DƏYANƏT OSMANLI: KEFİNDƏN KOR YAZARIN PORTRETİ Poeziya, Bolus 20 февраля 2016 * * *Bir zaman demokratdı...keçmişi söyürdü, şivən qoparırdı,hələ yeri gələndəhaqqı da qısqanırdıabırsız vicdanına...İndi yenə görəvdəzəncirsiz köpək kimi,tərəddüd edirziyalı,yazıçı və şair statusunda..Bir zaman söydüyünədil uzadıb yalmanır,yekə quyruq bulayır,iri göbək bağlayır, çünki dadlı yalı var.Yazar gəlin-arvadlaryanında naz satırlar... Xaşal qarnı, ailəsinin gözü doyur,millətin acığınamurdar nəfsi toxtayır.Kefindən tanımır salam verəni,yeriyir bir zibil çəlləyi tək. Hələ artıq yeyəndəöz üstünü kirlədirbir tualet milçəyi tək.Keçmişini zorlayır,sonra da qətl edərəkbu gün qatil axtarırməsumlar arasında.Bir ayağı "gorda", bir ayağı burda.Bir əli müxalifətin, bir əli iqtidarın ətəyində.Özəl durağı varhər iki düşərgədə.Bir kahbe sayğısıylafırlanır ortda.Mükafat,ənam,ianə,şöhrət və mənsəb qazanır.Adı bütün siyahılarda şərəfli qələmlə yazılır.Adımızın acığınahaqqımızın qəbri dərin...çox dərin qazılır.* * *Bir şeir yazıb bölüşdüm,dostların çoxuqaçıb gizləndigüvənli bildiyi yerdə.Bir az zirək olanlargözlərini qapadı,bir az hiyləgərləri - zamanı qabaqlayanlarodasında işığı söndürdü...Haykırdım Tanrıya sarı:sənin verdiyin o sözən böyük kabusdu,pantürkçülükdə ittiham edilibasıldı lal dilindən...Dəyanət Osmanlı. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.