UĞUR ZƏFƏRƏ GEDƏN YOLDUR

UĞUR ZƏFƏRƏ GEDƏN YOLDURGoranboy rayonu Xoylu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Mirzəyev doğma obası üçün 3 layihə hazırlayaraq həyata keçirib. Birinci layihə 9300 km məsafə çərçivəsində nəzərdə tutulan kənd yollarınn qraviləşdirilməsi (qırla örtülməsi), və kənd əhalisinin gediş- gəlişinin asanlaşdırılmasına xidmət edirdi. Xarici təşklatlar olan Azkil (Azərbaycanda İnkişaf Dünya Bankı) və “Ümid” təşkilatının dəstəyi ilə həyata keçirilən ikinci layihə məhz Xoylu uşaq bağçasında istilik sisteminin quraşdırılması və istifadəyə verilməsi oldu. Üçüncü addım kənddə arterzian quyuları hesabına müxtəlif yerlərdə 31 bulağının (kranın) istifadəyə veriməsi oldu. Burada daha çox əziyyət və qüvvət tələb olunurdu; 5 və 16 tonluq çənlərdən ibarət paylanmış 31 bulağın çəkilməsinə xeyli texnoloji və fiziki qüvvə cəlb edilmişdi. Rəşad Mirzəyev Goranboy rayonu Xoylu kəndi ilə bağlı yeni layihələrin artıq 2016-cı ilə təsadüf edəcəyini bildirib. Yeni layihəyə təhsil-tədris proqramları da daxildir.

Xoylu kəndində tikilməsi nəzərdə tutulan müasir tipli məktəbin qurulması üçün ilk addımlar məhz 2016- cı ildə həyata keçiriləcək. Növbəti planda kənd qəbiristanlığının ilə bağlıdır. Rəşad müəllim qeyd etdi ki, Xoylu kəndinin əhalisi 2150 nəfərdən ibarətdir və əhalinin kənd qəbirsitanlığı yetərincə normal şəraitə uyğun olmadığı üçün irəliləyən zamanda növbəti layihə məhz qəbirstanlıqda bağlı görüləcək abadlıq işlərindən ibarət olacaq; kənd qəbirstanlığında gözətçi otağının tikilməsi, ətrafında hasar çəkilməsi, isti, soyuq su ilə təmin olunması, qaz çəkilişi və s. və i.

Rəşad Mirzəyev 8 noyabr 1982-ci ildə Goranboy rayonu Xoylu kəndində dünyaya göz açıb, 1989-cu ildə şəhid Mübaiz Fərmanov adına Xoylu kənd orta məktəbində birinci sinfə getmiş, 2000- ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “yeraltı və yerüstü nəqliyyat istismarı” fakültəsinə daxil olmuşdur. Ali məktəbi müvəffəqiyyətlə başa vuran Rəzad Mirzəyev Beyləqan rayonu Qəhrəmanlı kəndində “N” saylı hərbi hissədə əsgəri borcunu şərəflə başa vurmuşdur.
Hərbi xidməti başa vuran gənc kadr ixtisası üzrə subarterzian idarəsində elektrik montyoru vəzifəsində işə başlamış, qısa zamanda köllektivin dərin hörmətini qazanmışdı.

Xatırladım ki, Xoyluda bir xəstəxana (9 nəfər işçi heyəti ilə), tarixi muzey, mədəniyyət klubu və polis məntəqəsi fəaliyyət göstərir. Rəşad müəllim onu da vurğuladı ki, Xoylu kəndinin 7 şəhidi var və onların xatirəsinə ucaldılmış abidə Xoylu İcra Nümayəndəliyi yerləşdiyi məkandadır. Qəhrəman Yusif Əhmədovun adını daşıyan küçə prospektə qədər uzanır.

Sonda Rəşad Mirzəyev kənddə xarici şirkətlərin köməyi ilə geçəkləşən layihələrdə onun təşəbbüsünü dəstəkləyən və bunun üçün öz köməyini əsirgəməyən dəyərli ziyalı Goranboy rayonunun İcra Başçısı Nizaməddin Quliyevə təşəkkürünü də unutmadı.

Aynur Nurməmmədova
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: