Gülxanım RZAZADƏ: "HARDASA YAĞIŞLAR YAĞIR DEYƏSƏN..." Poeziya, Borçalı, Müsabiqə, Rusiya 5 декабря 2016 Gülxanım Rzazadə (Gülxanım Rza qızı Məmmədova) - 2 noyabr 1958-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Qırxılı kəndində dünyaya gəlib. 1966-1976-cı illərdə Qırxılı orta məktəbində orta təhsil alıb. Bir müddət kənd təsərrüfatı müəsisələrində çalışıb.1986-1988-ci illərdə Tbilisi Maliyə İqtisad texnikomunda təhsilini davam etdirib. Ailə qurandan sonra 1993-cü ildə Rusiyanın Vladımır vilayətinin Murom şəhərinə köçmüşdür və hal-hazırda da orda yaşayır. Şeiri orta məktəbdən yazmağa başlamışdır. Kənddə qalan əlyazmaları itmiş, əlində olanlar isə 2015-ci ildə Bakıda “Borçalı” nəşriyyatı tərəfindən “Gözü yolda qalan könül” adlı ilk kitabında çap olunmuşdur. YENƏ PAYIZ GƏLİB...Yarpaqlar saralıb tokülür yerə,Baxıb kədərlənir, ağlayar könül.Təbiət gözəldi hər bir çağında,Baxıb gözəlliyə çağlayar könül.Payızın sabahı qışdır, sonu yaz,Yağar yavaş-yavaş, göydən qar bəyaz.Gecələr uzanar, düşəndə ayaz,Yuxu yox, duyğular çuğlayar… könül.Ağlayan könülün incə simini, Xatirə donunda qalan qəmini, Həsrətdən saçını yolan dəmini - Unutmaz, yaddaşa bağlayar könül...Ömürdən bir il də aparar sovqat,Xatirə evinə yığılar qat-qat.Qocalar bir ömür - yaşanan həyat,Gülxanımı gələr haxlayar, könül. 18.09.2015QIRXILIDI ÜNVANIMİki çay arasındabir kiçik kəndim vardı;bir yanı Debet idi,bir yanı Xram çayı -hardadı onun tayı?O - mənim elim idi,o mənim günüm idi.Çörəyi ətirliydi,suyu dərmanım idi;Göz açdığım dünyamdı,kiçik cahanım idi.Savadlıydı gəncləri,qocaları pir idi.Toyda, yasda hamısıköməkli, əlbir idi.Biçənəklər, zəmilər, üzüm bağları - barlı.Xalqı zəhmətkeş idi,əlləri də qabarlı.Dərə yeri əkindi,Calası - Dəlləkliydi,Tut ağacı bağları,Səpsərin bulaqları.Özü kiçik də olsa,ülfəti təmiz idi,bir-biriylə mehriban,dost idi, əziz idi.Qonaqpərvər, gülərüz,qarşılardı gələni.Hörmət vardı arada,çoxdu qədirbiləni.Mənim kiçik kəndiminsəfalıydı havası.Çıxdıq bir vaxt o kənddən,alıb xeyir-duasın.Eh, bu yollar, bu izlərhara apardı bizi?...- Böyükcə şəhərlərə,Qərib olduq, yad olduq -Gah boşaldığ, gah dolduqeldən uzaq - şad olduq?..Vətən yaddan çıxmadı,Bizə ögey baxmadı.Qayası da, torpağı da,Otu-gülü, yarpağı da,Mənə doğma, çox əzizdir.Ata yurdum, ad-sanım,Qırxılıdı unvanım... 24.06.2016 Q I R X I L I M "Надир шах был представителем афшарского оймака Гырхлы. [см.: 196, 24, 191]." (Tbilisidə arxivdən) Nadir şah nəsliymiş soy-kökün sənin,A mənim səfalı kəndim, Qırxılım!Qəribəm, çiynimdə dərd yükün sənin,Gəlməyə yox halım-həndim, Qırxılım...Üzü günəşəydi evlər-eyvanlar,Yaşardı gülərüz, səndə insanlar.Dəyişdi zəmanə, itdi ünvanlar,Qırıldı, uçuldu bəndim, Qırxılım.Gülxanımı nisgil üzər, aman heyyy! Yollar uzaq, şaxta, çovğun, duman, heyyy!Yuxularda - gülüstanım, anam, heyyy! -Torpağını öpən məndim, Qırxılım! 