Eldar İSMAYIL: Duman tutub söz zirvəmi... Poeziya, Müsabiqə, Qərbi Azərbaycan 1 ноября 2016 Şair, yazıçı, əməkdar jurnalist Eldar İsmayıl -10 mart 1942–ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Erkən yaşlarından bədii yaradıcılığa başlayıb. “Ulu Göyçə” adlı ilk kitabı 1990-cı ildə nəşr etdirmişdir. Bundan sonra müəllif bir-birinin ardınca 44 kitab nəşr etrdirmişdir. Onunla bağlı daha 3 kitab işıq üzü görmüşdür. Eldar İsmayıl 4 tarixi sənədli romanın, 25 şeir kitabının və bir çox publisistik əsərlərin müəllifidir. O, “Türk ədəbiyyatına xidmət” Beynəlxalq mükafatna və Birləşmiş Millətlərin Təltiflər Şurasının “Şərəf” ordeninə layiq görülmüşdür. Hazırda Azərbaycan Tibb Universitetində nəşr olunan “Təbib” qəzetinin redaktorudur.MƏN BİLİRƏM, SƏN BİLİRSƏN, BİR DƏ YARADANGəmirdikcə ürəyimi sevda həsrəti,Tac bilirəm öz ömrümə ilk məhəbbəti.Bizdən başqa bilən yoxdu bu həqiqəti,Mən bilirəm, sən bilirsən, bir də yaradan...Dəmirçinin kürəsində körüklənən mən,Sən dinsizin hörüyündə sürüklənən mən.Bir mərəzin hikkəsində yüyrüklənən mən,Mən bilirəm, sən bilirsən, bir də yaradan...Qoy taleyin sapandına, sən fırlat məni,Gedər-gəlməz cəzirəyə götür at məni.Xoşbəxt edə bilibdimi bu həyat məni?Mən bilirəm, sən bilirsən, bir də yaradan...Uyarı yox, yada deyim mən nə yoldayam,Sən Simurğun cələsində, qeylü-qaldayam.Kim bilir ki, mən nə gündə, mən nə haldayam?Mən bilirəm, sən bilirsən, bir də yaradan...Duman tutub söz zirvəmi, söz gədiyimi,Gülüm, səndə aramışam öz itiyimi.Sən gözələ ey mələyim, yar dediyimiMən bilirəm, sən bilirsən, bir də yaradan...TÜRK OĞLUNUN - ELDARINDI BU DAĞLARŞair, dolan bu dağların başına,Peymanındı, ilqarındı bu dağlar.Zaman- zaman yada boyun əyməyənƏzəmətin, vüqarındı bu dağlar.Qarğa-quzğun nə qədər ki, kiriməz,Zirvəlırin buz həsrəti əriməz...Nə qədər ki, ağır ellər yeriməz, Ürəyində qabarındı bu dağlar.Günlər sıralanır, dərd yaddan çıxır,Əyilməz kişilər, mərd yaddan çıxır....Yaylaq yaddan çıxır, yurd yaddan çıxır,Gözdağındı, qubarındı bu dağlar.Az olmayıb bu torpağa daş atan,Diləyinə yetəmməyib başatan...Qoç Koroğlu nərəsini yaşadanSərkərdəndi, sərdarındı bu dağlar.Dünya nə vaxt doğru- düzü deyəcək,Sinəmdəki odu- közü deyəcək...Gavur oğlu bir gün özü deyəcək:“Türk oğlunun – Eldarındı bu dağlar!”25. 07. 2016.GÜNLƏRİMİ BOŞALDIRAMQoca dünya, istədim ki, Mən səninlə qoşa duram....Bir də gördüm sənə uyubYalan yerə baş qatıram.Yolum üstə çən düzürəm,Saçlarıma dən düzürəm...Ayrılığa mən dözürəm,Görün nələr yaşadıram.Çəhlimimi, izimi də,Bitirdiyim sözümü də,Səhfimi də, düzümü dəMən özümə oxşadıram.Yandan baxdım sayqısına,Əyilmədim qayğısına...Şeytanlığın quyusuna Gecə- gündüz daş atıram.Eldar, sənə bəddir zaman,Nə deyirəm ona inan...Ömrün sürət qatarındanGünlərimi boşaldıram.18. 12. 2015.BİLMİRƏM Bir ömürü yaxşı-yaman yaşadıq,Nə qazandıq, nə itirdik, bilmirəm!Yer şumladıq, şitil sancdıq, bağ saldıq,Nə batırdıq, nə bitirdik, bilmirəm!Çiyin verdik zəmanənin yükünə,Oyanmadıq yad qəsdinə biz yenə...Babaların qeyrətindən bu günəNə daşıdıq, nə yetirdik, bilmirəm!Nə fərqi var aydınlıqda, ya çəndə,Vədə yetib ov bərədən ötəndə...Qaş qaralıb gözümüzdən itəndə?Nə saxladıq, nə ötürdük, bilmirəm!Zaman- zaman unudulduq, unutduq,Ruhumuzu dahilərlə ovutduq...Mövlanaya, Nizamiyə üz turduq,Özümüzə nə götürdük, bilmirəm!Bu dünyada heç bilirsən nələr var?Damarında həm sevinc var, kədər var. O illərin o başından, ay Eldar, Bu başına nə gətirdik, bilmirəm.1. 01. 2016.DEYİB-GÜLƏNİN YOXSADağı aşaram deməBəndin–bələnin yoxsa.Bəxtəvərəm söyləməEşqi bölənin yoxsa.Sevgisiz həyat yalan,Ömür evi vir-viran...Könlünə işıq salanDeyib- gülənin yoxsa.Yolu-izi çaşanda,Gözündə yaş daşanda...Yaşamırsan o andaÖpüb silənin yoxsa.Mənasız günlər hədər,O da bir qəza-qədər...Ömrün üzülüb gedərQədir bilənin yoxsa.Nə qədər ki, yaşam var,Vermə sevgisiz qərar...Sən ölübsən, ay Eldar,Sənsiz ölənin yoxsa!10.10. 2015.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.