Pərvanə Əyyubovanın yeni şeirləri Ədəbiyyat » Poeziya 21 мая 2024 1653 0 1 2 3 4 5 SÜKUTKöhnə evimizi yağışlar yuyurKimsəsiz qalıbdır, hər kəs işində,Hərdən qonaq gəlir, külǝk uyuyur,Çırpır qapıları hər gedişində.Kölgələrdə naxış yeri qızarırİndi rəngi solan pərdələrin də.Qəribədir, lampa hələ közərir,Ümidi yaşayır vədələrin də.Aramla əriyir tüstülənən şam,Deyir, savaş! Ya da yaşa süqutda!Min bir suallara cavab tapmışam,Köhnə evimizə çökən sükutda... * * *Bağlı pəncərələr küskün baxışlaHəsrətli məhəbbət nəğməsin oxur.Göz yaşında, islanmış o yağışlaGözləri gümüşü buludtək baxır.Ney səsiylə çəkir gözü yolları.Gözləməkmi? Nə qədər ki ömür var?Axtarsa da itirilmiş illəri,Pəncərədə ağlayan o yar.Yağış təyyarəni saxlaya bilməz,Gedənə dur demə, yaxşı yol dilə...ŞƏRAB QADINTitrətdi tül niqabını əsən mehin dalğası,Çilǝdi al şərabını şirin narın damlası.Dinməmişəm, göz süzülər,Söz qondurma, bıçaqlar.Kəmər belində büzülər,Əndamını qucaqlar.Sığdırmadım ifadəyə, qaldı dodaqda dadıın,Bir ümmansan, bir badəyə süzüldün,Şərab qadın.Nağıl danış, gecə uzun, dərilməsin almalar,Alma alı aydır üzün, utanmasın kəlmələr.Qılınc çəkmisən üstümə,Ərəbzəngimi adın?Zəhər içirdin, qəsdin nə?Uymuşam, Şərab qadın.. * * *Yağsa bəyaz çiçək kimi yerə qar,Bəhrəsini əsirgəməz bir bahar.Dondursa da, yeri unutduracaqQaysaq qoyan yaralar.Bir toxum ǝk, o torpağın altına,Sevgi ilə səslən hər gün adına,Çiçəyini göstərəndə dünyayaÇevriləcək qadına…BU YAZO don vurmuş ürəyinə yaz küləyi əsdi sərt,Baş qoymuşam ətəyinə, damarımı tez ol çǝrt,Cəllad, qara əlcəyi gey, kəndiri as boynuma,Kəfənimi hazır eylə, yaraşıbdır əynimə.Sus, danışma, gözüm dolar, eşitdirmə qəlbini,Başını qoy sinəm üstə, dinlə atan nəbzimi,Bu yaz nədən əvvəlki tək bənzəmədi bahara,Mən qəm geydim, sən libasın dəyişdirdin zərxara,Nisgilin çilǝdi bulud, bu yaz açılmadı çiçək,Baharlara bənzəmədi, bu yaz nədən əvvəlkitək?.. Pərvanə Əyyubova, Şairə, rəssam, tətbiqi sənət ustası ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.