26.02.2016 MƏN ORDA DOĞMAYAMVətəndə qalanım yatır torpaqda, Qürbətdə həm canım, həm ürəyim var. Düşünüb-daşındım elə bu haqda... Mənim vətənimdə görəcəyim var.Min səsi-sədası, gəncliyin dadı,Qanayır, incidir yaddaşın yadı.O vətən arzusu, vətən fəryadı,O qədər ağırdı, min diləyim var...Qürbətdə yaşayıb, qürbətdə gəzmə,Fikirlər içində özünü üzmə,Canını sən qoru, canından bezmə,Nə qədər təsəlli, söz gərəyim var.Bir ömür uzunu yaşa, qurtarmaz,Qismət yazılıbsa, haşa, qurtarmaz.Toxunub arzular daşa, qurtarmaz,Vətəndə xatirəm, duz-çörəyim var.Qürbətin acısı çıxmaz canımdan,Ağlasam da dərdlər axmaz qanımdan.Qürbətdə heç kiməm, adım-sanımdanKim tanıyar məni – öləcəyim var...Mən orda doğmayam, torpaq oğluyam,Burda bəxtsiz qulam, qolu bağlıyam.Gülxanım, ürəkdən yanam-ağlıyam –Vətən torpağını öpəcəyim var. 16.03.2016 YERLƏRKönlüm vətən deyə ahu-zardadır,Özüm burdayamsa, xəyal hardadır?Bir ilğım kimidir, qeylü-qaldadır,İzimi saxlarmı gəzdiyim yerlər?Bənövşə ətirli çöllərim vardı,Çəməndə sevdiyim güllərim vardı.Vətəndə qışım da sanki bahardı –Yerindəmi o gül üzdüyüm yerlər.Qulağı batmış tək, doğma dil hanı,Qolundan tutacaq dayaq - əl hanı?Vətənə aparan yaxın yol hanı,Vüsalı nə qədər gözdəyim, yerlər? 25.03.2016HƏSRƏT DOLU XATİRƏLƏR...Aran deyil bizim yerlərÇay vadısi – məkanımız.Sağ yanı Xram çayıdır,Debet çayı - sol yanımız.Orda nə var əsən yellər,Əs, gəlsin mənə istisi,Xoş günlərinin sorağı,Təndirlərinin tüstüsü.Xatirələrin oyağı -ötən illərin dayağı,həzin-həzin, kövrək-kövrəkyada salır o oymağı.Qışımız - qış, yazımız - yaz,zəhmətiylə, ildən-iləhamı mehriban, gülərüz,yaşayıb, tutub əl-ələ.O düzlərə səpələnən,qoyun-quzu sürüsümü? Yarıüçüq çəpərlənənQoyun sağım bərəsimi?Sığıllayıb dərisiniçoban, oxşar quzusunu,Haqq yetirsin çobanlarınQismətini,ruzusunu.Bu illərin axarındaYayı-qışı, baharındabir həsrət var, tütək çalıb.İmkansılıq uzaq salıb,Dilimdəcə istək qalıb –Gözüm yaşı sel-sel olub,Qürbət dərdi üzüb məni.Könlüm simi tel-tel olub,Taleyimə, qismətə baxTapıb burda, gəzıb məni.O dağları, o düzləriana-ana yaşamışam.Anam köçüb - ağı deyibyana-yana yaşamışam.Qardaş gedib - qayıtmaz ki,Laylam, ağım dilimdədir;Qardaş dağı ürəyimdə,əgər ölsəm – külümdədir.Həyat nədir? Ölüm nədir?(insanın maraq sorğusu!).Bu dünya bir əfsanədir...Dərələri, təpələri,Xramında ləpələri -hər bir evin, küçələrinizi qalıb ürəyimdə.Ağrı sızlar kürəyimdə...Ürəyimin ah-zarıdı,Saçım dağların qarıdı.Hər xatirə acı, şirin,üzü vətənə sarıdı. Səhəri sərin, xoş üzlü,axşamı isti-bürkülü,A doğma elim Qirxılı –Mərifətli, şirin sözlüinsanların yadımdadı...