Əfrahim Hüseynli: DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI... Poeziya, Müsabiqə 27 декабря 2016 PAYIZA DÖNDƏRDİM YAZ OLAN ÖMRÜ Tanrım, yazdığına şükür söylədim,-Dedim ki, sürərəm yazılan ömrü.Ağlıma gəlməzdi bir ömür boyuYaşayım ümiddən asılan ömrü. Ya nabələd oldum, ya naşı, sevdim,-Nələrin xətrinə dağ-daşı sevdim?Üstümə ələnən yağışı sevdim,-Payıza döndərdim yaz olan ömrü. Səni mən pozmuşam, ay alın yazım!-Yersiz giley-güzar daha nə lazım?..İndi hansı üzlə adıma yazımYuxutək yüz yerə yozulan ömrü? Əlimi uzatdım uzana ömür,-Uzanan əllərdən usana ömür.Bölünə-bölünə uzanan ömürKim deyir qısaltdı az olan ömrü? Düzdən danışdımsa, düşdü söz yerə,-Kül olub ələndi ocaq, köz yerə.Günlər yolu - izi böldü yüz yerə,-Saldılar dağ-daşa düz olan ömrü. DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI... Heç öyünmə, məni özgə, yad bildin,Bu yolları əyri böldün, düz böldün?..Aramızda divar hördün - daş hördün,Bu dünyanın dumanında qalardın "Hörən" hörüb bu uçulmaz hörgünüTilsim olub dörd divarın hər günüBilmək olmur ya sazaqdı, bürkümü?-Bir qapının gümanında qalardın. Yaşamağa nəyi qalıb bu ömrün?Yaxşısını yamanını duy ömrün!Demirəm ki, günahını yu ömrün,Yuxu kimi qalanında qalardın. Nahaq yerə o addımı sən atdın,-Səhvlərin dilsiz daşı ağlatdı.Dəli şeytan səni yaman aldatdı...Sən sevginin ümmanında qalardın Günlər dönüb nə qəlbidaş olardı,-Bir nəfərin ömrü nə qış olardı.Günahların əlləri boş olardıÖmrün yaxşı-yamanında qalardın. Əfrahiməm, Əfrahimtək yaşadım!-Yarı ümid, yarı güman daşıdım.O yolların daş yükünü daşıdım...Daşımazdım, - çovğununda qalardın. BABAM DA YARIMÇIQ ÖMÜR YAŞADI Gündüzün ömürü quruba qədər.gecənin ömrü də bitməmiş qalır.yarımçıq qalıbdıneçə şeirlər,nəğmələr...Babam da yarımçıq ömür yaşadı,-atamı nəvə-nəticəli,məni oğul-uşaqlı görmək istədi...ürəyində nə qədər arzu daşıdı!..birini gördü, birinisə yox. Arzuladıqlarından başqa heç nə yadına düşmürdü.-birini görüb birini görməsə də,gözü tox idi, gözü tox.dərd çəkirdi, filankəs, filakəs... nə yaşadı ki?-bütün ömrü boyu dərd daşıdı ki...Babam da yarımçıq ömür yaşadı,-papirosların ən ucuzunu çəkdi,çox vaxt atamın nimdaş paltarını geyindi.bu nimdaş paltarlarda dünyanın ən xoşbəxti idi...özü də deyirdi.Qohum-qonşu dərdindən də uzaq ola bilmədiölumun qaçılmaqzlığı kimi.ömrü-günü belə idi,-əlindəki tikəsini də bölə bilirdi....Əllərim uzun olmadı,-ona hər şeyin yaxşısını,-təzəsini ala bilmədim....Elə bil hər şey yuxuydu...babamın yarımçıq ömrüarzumu ürəyimdə qoydu.babamsız bacım, qardaşımyaşa doldular.babamsız baba oldum,-babamsız böyüdü nəvələrim,babamsız məktəbli oldular...Yaddaşımdan slinmir ki, silinmir;-çiynində çox yük daşıdıdüz yüz il ömür sürsə də,babam da yarımçıq ömür yaşadı...ÖLMƏYƏ ÜZÜN OLA Yananı yanan kimi, Yalanı yalan kimi, Olanı olan kimi Görməyə gözün ola. Başını dik tutmağa, Dərdi unutdurmağa, Bu anamız torpağa Əyilən dizin ola. Yolçu yolun azansa, Azıb – ömür qazansa, Belə yaşamaqdansa, Ölməyə üzün ola.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.