Ramiz MƏMMƏDOV: Başkeçidim Poeziya, Borçalı, Başkeçid 7 октября 2018 Tarixin var qoca, ulu,Keçmişlərin sirlə dolu,Ellər burdan salıb yolu,Baş keçidsən, Başkeçidim!Bir ümidsən, Başkeçidim!Nə gözəldir təbiətin,Qonaq sevər el -adətin,Çox zəngindir şeriyyətin,Aşıq, ozan, Başkeçidim!Tarix yazan, Başkeçidim!Yayda aran bura köçər,Çobanlar da yaylaq seçər,El obalar binə düşər,Uca dağlı, Başkeçidim!Bağça - bağlı, Başkeçidim!Yaylaqların səfalıdır,Bulaqların şəfalıdır,Sərvətindən el halıdır,Bir dastansan, Başkeçidim!Gülüstansan, Başkeçidim!Dağlarıyın öz aləmi,Təbiətin yüz aləmi,Şairlərin söz aləmi,Nə qəşəngsən, Başkeçidim!Gül, çələngsən, Başkeçidim!Bəzəyindir əlvan çöllər,Çox ismətli şux gözəllər,İlqarına sadiq ellər,Qiymətlisən, Başkeçidim!Hikmətlisən, Başkeçidim!Toy düyünlü obaların,Bər bəhrəli var bağların,Çox dadlıdır hər nübarın,Cavahirsən, Başkeçidim!Ləlsən, dürsən, Başkeçidim!Oğulların qurd ürəkli,Gözəllərin sədaqətli,Şan şöhrətli rəşadətli,Şərəflisən, Başkeçidim!Qeyrətlisən, Başkeçidim!Nələr oldu, yox xəbərim,Orda qalıb xoş illərim,Çiçəklərim, tər güllərim,Bunu bilsən, Başkeçidim!Keçmişimsən, Başkeçidim!Bircə sənsən dərdi səri,Sevir əzəl gündən bəri,Qərib Ramiz bu yerləri,Təbimdəsən, Başkeçidim!Qəlbimdəsən, Başkeçidim!Ramiz Məmmədov, 2015 Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.