«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü» Elm, Sosial 29 апреля 2015 Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi» Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyevçıxışında tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədi ilə həmkarlar ittifaqları ənənəvi olaraq hər il «28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»nü geniş şəkildə qeyd edir.Tədbirlər planına əsasən mart-aprel aylarında 16 bölgə tematik seminarları keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri və rayon icra hakimiyyətiin nümayəndələri, 90 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1300-dən artıq nümayəndəsi iştirak edib.Tədbirin sonunda Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlıya "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi"nin qalibi kimi AHİK-in diplomu və qiymətli hədiyyəsi təqdim olunub. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.