələr, kitablar, keçirilmiş konfranslar, sessiyalar, yubiley tədbirləri, qurumda kadr hazırlığı və digər elmi-təşkilati işlər haqqında geniş məlumat verib.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı muzeyin illik fəaliyyəti haqqında məruzə edərək bildirib ki, muzeydə 2016-cı ildə elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, təbliği və tədqiqi sahəsində mühüm işlər görülmüşdür.

Onun sözlərinə görə, 2016-cı il üçün təqdim olunan elmi-tədqiqat planına uyğun olaraq muzeyin əməkdaşları fərdi və kollektiv şəkildə tədqiqat işləri üzərində çalışmışlar. Plana əsasən, 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 30 iş yerinə yetirilmişdir. Muzeyin elmi fondlarına Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş 37 nüsxədə 9 yeni kitab daxil edilmiş, pasportlaşdırılmış və elmi təsviri verilmişdir. Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilmiş respublika elmi konfransının materiallarını əhatə edən topluda Azərbaycan alimlərinin, gənc tədqiqatçıların Cavid yaradıcılığı haqqında araşdırmaları nəşr olunmuşdur.

İclasda, həmçinin qeyd olunub ki, 2016-cı ildə Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə
4 Ümumi, Humanitar Elmlər Bölməsinin 1 Ümimi yığıncağı və 7 büro iclası keçirilmişdir.
Bölmə iclaslarında aktual mövzularda məruzələr dinlənilib müzakirə edilmiş, elmi-təşkilati, kadr və cari məsələlərə baxılmış, dövlət əhəmiyyətli sənədlərin, gündəmdə olan ən aktual probllemlərin müzakirəsinə geniş yer verilmişdir.

Bildirilib ki, hesabat ilində HEB-in elmi tədqiqat müəssisələri ümumilikdə 36 problemin 81 mövzusu,
504 işin 204 mərhələsi üzrə fəaliyyət həyata keçirmişlər.
2016-cı ildə 56 mövzu, 354 iş, 108 mərhələ tamamlanmışdır.

Məruzələr ətrafında geniş müzakirələr aparıldıqdan sonra hesabatlar qəbul edilib.


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
AMEA-nın İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN 2016-ci İLDƏKİ FƏALİYYƏTİNƏ DAİR HESABAT ...

AMEA-nın İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN 2016-ci İLDƏKİ FƏALİYYƏTİNƏ DAİR HESABAT ...

Elm, İctimai elmlər, "Zirvə"
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar elmlər
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Digər bölmələr
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
Rəy yazın: