Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu... Poeziya, Başkeçid, Rusiya 9 декабря 2015 Əziz Millətim, sevincin sevincimdi, qəmin də qəmimdi...Tanrıdan SİZƏ bu ağrılı-acılı gündə səbr diləyirəm... BAŞIN SAĞ OLSUN, AZƏRBAYCANIM!..Günəşli" yatagındaki 10 saylı Dərin Dəniz Özülündəbaş vermiş qəza ilə əlaqdar dunyasını dəyişənlərə isə Allahdan RƏHMƏT diləyirəm!...Millətim bu günü qara bağladı,Dəhşət bir faciə ürək dağladı -Qıydı göy Xəzərim neçə insana , Dalğa min arzunu girov saxladı...İşləyən işçini uddu, of...dəniz, Fəlaket eylədi vaxsız, vədəsiz.Odlarla toqquşdu yanmayan sular,Ümidlər talandı, yandı çarəsiz...Xəzərim göy idi qırmızı oldu,Qərənfil qan görüb yenə doğuldu ,Onsuz da dərdliyidi, Vətən, Millətim,Onlarla Neftçim də suda boğuldu,Görəsən Allahım yenə nə oldu ?!...Sədaqet Dilqəm. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.