Mənalı və şərəfli ömür yolu

 Mənalı və şərəfli ömür yolu Həyatda insanın keçdiyi ömür yoluna nəzər saldıqda, ilk öncə onun uşaqlıq illəri göz önünə gəlir. Çünki uşaqlıq illəri insan həyatında yaddaqalan və silinməz izlər buraxır. Bu illəri xatırlayanda bəziləri dərin xəyala dalır, bəziləri qımışaraq gülümsəyir, bəzilərində isə məyusluq, həsəd kimi hisslər yaranır. Elə insan tapılmaz ki, uşaqlıq illərinin acılı-şirinli xatirələrini yaşamasın...

Ancaq həyatda elə insanlar da vardır ki, istər uşaqlıq illərində, istər məktəb illərində, istər tələbəlik illərində, istər əsgərilik illərində, istərsə də ömrünün ahıl çağlarında bütün keçirdiyi günləri mənalı yaşamağı özünün həyat amalına çevirmməyə çalışır. Bu insan ən kədərli günündə belə, həyatdan zövq almağı, ruhdan düşməyərək öz çılğınlığı, sadəliyi, təvazökarlığı, yumorluğu ilə, hazırcavablığı ilə, böyüklərə xas olmayan uşaqlıq təbəssümü ilə həm öz həyatını, həm də ətrafındakıların həyatını rövnəqləndirməyi bacarır. Onun adı gələndə istər-istərməz onu yaxından tanıyanların üzündə təbəssüm yaranır. O haradadırsa, orada şadyanalıq, deyib - gülmək, şən və xoş zarafatlar var.

Bir sözlə, həyatı necə yaşamalı olduğunu dərindən dərk edən, 1936-cı il mayın 15-də Ağdam şəhərində ziyalı ailəsində anadan olmuş, ömrünün 80 ilini həqiqətən də mənalı keçirən insanlardan biri də Azərbaycan idmanında və elmində xüsusi yeri olan, öz xidmətləri və zəhməti ilə özünəməxsus izlər qoyan, Azərbaycan Boks Federasiyasının sabiq vitse - prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, sabiq Beynəlxalq dərəcəli hakim, geologiya - minerologiya elmləri namizədi, zəlzələşünas alim Ramiz Yusif oğlu Yusifovdur.

Ramiz həm uşaqlıq illərində, həm də gənclik illərində inadkarlığı ilə yoldaşları arasında fərqlənirdi. O, çox inadkar və prinsipial idi. Ağlına gələn ilk ideyanı həyata keçirməyincə fikrindən əl çəkmirdi. Buna görə də, həyatda həmişə çarpışmalar, mübarizələr, qalmaqallar yaradan Ramiz qələbəliyi daha çox sevirdi. «Əgər sakitcə oturub nəyisə gözləyirsənsə, deməli zaman səninçün dayanıbdır» - deyə o, yoldaşlarına həyatda daimi fəaliyyətdə olmağı tövsiyə edirdi. O, bir yerdə dayanmırdı, daim hərəkətdə idi. Əgər istədiyi ilk dəfə alınmırdısa, yenidən həmin işə cəhd göstərirdi. Məğlub olsa belə, qarşısına qoyduğu məqsəddən əl çəkmirdi.
O vaxta qədər ki, istədiyinə nail olurdu.

