Hüseyn FAXRALI (1959): Rübailər Ədəbiyyat » RÜBAİLƏR 21 июля 2020 Hüseyn Faxralı (Hüseyn Aslan oğlu Hüseynov) 1959-cu il iyulun 21-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.1966-cı ildə Faxralı kəndində Şahbuzlu İbtidai məktəbinin I-ci sinfinə gedib.1969-1974-cü illərdə Faxralı kənd 8 illik məktəbində oxuyub.1976-cı ildə Faxralı kənd orta məktəbini bitirib.Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Tətbiqi riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə universitetin tam kursunu bitirərək, riyaziyyatçı ixtisasını alıb.Azərbaycan Respublikasının Müharibə veteranı, istefada olan polkovnik-leytenantdır.Hazırda təqaüdçüdür. Evlidir. 3(üç) övladı var.Şeirləri ZiM.Az saytında, "ZİRVƏ" Poeziya antologiyasında və "Sazlı-Sözlü Borçalı" Ədəbi Məcmuəsində, çap olunub.Aşağıda Hüseyn Faxralının bir neçə rübaisini dəyərli oxucularımıza təqdim edir və şair qardaşımıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzRübailərDörd misralıq bir əsərdi rübai,Üç misra həmahəng, həmqafiyədi.Həmqafiyə bir, iki və son misra,Üçüncü sərbəstdi, qafiyə qeyri.***İrtica hökm etsə, əldə ixtiyar,Firavan olammaz onda o diyar.Ədalətli olsa hökmdar əgər,Onda ol rəiyyət yaşar bəxtiyar.***Qələm yazar sətir – sətir,Qızılgüllər saçar ətir.Dürməy olsa pismi olar,Dadlı pendir, yağlı fətir?***Sən zəhmət çək, et hərəkət,Allah da versin bərəkət.Əgər işləyib, tər töksən,Halal olar nazı – nemət.***Axşam-axşam ulduz yanar, doğar Ay,İldə dörd fəsil var, onun biri yay.Kamandar yay çəkər, o atar ox da,Qıvrılaraq yatağında axar çay.***Mərd atalar oğul əkər, igid, mərd,Anadan mərd olan olammaz namərd.Xainlər, satqınlar zatıqırıqdı,Mərd oğul namərdə dərd doğular, dərd.***Lap saçın – saqqalın ağarsa yüz də,Mərdə bel bağlasan qalmazsan düzdə.Xainlər, xudbinlər qarnıbazardı,Xainlik xisləti oxunar üzdə.***Bahara gül açan, güllü yaz dedim,Qələm götür qaşdan-gözdən yaz dedim.Şairin peşəsi vəsf eləməkdir,Bülbülə bəstəkar, xoşavaz dedim.***Qaqqıldar ördək də, durna da, qaz da,Gözəldə gözəldi işvə də, naz da.Sevən, sevilənlər nə bəxtəvərdi,Sevinci çox olub, qəm olsa az da.***Dərdim çoxdu, dərdə dərman yaz, həkim,Qalmasın kimsədə təmənnam, pəkim.Alın yazısını mələk yazmayır,Can alan fələkdir, kimdir ki hakim?***Divar olar, daşı qoysan daş üstə,Yaşayarsan, yaş da gələr yaş üstə.Adamın gözündə şimşək də çaxar,Qara bulud dolananda baş üstə.***Dan sökülüb, gün doğanda hər səhər,Yerə - yurda, çöl-çəmənə nur çilər.Sevən ürək müdam çəkər intizar,Qız evinə axşam gedər elçilər.***Şirin olar qara kişmiş, aş üstə,Xətt də çəkər qara qələm qaş üstə.Təki mənə bircə “hə” de, ay gülüm,Buyur, çağır, mən də deyim başüstə.