RƏŞİD FAXRALI: "YOL GEDİRƏM" Poeziya, Bolus 17 февраля 2024 1005 100 1 2 3 4 5 İLLƏRİMİN O ÜZÜNDƏ QALAN DÜNYAM Könül açan gözəlliyə mehri varıydı,Bir tilsimi, bir ovsunu, sehri varıydı,Söz adında çəkilməyən qəhri varıydı,İllərimin o üzündə qalan dünyam, heyyy! Dünyalara görk olmuşdu öz biçimində,Duyanlara ocağıydı köz biçimində,Dağı-daşı dikəldirdi söz biçimində,İllərimin o üzündə qalan dünyam, heyyy! Qərib düşdüm, qəribliyə qənim olmadı,Qəribliyin gözlərində çənim olmadı,Ha əlləşdim, ha vuruşdum, mənim olmadı,İllərimin o üzündə qalan dünyam, heyyy! Şimşəyiydi, bir anlığa çaxdı da getdi,Dağ çayıydı, gözlərimdən axdı da getdi,Acıqlıydı, köntöy-köntöy baxdı da getdi,İllərimin o üzündə qalan dünyam, heyyy! Nə biləydim dərd bələkli bir naçarıymış,Dünənimdən bugünümə bir açarıymış...Dərib, sonra uduzduğum qulançarıymış,İllərimin o üzündə qalan dünyam, heyyy! Axşam-sabah ağır-ağır dinir, dinmirəm,Pas bağlamış çıraq kimi sönür, dinmirəm,Alınımın qırışına dönür, dinmirəm,İllərimin o üzündə qalan dünyam, heyyy! Yaddaşımı kitab kimi varaqlayır da,Qəhərimin saçlarını daraqlayır da,Mən Rəşiddən o Rəşidi soraqlayır daİllərimin o üzündə qalan dünyam, heyyy!..Könlümüzü telləndirənşeiriyyətdi ƏHMƏD CAVAD Qarı dünya, gözünü aç, "Qoşma"nı gör, "Göy göl"ü gör,Yerə-göyə sığışmayan dəyanətdi Əhməd Cavad."Vətən!" dedi, "Bayraq!" dedi "Dalğa"sının pıçıltısı,Azərbaycan, adın boyda məhəbbətdi Əhməd Cavad. Min illərin tarixidi, tarixlərin yaddaşıdı,Dədəliyə bağır basan Dədəliyin sirdaşıdı,Göy üzündən düşən nurdu, ruhumuzun adaşıdı,O illərdən bu illərə sədaqətdi Əhməd Cavad. Hilal görcək, ulduz görcək, coşdu dəniz, daşdı dəniz,"Bismillah"ın qüdrətiylə sahilini aşdı dəniz...Bu niyyətə bayraq dedi burda Bakı, orda Təbriz,Ay-ulduzlu dünyamıza inayətdi Əhməd Cavad. Biz bu yolun yolçusuyuq, hər üzünə sına, Vətən,Üzə duran sınaqlardan üzüləni qına, Vətən...Hər misrası şeirimizin bayrağıdı, Ana Vətən,Könlümüzü telləndirən şeiriyyətdi Əhməd Cavad. Aşıb-daşan boz selləri uğurundan saxlayandı,Şər gətirən yolu-izi "Marş"ı ilə bağlayandı,Dağımıza daş atanı "Dağlar"ıyla dağlayandı,"Azərbaycan!" deyənlərə zəmanətdi Əhməd Cavad,Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad. QƏRİBLİK AĞRISI Qürbətin hər günü bir ilə dönür,Əriyir, qalmır ki, gözünün yağı.Bir udum havadı, bir içim sudu,beş addım torpaqdı, beş arşın bezdiqəribin Vətəndən son umacağı. Düşərli gün gəzir günlər içində,Düşərli dünləri dolaşıq düşür.Şirin istəyinin kölgəliyindəgecəsi-gündüzü qarışıq düşür. Yollar da uzanır... Uzanan yollarneçə dağdan keçir, dərədən keçir.Əlimi titrəyir? Qəribin ovuhəmişə sürüşüb bərədən keçir... Vətəndən uzağa düşənlər, eləözündən uzağa düşdüyü üçünömrünü yellərə verib gedirlər.Qəriblik ağrısı udub da bir günsonuncu ünvana qərib gedirlər...Dörd çiyin... Dörd cüt əl...Dörd-beş addım yol,Bu necə dəfndi? - Belə, birtəhər...Bu da son... Qəribin son günü... Bir də,Qondarma bir hüzn, qondarma qəhər...Nə mehlər uçunur, nə Gün görünürqəribin məzarı qazılan yerdə... QƏLBİNƏ XAL DÜŞÜRATA YURDUNUN Əlləri qoynunda qalan qəribinAçılan dan üzü üzünə baxmır.Ömrünün sığallı yuxularınıdağıdan küləklər sözünə baxmır,Qəlbinə xal düşür ata yurdunun. İşıq gələn tərəf, işıqlı tərəfŞöhrət boğçasına yığır ruhunu.