Uşaqlıq illərində dəcəlliyi ilə fərqlənən Ramiz bir dəfə qarlı bir gündə asfalt yolda «konki» sürdüyü zaman daha sürətlə getmək üçün əlindəki qarmaq məftili yanından ötüb keçən «Palturka» maşınının arxa dəmirinə keçirir. Sürücünün bundan xəbəri olmur. Maşının sürəti get - gedə artdığından uşağın həyatı üçün təhlükə yaranır. Son anda özünü itirən Ramiz məftili əlindən buraxır. Bu zaman qarşıdan gələn «Moskviç» avtomobilin sürücüsü görür ki, «Palturka» maşınının arxasından qəfildən «konki»də bir uşaq peyda oldu və düz onun maşınının qarşısına çıxdı. Sürücü uşağı vurmamaq üçün sükanı sağa buraraq, yolun kənarına çıxarır. Ramiz isə özünü saxlaya bilməyib yolun kənarındakı dərəyə yuvarlanır. «Moskviç» maşınının sürücüsü tez maşından düşüb, dərədə hüşsuz halda uzanan Ramizi götürüb şəhərə gətirir. Sürücü Ramizi dərhal tanıyır. Xatırladaq ki, o zaman Ramizin atası Yusifov Yusif Niftalı oğlu Naxçıvan MR MK- nın birinci katibi vəzifəsində (1946 - 1952 - ci illərdə) işləyirdi. Rayon həkimlərinin səyi nəticəsində Ramizin huşu bir neçə saatdan sonra özünə gəlir. Bu Ramizin uşaqlıq illərində etdiyi dəcəlliklərin nə birincisi, nə də ki, sonuncusu idi.

Naxçıvandan Bakıya gələn R.Yusifov orta təhsilini 199 saylı orta məktəbdə davam etdirməyə başlayır. Ancaq R.Yusifov yenə də dəcəlliyindən qalmırdı...
Bir dəfə özündən yaşca böyük olan yuxarı sinifdə oxuyan bir məktəb yoldaşı onu yoldaşlarının köməyi ilə məktəbdən çıxıb evə gedərkən döyür. Ramiz ertəsi gün həmin oğlanı məktəbin tualetində tək olduğunu görərək, onun yaxşıca «dərs»ini verir.

Dərsdən sonra isə həmin oğlan yoldaşları ilə Ramizi təkləyərək döyürlər. Və Ramizə son dəfə xəbərdarlıq edirlər ki, bir də bu oğlanla işi olmasın.
Ramiz evə gələndə anası Mələk xanım onun sifətinin nə halda olduğunu görüb yenə də uşaqlarla dalaşdığını soruşur. Ramiz isə heç bir şeyi boynuna almır. Deyir ki, məktəbin həyətində qaçarkən yıxılıb. Amma Mələk xanım oğlunun xasiyyətinə yaxşı bələd olduğundan onun sözlərinə inanmır, bilir ki, yenə də kiminləsə dalaşıbdır.
Ertəsi gün, R.Yusifov məktəbdə həmin oğlanı sakit bir yerə çəkərək, yaxşıca «dərsini» verdi. Dərsdən sonra döyülmüş oğlanın yoldaşları Ramizin qabağını kəsərək ondan haqq - hesab sorurlar:

-- Alə, sənə dünən demədikmi bu oğlanla bir də işin olmasın?!
-- Əgər mənə toxunsanız, sabah onu yenə də əzişdirəcəyəm.
-- Alə, sən nə inadkar uşaqsan. Bax, sənə axırıncı dəfə xəbərdarlıq edirik. Əgər ona bir də əl vursan, əllərini kəsərik.
-- Əgər özünüzü kişi hesab edirsinizsə, onda gəlin təkbətək döyüşək, -- deyə Ramiz bu dəfə də qabağından yemədi.
Ramizin inadkarlığını görən yaşca ondan böyük olan oğlanlar Ramizlə oğlan arasında «barışıq sazişi» imzaladılar. Bundan sonra, Ramiz yaşca özündən böyüklərlə dostluq etməyə başladı.
R. Yusifovun məktəbdə növbəti dalaşmasını görən Tofiq Bəhrəmov ona məsləhət görür ki, gedib boksla məşğul olsun. O zaman T. Bəhrəmov həmin məktəbdə idman müəllimi işləyirmiş.
Həmin gündən sonra R. Yusifov dünya miqyasında tanınan futbol hakimi Tofiq Bəhrəmovun məsləhəti ilə 1952 - ci ildən «Spartak» cəmiyyətində boksla məşğul olmağa başlayır.
R.Yusifov dəfələrlə şəhər və respublika birinciliklərinin, sonra isə SSRİ çempionatının iştirakçısı olur. 1958 - ci ildə SSRİ idman ustası dərəcəsini alır.
R.Yustifov dəfələrlə SSRİ birinciliklərində və çempionatlarında iştirak edib mükafata layiq yerlər tutmasına baxmayaraq, o zaman bəzi haqsızlıqlarla üzləşdiyini də gizlətmir: «Ümumittifaq «Spartak» cəmiyyətinin yığma komandasının tərkibində ən güclü boksçular Azərbaycandan olsalar da, məhz azərbaycanlı olduğumuza görə bizim imkanlarımız sıxışdırılır, hüquqlarımız əlimizdən alınırdı. Beynəlxalq yarışlarda azərbaycanlı boksçuların iştirak etmələrinə sədlər qoyulurdu. Bu hal nəinki boks, digər idman növlərində də özünü büruzə verirdi. Bir dəfə beynəlxalq yarışa getmək ərəfəsində mənə iynə vurub hərarətimi qaldırdılar və nəticədə yarışa digər millətin nümayəndəsi getdi. Bu kimi ədalətsiz hallarla tez – tez rastlaşdığıma görə 60 - cı illərin əvvəllərində idmandan uzaqlaşdım və elmlə məşğul olmağa başladım».