***Bir çanaqdı, neçə pərdə, neçə sim,Saz sehrli bir aləmdi, nə tilsim,Gah qəmli, gah dəmli, gah şən oxuyur,Saz kimi sızlayır ürəyim, səsim...***Hər ayda dörd həftə, dörd də şənbə var,Dörd cümə, dörd bazar, dörd çərşənbə var.Boyalı parçadan, su keçirməyən,Masanın üstündə boz müşəmbə var.***Az idi Borçalı, Təbrizin dərdi,O, əsir Göyçənin, Qaradağ dərdi.Xocalı yarası sağalan deyil,Nə Dərbənd, Zəngəzur, Qarabağ dərdi.***Bənövşənin boynu niyə əyridi?Baxdım gözlərinə, gözüm səyridi.Qamış ayrı, qanqal ayrı, qızılgül,Gül – çiçəklər ətir saçar, qeyridi.***Dəyirman üyüdər buğda, darı, dən,Ələk un ələyər, xəlbir isə dən.Dən üyüdən dəyirmandı kirkirə,Yaş yanaqdan, süd süzülər süzgəcdən.***Ya yek verər, ya du verər, versə zər,Ya sə verər, ya da cahar, versə zər.Bəxtə - bəxtdi nərddə pənclə, şeş qoşa,Zər qumardı, ay zər atan bəxtəvər.***Qara qaşın, qara gözün xumarı,Göz oxşayar qara telin tumarı.Könül necə vurulmasın, sevməsin,Vursa səni qara zülfün şahmarı ?***O Məğribdən, bu Məşriqə,Bəs eyləmir mən aşiqə.Vurulmuşam bu dünyaya,Necə ki, aşiq məşuqə.***Boş dünyadı, müvəqqəti,Burda gəzmə o cənnəti.Orda mey yox, meyxanə yox,Nuş eyləmək olmaz qəti.***Bu dünyanın dərdi məndə,Dərdin danış dərdiməndə.Ürəyimə xal düşübdü,Dərd əhliyəm, demə mən də.***Çəmən yaşıl, nə lazım xalça, kilim,Çəmənzarı seyr elə sən, sevgilim.Gül – çiçəkli gülüstandı bu dünya,Kim görübdü o dünyanı, ay gülüm ?***Aşiqə gəl vermə bu qədər zülüm,Tərsliy etmə təzə qönçə, tər gülüm.Bülbül kimi bağda fəğan eylərəm,Yannam eşq oduna, sovrular külüm.***Vəfan yoxsa, gəl vəfadan danışma,Cəfan yoxsa, gəl cəfadan danışma,Söhbət açma sədaqətdən, sevgidən,Səfalətdə gəl səfadan danışma.21.02.2020 11:13ZiM.Az ***Yeyirəm zəqqumdan, zəhərdən indi,Çəkirəm qəm-qüssə, qəhərdən indi,“Qaçıb kəndimizə getməyim gəlir”,Lap cana doymuşam şəhərdən indi...***Mən təzə dünyada köhnə kişiyəm,Köhnələrin köhnəsinnən biriyəm.Ölməmişəm, yaşayıram, yanıram,Nəfəs gəlir, gedir, hələ diriyəm...***Ağ varağ qabağma qara gəlibdi,Qələm də əlimdən zara gəlibdi.Bu dünya zindan tək dardı başıma,Cəfa çəkib, can zinhara gəlibdi...***Xəyalım dolanır, dağ gəzir indi,Bir güllü – bülbüllü bağ gəzir indi.Gərdişi gərgindi, gərilib yaman,Qədd əyilib kaman kimi, qəmgindi...***Xəyalım dolanır, dağ gəzir indi,Bir güllü – bülbüllü bağ gəzir indi.Gərdişi gərgindi, gərilib yaman,Qədd əyilib kaman kimi, qəmgindi...***Nə xalıdı, nə xalçadı, nə zili,Nə yaman şirinmiş şeytanın dili.Zəhmi ağır, üzü daşdan soyuqduİlanın alası, çamxırı, çili...30.04.2020ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.