Şeytanın kələyi işığa dönür,Şeytan vəsvəsəsi sıxır ruhunu,Qəlbinə xal düşür ata yurdunun. Köynək sonulayan oğula görə,Ömrünə dar gəlir ömür köynəyi.Qılığa tutammır ötən illəri,Göynəyir, bağrının başı göynəyir,Qəlbinə xal düşür ata yurdunun. Sonu görünməyən axına görə,Fələyin tərs dönən çarxına görə,Kirayə haqqının nırxına görə,qəlbinə xal düşür ata yurdunun... YOL GEDİRƏM Ürəyimdən enib yanar,Dindirməsən, dinib yanar,Sözüm oda dönüb, yanarürəyimdən diliməcən. Kim deyir, uzağam, yadam?!Özünə yad olmaz adam.Əl uzadan çoxdu, atam,Kösöyümdən külüməcən. Əridəmməz ömürü qəm,Dərdinə dönən mürüdəm.Yol gedirəm, ömürümdəniçimdəki ölüməcən. AĞLAMA, QUZUM... Anım tədbirində şəhid atasıçıxış edəndə məktəbli qız ağladı Əridi dağların qarı,Ağlama, quzum, ağlama.Dərdliyə rəhm elə barı,Ağlama, quzum, ağlama. Birər-birər üzüldü yaş,Kirpiyinə düzüldü yaş,Yanağında köz oldu yaş,Ağlama, quzum, ağlama. Şəhidə qardaş olarıq,Yaşanmamış yaş olarıq.Şəhidə qardaş olarıq,Ağlama, quzum, ağlama. Əlim əlində hönkürər,Sözüm dilində hönkürər.Yaşım telində hönkürər,Ağlama, quzum, ağlama. BIR VAXTLAR MƏNİM DƏ ANAM VARIYDI Onda dünyamızın üzü gülürdü,Çəməni gülürdü, düzü gülürdü,Oğulu gülürdü, qızı gülürdü,Bir vaxtlar mənim də anam varıydı. Bir vaxtlar sözümü öyən çoxuydu,Bir vaxtlar boyumu söyən çoxuydu,Bir vaxtlar dərdimi döyən çoxuydu,Bir vaxtlar mənim də anam varıydı. Dünyanın dərd bölən camı dəyişib,Ağzımın ləzzəti, tamı dəyişib...Ay ellər, elə bil hamı dəyişib,Bir vaxtlar mənim də anam varıydı... GÜNÜN BİRİNDƏ Əllərim saçını oxşayır, öyür,Saçının əvvəlki ətiri yoxdu.Yenə əllərini ağ yağış döyür,Əlinin əlimdən çətiri yoxdu. Mən də islanmışam builki yazıntorpağı doyduran yağışlarından.Özüm də baş aça bilmirəm, azıgöyü sığallayan baxışlarından. Bağlı qapıların o üzündəsən,Tilsimmi? Sehrmi? Aça bilmirəm.Sənin gözlərinin cazibəsindənBeş addım o yana qaça bilmirəm. Sənə qılıqçıdı göylər ülkəri,Həsrət şərbətisən, sevgi qəmisən.Gözəlim, mən səni görəndən bərihələ yazmadığım şeir kimisən. Sığalın, tumarın yerli-yerində,Baxırsan göylərin göy aynasına.A məndən küsənim, günün birindədönərsən ömrümün şah misrasına!.. Baxışın sualdı, duruşun sual,Sənə baxa-baxa sual olmuşam.Nöqtəsiz, vergülsüz xəyallarındailməsi sökülən xəyal olmuşam. Baxıram... Baxırsan... Bu da bir zülüm,Ümid işartısı yoxdu səsində.Özümü-sözümü bilmirəm, gülüm,Nidasız cümlələr məngənəsində. Sənin qələminə mürəkkəb ollam,Özün arzulasan, özün istəsən.Mən sənin ömrünün bütöv cümləsi,Sən mənim ömrümün üç nöqtəsisən... BİR AĞ YAĞIŞ YAĞA... Yenə Qaraxaçın tutması tuta,Yenə boz buludlar qaynaya, daşa.Kəkotu yığmaqdan qayıdanda sənBir ağ yağış yağa...AsırğallığıKeçə bilməyəsən...Asılanasan:"Ay Allah, mən hara, kəkotu hara?"...Örpəyin otluğa düşə... Bu andaAyağın sürüşə... Gözlərin dola...Bir az təntiyəsən... Bizim dəyəninyanından keçəndə nənəm tanıyıbSəni haraylaya: "A günü qara!.."... Gələsən... Baxasan... Gözlərim gülə,Donundan süzülən ağ damcılardanBoyaboy islana qup-quru dəyə...Üzümə baxasan, gülümsünəsən,Baxasan...Çaşasan, gözlərində yaş...Qəlbimdən keçəni gözlərim deyə:"Ay Allah, bu yağış gec kəsəydi, kaş..."Getmək istəyəsən, nənəm qoymaya,Xeyli ləngiyəsən, qaranlıq düşə.Bir az isti dəyə,Xumarlanasan...Gərnəşib yağışdan diksinən dəyəbizə darlıq edə...Anlar ötüncə,Ooşa ovcumuza yağışlar düşə... Əl-ələ toxuna, ürək isinə,Göylər də mat qala bu məhrəmliyə.Bir az ləngiyəsən, qaranlıq düşə...Boylanaq gecənin qaranlığındanDünyanın gözəllik möcüzəsinə!..ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.