Rəhman BAYRAM: Qan ağlayır Xocalı... Ədəbiyyat » Poeziya 24 февраля 2016 XocalıBilmirəm hayandan əsdi qara yel,Bir gündə al-qana batdı Xocalı.Azğınlar qoymadı daşı daş üstə,Yağı səni oda atdı, Xocalı.Dərdi dağlar əridən,Evləri boş Xocalı.Ağlamaqdan gözlərdəQurudu yaş Xocalı.Sinəsi gülləbaran,Yurdu viran Xocalı.Çatan yox harayına,Yarası qan Xocalı.Kardı dünya, fəryad eləmir təsir,Neçə qız-gəlinin düşübdü əsir.Bacılar qardaşsız, körpələr yesir,De, nədən taleyin yatdı, Xocalı?Ahıyla sinələri,Hey dağlayır Xocalı,Torpağı yerlə yeksanQan ağlayır Xocalı.Qoy hələ düşmənin qəddini əyim,Döyüşüm o qədər, qalmasın heyim,Qələbə günündə hayqırıb deyim,Nəhayət, arzuya çatdı Xocalı. QızımTaleyin üzünə gülür ölkəmdə,Xoşbəxt taleyin tək sən də gül, qızım.Hər bir evdən sevinc səsi yüksəlir,Yüksələn səslərə ver könül, qızım.Bil ki, bu xoşbəxtlik gəlməyib asan,Axıtmış babalar bu yolda çox qan,Doğma yurdumuzda indi mehriban,Ucalır qadınlar ilbəil, qızım.Elə yaşa, pozulmasın izlərin,Elə danış, hikmət olsun sözlərin,Uğurdan, zəfərdən gülsə gözlərin,Sənlə sevinəcək bir nəsil, qızım.Düzgünlük, halallıq olsun meyarın,Aludəsi olma şöhrətin,varın,Həmişə dadına çat insanların,Həm sev sənətini, həm sevil, qızım.Ucal sənətinlə, mərifətinlə,Halal zəhmətinlə, saf niyyətinlə,İlahi sevginlə, ləyaqətinlə,Qürur duyur atan, bunu bil, qızım. Rəhman Bayram. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.