Siyavuş UYĞUN: "İnsan yaxşılıq etməsə..." Poeziya, Borçalı 9 февраля 2017 NƏ APARAR"İt hürər, karvan keçər,Yel qayadan nə aparar."Doğma səni talamasa,Yad mayadan nə aparar.Düz çörəkli olsa masa,Onda hər an dolar kasa,İnsan özü daşımasa,Quş tayadan nə aparar.Qonşuyla yola getməsə,Uyğun tək hoya yetməsəİnsan yaxşılıq etməsə,Bu dünyadan nə aparar.09.02.2017.OLAYDIDörd fəsil yaşayır həyatda insan,Deyərlər ömrümün yazı olaydı.Özüm haqq aşığı düşəydim yola,Əlimdə Əmrahın sazı olaydı.Düşməni olaydım qəmin-kədərin,Olaydım mehmanı mavi səhərin,Ana təbiətin, yaşıl düzlərinQəlbimi oxşayan nazı olaydım.İstisi azalıb ömür yayının,Fərqi bilinməyir ilin, ayının,Uyğuna verilən ruzi payının,Mənə qismət olan azı olaydı.08.012015.GÜLÜMMən torpaq olaydım, sən dən olaydın,Mənim torpağımda bitəydin gülüm.Dönüb bir çiçəkli çəmən olaydım,Çiçəklər içində itəydin gülüm.Sevsən də ürəkdən, sevirəm demə,Sevda yollarında kədər-qəm yemə,Tanrıdan verilən bu taleyimə,Arılar bal yığan pətəydin gülüm.Özün bahar qızı, dönüb bahara,Gəl salma Uyğunu bu əzablara,Düşsəm eşq yolunda borana, qara,Onda sən dadıma yetəydin gülüm.02.01.2015.BAHARIN BİR ANI Bulud getdi, günəş doğdu,Yer üzünə nur ələndi.Otlar üstə şəfəq düşdü,Şeh damcılar gilələndi.Bax göstərdi öz varını,Çən tərk etdi dağlarını,Geydi təzə paltarını,Göy çəmənlər məzələndi.Bəhrələndi arzu,dilək,Öz yerindən uçdu ürək,Bax dünyanı belə görcəkUyğun, ömrün təzələndi.3.03.2011.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.