R.Yusifov idman sahəsində olduğu kimi elmi fəaliyyətində də uğurlar qazanmışdır. Belə ki, 1959-cu ildə ADU-nun geologiya fakültəsini bitirən R.Yusifov 1965 - ci ildə geologiya - mineralogiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edir.
1966-1980-ci illərdə Elmlər Akademiyasının geologiya institutunda çalışdığı dövrdə isə kiçik elmi işçi vəzifəsindən böyük elmi işçi vəzifəsinədək yüksəlir.

1980-ci ildə respublikada seysmik tədqiqatların gücləndirilməsi məqsədilə təşkil olunan geofiziki ekspedisiyaya R. Yusifov da daxil edilir və bundan sonrakı illərdə zəlzələ problemləri, onun nəticələrinin aradan qaldırılması ilə məşğul olur. 1984 - cü ildə Özbəkistandakı Qazlı zəlzələsində, 1985-ci ildə Səmərqənd - Buxara, 1989 - cu ilin iyununda İranın Rüdbar və 1997-ci ildə Ərdəbil zəlzələlərində onun nəticələrini aradan qaldırmaq üçün Akademik Arif Həsənovun rəhbərliyi ilə təşkil edilmiş ekspedisiyasının tərkibində baş geoloq Ramiz Yusifov da vardı.
R.Yusifov 80-dən artıq elmi əsərin müəllifidir.
R.Yusifovun çoxillik idman karyerası dövründə yaddaqalan hadisələr də az olmayıb. Belə ki, 1954-cü ildə beynəlxalq turnirdə iştirak etmək üçün Tbilisiyə gələn R. Yusifov gəzinti zamanı təsadüfən şəhərdəki göllərdən birində azyaşlı oğlan uşağının boğulduğunu və onu xilas etmək istəyən anasının da batdığını görür və suya atılaraq onların hər ikisini xilas edir.
Həmin axşam idmançıların qaldığı mehmanxanaya gələn uşağın atası R. Yusifov və dostlarını evinə apararaq böyük ziyafət təşkil edir.
Hazırda R.Yusifovun xilas etdiyi həmin gürcü balası Moskva Aviasiya İnstitutunun prorektorudur və xilaskarı ilə ailəvi dostluq edir.

20 illik fasilədən sonra R. Yusifovu Azərbaycan Boks Federasiyasının prezidenti, Akademik Ağacan Əbiyevin və fəxri idman ustası, Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakimi Tofiq Babanlının təkidləri nəticəsində yenidən boksa qayıdır.
R.Yusifov 1995 - ci ildən beynəlxalq dərəcəli hakimdir.
Ramiz müəllimlə yaddaqalan hadisələrdən biri də 1999 - cu ildə ABŞ - da kişilər arasında keçirilən Boks üzrə Dünya birinciliyində iştirak etmək üçün yola düşən Azərbaycan idmançılarının tibbi pasportlarının yaddan çıxıb Bakıda qalması olubdur. Buna görə Azərbaycan idmançılarını yarışdan kənarlaşdırmaq istəyirlər. Lakin burada həm hakim, həm də heyət rəhbəri kimi iştirak edən R. Yusifovun səyi ilə yarışın başlanmasına bir saat qalmış idmançıların yeni tibbi pasportu hazırlanır. Heyət rəhbərinin göstərdiyi operativlik hamını təəccübləndirir. Bundan başqa, həmin vaxt yarışın əvvəlində məşqçi Rauf Cabbarov xəstələndiyindən R. Yusifov hakimlikldən imtina edərək, idmançıları özü yarışa hazırlamağa başlayır. Həmin yarışda boksçularımız mükafatlandırıcı yerlərə sahib olurlar.

