Salam SARVAN: "ATDI... ATDI MƏNİ DÜŞMƏNLƏRİM DƏ..." Poeziya, Müsabiqə 21 ноября 2016 Salam Sarvan - 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. İxtisasca iqtisadçıdır. Üç şeir kitabının müəllifidir. Şeirləri ingilis, rus, türk, ukrayna, özbək dillərinə tərcümə olunub. Bakıda yaşayır.ÖLƏSƏN, BİR DÜŞMƏN SEVİNDİRƏSƏNÖlüb yıxılasan yıxılanda da.Salxım buzlar kimi sınıb gedəsən.Deyirlər torpağın altı soyuqdu,noola qəbrinə də yanıb gedəsən.Gözlərin tavana dəyib-qayıda,ürəyin atlanıb çöllərə düşə...Salıb itirəsən xatirələri,ancaq etibarlı əllərə düşə.Öləsən, bir düşmən sevindirəsən,ardınca barı bir «sağ ol»un ola.Gözünü qapaya bir qız əlləri –bu, sənin ilk qadın sığalın ola! ATDI... ATDI MƏNİ DÜŞMƏNLƏRİM DƏYox e, mən sürdüyüm ömür-gün deyil,baxma ki bir azca uzun çəkdi bu.Bir qoca, kor baxtın əlindən tutubyolun o üzünə keçirtməkdi bu.Yüz mahnı bəstələ sən də, nə xeyri,biri də qırdıgın bu simə düşmür.Mübarək, tanrı bir gün verib mənə,o da ki qaradı, rəngimə düşmür.Atdı... atdı məni düşmənlərim də,ilahi, adam da belə tək olar?Bu ki sürünməkdi... Cəhənnəmə ki,başı dik tutub da sürünmək olar.DARIXMA, DÜZƏLMƏYƏCƏKNə qalan kimi qalıram,nə gedirəm gedən kimi.Bir yekəpər Ölüm gəzir yanımda Cangüdən kimi.Deyəsən dəli oluram,qılan yox əlac başıma:gövdəsindən dırmaşıramyıxılmış ağac başına.Ya sök, ya tik, nə fərqi var,bu daxma düzəlməyəcək.Gəl sənə təsəlli verim:darıxma, düzəlməyəcək!GƏL GEDƏK OTURUB SAATA BAXAQNeynirdim bu boyda ömrü, ilahi:bu boyda yırtıq yox bu yamaq üçün.Bir göz qırpımınca ömür verəydin,o da ki gözümü qapamaq üçün.Biz ki günün gecə gözətçisiydik,niyə basdı yuxu, nooldu yatdıq?Bir uzaq yol gəldi bu bəxt bizəcən,o da gələn kimi yoruldu yatdı.Söndür ekranları, ta bundan belə nə filmə, nə də ki həyata baxaq.Deyirlər saatda yaxşı vaxt gedir,gəl gedək oturub saata baxaq.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.