Ətrin-qoxun dadımdadı –çağırıram hey imdada Ulu Tanrım, rüsxət versə,diləyimə şəfqət versə,yolumu o elə salsa,həsrətin gözü saralsa,Gülxanım bəxtəvər olsa...Darıxıram, fikrimdəsən,Yuxumdasan, zikrimdəsən. 28.03.2016HARDASA YAĞIŞLAR YAĞIR DEYƏSƏN... Hardasa yağışlar yağır deyəsən,Hardasa məhəbbət yağışı yağır.Uzaqda ildırım çaxır, deyəsən,Düşüb neçə qəlbi odlara yaxır.Şimşəklər oynayır, göy də gurlayır,Ürəklərin səsi deyən batıbdı.Belə vurhavurda, bu səsdə-küydə,Kimlərsə sakitcə rahat yatıbdı.Bir eşq nəğməsidir yarımçıq qalan,Hardasa yağışlar yağır, deyəsən...Tənha bir ağaca sığınıb qalanO mənəm, islanıb titrəyib-əsən 13.05.2016Y A Ğ I Ş...Bir şıdırğı leysan gələYuya şəhərin tozunu.Sellər sular axıb gedəKüçədə yollar uzunu.Mən də həyətə yüyürubTutam küləyə üzümü.Çiçək üstə şeh düşən tək, Yağış məni qönçə bilsin.Qonsun çiçək yanağıma,Şıltaq külək üzə gülsün.Damlaları mirvari təkBir-bir düzə buxağıma...Çiçəklər əysin başını,Budaqda titrəsin yarpaq.Su içəndə ətir verir,Yayın istisində, topraq.Göy qurşağı şəfəq salsın,Arzunun atini çapaq.Altından keçə biləndəQəlbimizə şəfa tapaq.Dünən ötüb, sabahlarıÖzümüz istəklə yapaq.- Yağış, könlə gözəllik ver,Barlı olsun bağ, ey yağış!Damla-damla, narın-narınSən yağdıqca yağ, ey yağış! 24.06.2016 ANA ÜRƏYİQadının üzünə gülüş qonandaDemək ana olub, xoşbəxt olubdur.Nə qədər nəfəsi olarsa canda,Övladı yolunda sərvaxt olubdur.Yuxu da gözündən itib, qaçaqdır,Ananı yaşadan oğul-uşaqdır.Ürəyi cəftəsiz qapı, açıqdır,Bağışlar, söyləyər:- qanmır, uşaqdır...Dərdlər ürəyini saz kimi çalar,Qoruyar övladı körpə tək ana.Gözləri qapıda-bacada qalar,Geciksə bircə an, övladdan yana.Alqışı, duası övlada bağlı,Həmişə sevinsin ana ürəyi.Böyüsün balalar qollu-budaqlı,Kaş fərəhlə dinsin, ana ürəyi. 25.06.2016NƏ ÇƏKMİŞQərib eldə tənha qalıb ağladım,Ana olub, gördüm anam nə çəkmiş, Çətin imiş ana olmaq, anladım, Ananın haqqını kim verəcəkmiş? Düşdüm ana vətənimdən aralı,Ürəyim dərd-qəmdən müdam yaralı.Vətən deyə gözüm kökü saralı, Fələk qəm - nisgili qəlbimə əkmiş...Arzular bir qucaq, fidan, qönçəydi,Zərifdi, kövrəkdi, həm də incəydi..,Qərib havasından küsən qönçədiQönçə güllərə də vətən gərəkmiş.Çəkmədim eşqimin səfasın, heyif,Görmədim mən onun vəfasın, heyif,Ancaq mən görmüşəm cəfasın heyif,Gülxanım ölmədi, sağmış, - zirəkmiş... 14.06.2016 ÖZÜNƏ QAYIDIŞBir dostum qayıdıb uzaq səfərdən,Üzündə yolların yorğunluğu var.Deyir, düşünürdüm sizləri hərdən,Vətənsiz gen dünya gəldi mənə dar...Bir dostum qayıdıb getdiyi yoldan,Səsində illərin dalğınlığı var.- Sorurdum sizləri hər əsən yeldən,Qürbətdə həsrətlə ürəklər vurar.Bir insan azdığı cığırı tapıb,Gözündə əvvəlki vurğunluğu var.Elə bil Fərhadmış, qayalar çapıb,Qayıdıb gəncliyə, qəlbində bahar... 02.06.2016. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.