Ceyhun AĞABƏY: "Allah, bu ürəyi dəyiş mənimçün..." Poeziya, Müsabiqə 13 ноября 2017 DƏYİŞ MƏNİMÇÜNDüzə, həqiqətə heç kim inanmır,Allah, bu ürəyi dəyiş mənimçün.Ürəyim saflığa, sevgiyə yanır,Allah, bu ürəyi dəyiş mənimçün.Ağlımı, ruhumu yerində saxla,Başımı, qolumu yerində saxla.Közümü, odumu yerində saxla,Allah, bu ürəyi dəyiş mənimçünBir az biganə et, bir az qəddar et,Duyğuların yerin kiçik et, dar et.Gözün kor, dilin lal, qulağın kar et,Allah, bu ürəyi dəyiş mənimçün.HƏQİQƏT BÖLÜNMÜR TƏRİQƏTLƏRƏHamı öz qəlbində özün düz sanır,Hamı yaxın imiş həqiqətlərə.Niyə başa düşmür axı insanlar,Həqiqət bölünmür təriqətlərə.HƏRƏ BİR CÜRƏArzular ürəkdə qalır,Sözlər dillərdə qıfıllı.Hərə bir cürə dəlidi,Hərə bir cürə ağıllı.Göylər bir cürə qışqırır,Yerdəsə yer başqa cürə.Varlı bir cürə qudurur,Kasıbsa bir başqa cürə.Kim yürüyər, kim sürünər,Kimi gedər başqa cürə.Sevənlər eyni cür sevər,Şair sevər başqa cürə.ALOV OLUB YANDIRIRDərd içimi alov olub yandırır,Hər günümdə üşüyürəm, ay adam.Səbr məni həmişə borclandırır,Sevinc üçün yaşayıram, ay adam.Allah verən bir ömürə sən hakim,İstəyini daşıyıram, ay adam.Mən də bir gün yaşayacam deyərək,Ümidimi qaşıyıram, ay adam. DÜŞÜNÜRƏM ADAMLARIDüşünürəm adamları,İtkin düşür ümidlərim.Anaların çiy südündən,Haqq qazanır əməllərim,Özümdən yada düşürəm.Adamları mən yığıram,Sevgi dolu bir ürəyə.Elə düşünüb sevirəm,Yanıram eşqə, sevgiyə,Sonunda oda düşürəm.Çox sevirəm insanları,Ucaldıram qəlbdə, sözdə.Düşünürəm adamları,Azıram sifətdə, gözdə,Şifrəyə, koda düşürəm.Ceyhun AğabəyAzərbaycan Yazıçılar Birliyinin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.