R.Yusifovun yadında qalan ən maraqlı hadisə isə onun rəqs etməsi ilə bağlıdır. Boksla məşğul olduğu vaxtlarda həm də gözəl rəqs edən Ramiz müəllim 1959 - cu ildə Moskvada keçirilən Azərbaycan 10 günlüyündə ADU - nun «Sevinc» ansamblının tərkibində onun rəqqaslıq fəaliyyətini görən Mərkəzi Komitənin baş katibi Nikita Xuruşşov onun həvəskar olduğuna inanmır. Yalnız Universitetin rektoru Akademik Şəfayət Mehdiyev və Həmkarlar Təşkilatının sədri Çingiz Həsənovun bu faktı təsdiq etmələrindən sonra Baş katib ansamblı bir aylıq Bolqarıstana fəxri qastrola göndərir.
Ramiz müəllimin həyatında maraqlı anlar olduqca çoxdur. Bizim məqsədimiz bütün bunları sadalamaq deyil. Sadəcə, demək istəiyrik ki, Ramiz müəllim həqiqətən də mənalı və şərəfli bir həyat yolu keçibdir.
Hazırda Ramiz müəllim Azpetrol şirkətində İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və şirkətin Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışır.

Biz 80 illik yubileyini qeyd etdiyimiz, amma özünü həmişə ruhən və qəlbən gənc, cavan, təravətli, enerjili hesab edən R. Yusifova bundan sonra da insan üçün həyatda ən ümdə olan can sağlığı, uzun, mənalı ömür, tükənməz həyat eşqi və hazırkı işlərində uğurlar arzulayırıq!...

Camal ZEYNALOĞLU
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Digər bölmələr, Qarayazı
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Marneulidə boks üzrə çempionat keçirilib

Marneulidə boks üzrə çempionat keçirilib

Borçalı, İdman
RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

Nekroloqlar
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Ramiz QUSARÇAYLIya BAŞSAĞLIĞI

Nekroloqlar
DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

Başkeçid, İdman, Təbriklər
Ramiz ABDULLAYEV: Qəzəl

Ramiz ABDULLAYEV: Qəzəl

Tv, Ramiz Abdullayev
Ramiz ABDULLAYEV: Bayraq!..

Ramiz ABDULLAYEV: Bayraq!..

Bakı, Tv, Ramiz Abdullayev
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar
Ramiz ABDULLAYEV: Şeir qanadlarında...

Ramiz ABDULLAYEV: Şeir qanadlarında...

Bakı, Tv, Ramiz Abdullayev
RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

RAMİZ ABDULLAYEVə BAŞSAĞLIĞI

Nekroloqlar
YARIŞLAR BAŞA ÇATDI

YARIŞLAR BAŞA ÇATDI

"Mən Şirvanın səsiyəm", İdman
COĞRAFİYA İNSTİTUTUNDA 31 DEKABR GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ YIĞINCAQ KEÇİ ...

COĞRAFİYA İNSTİTUTUNDA 31 DEKABR GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ YIĞINCAQ KEÇİ ...

Digər bölmələr
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Akademik RAMİZ MƏMMƏDOVa BAŞSAĞLIĞI

Akademik RAMİZ MƏMMƏDOVa BAŞSAĞLIĞI

Qarayazı, Nekroloqlar
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

Darvaz, İdman, Rusiya
Rəy yazın: