Sevda Səfərli: GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM! Ədəbiyyat » Poeziya 8 ноября 2023 1774 100 1 2 3 4 5 GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM!Qoy bilsin dünya, eşitsin cahan,Azərbaycan verdi böyük imtahan.Bu böyük qələbə deyildi pünhan,Tarixə yazıldı zəfər dastanım,Gözün aydın olsun, Azərbaycanım!Qala Qapısına yazıldı Şuşam,Sevincdən nərə çək, türk oğlu paşam,Demə ki, duymadım, demə ki, daşam.Geriyə qaytardıq o şöhrət- şanı,Yağı əllərindən aldıq Şuşanı.Sən ey Oğuz elim, ey ulu Türküm,Qazan xanın yurdu, basılmaz Türküm.Xalqım deyirdi ki, ağırdır yüküm,Bu yükü millətim daşıyammazdı,Qarabağ dustaqda yaşayammazdı.Azad olmasaydı can Qarabağım,Qanlar ağlayardı İsa bulağlm,İki bölünərdi uca Kirs dağım,Ruhu çatlayardı bil, Pənah xanın,Ürəyi partlardı Azərbaycanın.Qara bulud başın üstdən çəkildi,Gülüstana yenə güllər əkildi,Vətənə uzanan qollar kəsildi.Mayası Tomrisdən yoğrulan qanım,Gözün aydın olsun Azərbaycanım!Qarabağ düzünə nur səpələnsin,Göylərdən yurduma qoy dürr ələnsin,Araz elə coşsun, Kür silkələnsin.Azərbaycanım dik tutsun başını,Analarım töksün son göz yaşını.Tarixin özü tək qocasan, Vətən,Zirvələrdən uca, ucasan, Vətən,Mərd oğullarını qucmusan, Vətən.Xətayidən qalan şərəf ad-sanım,Gözün aydın olsun Azərbaycanım!Vətənim qurtardı dərddən- bəladan,Yallı səsi gəldi qədim Qaladan,Çox şükürlər olsun, ulu Yaradan.Təbrizim, Urmiyam, ulu Zəncanım,Gözün aydın olsun Azərbaycanım!Azərbaycan türkü mənim mərd soyum,Dədə Qorqud mənim tarixdə boyum.Bu kəhkəşanından mən necə doyum?Üçrəngli bayrağım- zirvə mərcanım,Gözün aydın olsun Azərbaycanım!Sevda SəfərliZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.