ETİBAR HƏSƏNZADƏ: "Yenə də qəlbimdə əsir küləklər..." Poeziya, Müsabiqə 21 января 2017 Etibar Oktay oğlu Həsənzadə - 07 iyun 1992-ildə Azərbaycan Respublikasının Daşkəsən şəhərində anadan olub. 2010-cu ildə Daşkəsən şəhər Anar Mursəlov adına 2 saylı orta məktəbi bitirib. 2014-cü ilın sentyabr ayından Bakı Slavyan Universitetinin Yaradıcılıq fakultəsinin dinləyicisi olub, 2016-cı ildə həmin fakultəni bitirib. "Könlümlə söhbət" adlı ilk şeirlər kitabı 2014-cü ilın yanvar ayında, " Duyğular dinsin" adlı ikinci kitabı 2015-ci ilin may ayında "Parlaq imzalar" nəşriyyatında çaptan çıxıb. "Gecikmiş etiraf" adlı üçüncü kitabı 2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İstedad Sorağında" layihəsi çərçivəsində seçilmiş əsərləri qalib olduğuna görə mükafat olaraq nəşr edilib. "Bir həyat romanı" adlı dördüncü kitabı 2016-cı ilin aprel ayında "Elgün" nəşriyyatında işıq üzü görüb. "Avrasiya Şairleri Antolojisi"-ndə, "Qarabağnamə" 1və 2 və 3, "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də", "Ziya" və "Bölgələrdən səslər" antologiyalarında şeirləri və hekayələri dərc olunub. 2015-ci ilin fevral və may aylarında İstanbulda dərc olunan "Yeni Dönem Sanat və Ədəbiyyat Dergisi"ndə şeirləi, 2016-cı ilin may ayında hekayəsi dərc olunub. 2015-ci ilin may ayında "Ulduz" jurnalında bir hekayəsi dərc olunub. Sosial şəbəkələrdə geniş yayımlanır - 400-ə yaxın xarici saytlarda və bir çox Azərbaycan saytlarında şeirləri yayımlanıb. "Zaman24.net" saytının baş redaktorudur. 2014-cü ilin sentyabr ayından Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2015-ci ilin sentyabr ayından İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, 2016-cı ilin may ayından Avrasya Sanat Kültür və Edebiyat Derneginin, 2016-cı ilin iyul ayından Türkmen Edebiyatçı və Yazarlar Birliyinin, 2016-cı ilin noyabr ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-ci il iyunun 4-də Daşkəsən şəhər Mədəniyyət evində Daşkəsən rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə, 2015-ci il sentyabrın 19-da Bakıda AAAF park yaşayış və istirahət mərkəzində İstedadlı Əlillər İctimai Birliyinin təşkilatı dəstəyi ilə kitablarının təqdimatı keçirilib.Biz də aşağıda qələm dotumuz Etibar Həsənzadə bir neçə şeirini dərc edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Sona HİKMƏT,ZiM.Az İNCƏ - İNCƏGəl, nazəndə gözəl, üzündə gülüş, Əlində kamanın çal incə-incə.Dilləndir könlümdə çalan telləri,Axsın dödağımdan söz incə-incə.Sən bax gözlərimə, danışaq səssiz,Qoy axsın hisslərim qəlbinə səssiz.Gör nə ağrılar var içimdə sənsiz,Qəlbimi əridir eşq incə-incə.Çal pərdə-pərdə sən segah üstə,Axsın bulaq kimi ürəyim üstə.Şeirlər söyləyim musiqi üstə,Duyğular dillənsin qoy incə-incə.O gözəl gözlərin baxmasın xumar,Ürəyim sevgindən yenə pay umar. Dağınıq saçların üzündə xumar, Sığal çəkim onlara mən incə-incə.Ala gözlərinin baxışı süzgün, Söyləyir ahəstə eşqini düzgün.Etibaram, sevgindən ürəyim üzgün,Qoy eşqdən söyləyim mən incə-incə. 09.04.2016.K Ü L Ə K L Ə RYenə də qəlbimdə əsir küləklər,Gətirir özüylə gözəl duyğular.Bu dəfə qəlbimdə əsən küləklə,Oyanır köksümdə susan duyğular.Hər səhər dilimdən axan sözləri,Səninçün yazılmış gözəl sözləri,Qəlbimdəki surətinə baxan gözləri,Qoy sənə gətirsin əsən küləklər.Qəlbimdə əsən güclü küləklər,Gətirər özüylə dolmuş buludlar,Həsrətdən yanan təşnə qəlbimə,Bir yağış gətirər əsən küləklər.Etibarın ürəyi eşqin məskəni,Çox acı olurmuş bil ki,həsrəti.İçimdə yurd salmış qəmi,kədəri,Özüylə aparar əsən küləklər. 06.07.2014. ÇƏKİL DUMANÇəkil duman, gəl bürümə dərələri, dağları,Çəkil,yol ver,qoy gülsün üzümə gözəl təbiət.Gözlərim oxşasın başı qarlı, uca dağları,Üzəri buz bağlamış dəli, dolu çayları.Çəkil duman,sıxma,üzmə kövrək ürəyimi,Çəkil, qoy dillənsin incə, zərif hisslərim.Təbiətlə həmahəng deyim nəğmələrimi,Köksümə sığmayan odlu şeirlərimi.Bir gözəlin sevdasından başım dumanlı,Ona baxan gözlərim fikirli, həm xəyallı.Çəkil başımdan,qoy açılsın tutqun gözlərim,Məni sevəcəyinə axı qəlbim gümanlı.Çəkil duman, qısqanma təbiətin gözəlliyini,Sən suların zərrəsisən, təbiətin cilvəsisən.Sən sevdamın dumanısan, sən sevgimin cilvəsisən,Etibaram, sən gəl mənə qısqanma bu gözəlliyi. 19.03.2015. NƏ GÖZƏLGəzirsən bağçada, bağça nə gözəl.Hər yanın gül-çiçək, ətri nə gözəl.Saçların dağılmış çiyinlərinə,Dağılmış tellərin bilsən, nə gözəl.Dalmısan xəyala, fikrin uzaqda,Mən də dayanmışam səndən qıraqda.Məni görməsən də, gülüm, bayaqdan,Baxdığım mənzərə bilsən, nə gözəl.Sən güllərə, güllər sənə tən gələr,Sevgidən hisslərim tüğyana gələr.Misralar qəlbimdən dilimə gələr,Qəlbimə sığmayan hisslər nə gözəl.Şeirə düzdüyüm sənə yozular,Qaldırma başını, ahəng pozular.Sevirəm, ay gözəl, duysan nə olar,Etibarın sevgisi bilsən nə gözəl.23.10.2015.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.