ELVİN İLQAROĞLU (1994) Poeziya, Müsabiqə 13 июня 2023 1962 0 1 2 3 4 5 Elvin İlqaroğlu - 19 Yanvar 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Gədəbəy rayonunun Cəfərli kəndindəndir. İlk təhsilini Sumqayıt şəhəri 13 saylı tam orta məktəbdə alıb. Sonra təhsilini Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəbdə davam etdirib. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin il Sumqayıt Dövlət Universitetinin Kompüter Mühəndisliyi fakultəsinə qəbul olub. 2015-ci ildə ali təhsilini başa vurub. Ailəlidir, 1 qızı var.Şeir yazmağa 2008-ci ildən başlayıb. Biz də Elvin İlqaroğluna yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.Bayram AŞIQLI,“Borçalı” nəşriyyatının və“Şərqin səsi” qəzetinin şöbə müdiri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Abdulla Şaiq”, “Qızıl qələm” və“Zirvə” mükafatları laureatıZiM.AzAZƏRBAYCANAzərbaycan, elim, günüm,Azərbaycan, səsim ünüm.Həm dünənim, həm bu günüm.Azərbaycan! Azərbaycan!Qan da, can da fəda sənə,Zəfər vermiş Xuda sənə.İnan azdır bu da sənə,Azərbaycan, Azərbaycan.Hər nəfərin bir ordudur,Bu yurd igidlər yurdudur.Səni sevmək bir qürurudur,Azərbaycan! Azərbaycan!Çəmənində güllər açsın,Körpələrin sevinc saçsın.Dərdi bəla uzaq qaçsın,Azərbaycan! Azərbaycan!Bu millətin adı uca,İstər cavan, istər qoca.Yaşa tarixlər boyunca,Azərbaycan! Azərbaycan!Sən gülərkən güləcəyəm,Çağırarsan gələcəyəm.Ölənəycən deyəcəyəm,Azərbaycan! Azərbaycan!BİR ADAMHardasa uzaqdan bir adam baxır,Kimdir o uzaqda dayanan adam.Gör necə özümə oxşayır mənim,Bəlkə də özümdən uzaqlaşıram.Yox o mən deyiləm, özgədir, yaddır,Amma yox bu qədər olmaz ki, oxşar,Bu duruş, bu baxış elə bil mənəm,Adam da adama belə oxşayar?Görən nə düşünür orda dayanıb,Nələri ötürüb öz dünyasından,Odamı boylanır mən baxan kimi,Sınıq ümidlərin astanasından.Mən ona getdikcə o uzaqlaşır,Bir dayan, nə olar danışaq bir az.Səndəmi acılar çəktin mənim tək,Onda acılarla yarışaq bir az.Özümü görürəm baxışlarında,İlahi, deyəsən dəli oluram.İçimdən həsrətli sarılmaq keçir,Getdikcə mən ondan uzaqlaşıram.MƏN UŞAQ OLANDA ELƏ BİLİRDİM Mən uşaq olanda elə bilirdim,Adam yıxılanda ağlayır ancaq.Sanırdım dünyanı mənim atamın,Çəçələ barmağı saxlayır ancaq.Mən uşaq olanda elə bilirdim,Seçdiyim hər maşın mənim olacaq.Mən axı bilmirdim dünyanın özü,Böyükkən özümə qənim olacaq.Mən uşaq olanda uşaqlığımdan,Tezcə sıxılardım, tezcə bezərdim.İstərdim tezcənə böyüyüb mən də,Böyük adamlar tək rahat gəzərdim.Mən uşaq olanda elə bilirdim,Hər nağıl xoşbəxt bir son ilə bitir.İndi böyümüşəm, mənim nağılım,Hardasa beş, ya da on ilə bitir.SƏN MƏNİM ÖMRÜMƏ GƏLDİYİN GÜNDƏNSəninlə bir ömür yaşamaq gözəl,Səni ürəyimdə daşımaq gözəl.Quruyub gözümün yaşı bax, gözəl,Sən mənim ömrümə gəldiyin gündən.Mən səni sevməyi öyrənə bildim,Bir ömrü bölməyi öyrənə bildim.Səninlə gülməyi öyrənə bildim,Sən mənim ömrümə gəldiyin gündən.Əvvəllər bu cürə deyildi inan,Çətinlər asana çevrildi inan.Qəm dağı yıxılıb, devrildi inan,Sən mənim ömrümə gəldiyin gündən.YERLƏ GÖY ARASIBu dünyanı dünya edən,Yerlə göyün arasıdır.Hələ nələr görmüsən ki?Dayan, hələ harasıdır?Yerlə göyün arasında,Kimlər gəzir, nələr gəzir?Neçə xəyallar qurulur,Neçə düşüncələr gəzir.Ömür sürür bəziləri,Başı göyə baxa baxa.Kimisi də öz içində,Çıxır hərdən əlbəyaxa.Çaxan şimşək, yağan yağış,Yerin göyün naləsidi.Yalnız Allah bu dünyada,Kimsəsizin kimsəsdir.Navalçalar takkıldayıb,Saniyəni sayır sanki.Ömür necə yeyin gedir,Tələsərək qaçır sanki.Boş xəyallar, boş arzular,Hədər yerə yorur bizi.İçimizdən parçalayır,Yerli yersiz qürur bizi.Axı yalnız Haqqın gücü,Özümüzdən qorur bizi.Bu dünyaya gözlərini,Yuman cismim, qalan ruhum.Yerə girən quru bədən,Göylərə ucalan ruhum.İndi başa düşürsənmi?Bu dünyanı dünya edən,Nə sən, nə mən, nədə odur.Yerlə göyün arasıdı.Bu nə hikkə, bu nə qürur,Bu nəyin hərisliyidi.Axı qoca dünya özü,İlk addımlar dərsliyidir.Hər bir insan bir dünyadır,Baxdığın hər adam dünya.Səni təzə tanıyıram,Tanımağa şadam dünya.NƏDİR EŞQ?Kim bilir ki nədir eşq,Yara olan qayğımı? Yaradana sayğımı?Yoxsa özü özünü təkcə sevəndədir eşq?Kimi vurular qaşa kimi vurular gözə,Milyon milyon incilər düzüləcək çox sözə.Yoxsa sözün sehrinin möcüzünün adı eşq,Çoxlarının doğması, çoxlarının yadı eşq.Gözdən süzülən yaşın yanaqda quruması.Deyilməyən sözlərin dodaqda quruması.Varlığına sevinib, yoxluğuna üzülmək,Sevdiyinin gözündən, ürəyinə süzülmək.Gərək budur təmiz eşqAra sıra özünü unudur bu təmiz eşq.Kimə körpə səsində, ana laylasındadır,Kiminin toyundadır, kiminin yasındadır.Düşünmə ki həmişə üzləri güldürür eşq,Kimisini dirildir, kimisin öldürür eşq.Əsl eşqi axtarıb tapmaq çətin gəlməsin,Yaradanın sevgisi ürəyində sönməsin.Axtarmağa gərək yox, yaranışın adı eşq,Əvvəl axır Allaha qayıdışın adı eşq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.