ELNURƏ AĞAZADƏnin YENİ ŞEİRLƏRİ Poeziya, Müsabiqə 5 мая 2016 ŞƏHİDLƏRƏ AĞLAMAYIN Vətəni ana bildilər,Ölümü şərəf seçdilər Bayrağına büründülər,Şəhidlərə ağlamayın Layla ilə böyüdülər ,Ağı deyib oxşamayın Vətən marşını sevdilər,Şəhidlərə ağlamayın Ölməz diriykən cəsədi ,Adına yazdı tarixi Ruhu dolaşır vətəni ,Şəhidlərə ağlamıyın Behişdir onun yeri ,Sevinməsin düşməni Behiştin nişanəsi, Şəhidlərə ağlamayın Torpağıma axan qanı,Müqəddəs zyarətim Məni qoruyacaq səddim ,Şəhidlərə ağlamayın Elnurəyəm məzarları ,Qürur yerim and yerimdir Qurban gedən igidimdir, Şəhidlərə ağlamayınƏSGƏRƏM Yağsın güllələr kinin zəhərdir,Düşmən hiylən tələ ömrün hədərdir Odlar yurdundayam igidəm ərəm,Vətən keşiyində məğrur əsgərəm Qədimdir tarixim uluam türkəm ,Sənin məzarını qazan səngərəm Babam Koroğlutək məndə bir ərəm ,Mübarizəm mərdəm cəsur əsgərəmMuğam torpağıma qarışan mayam,Şeir qəzəldir beşikdə laylam,Vətəndir laylamı çaldığım anam,Anamın fəxriyəm dönməz əsgərəmElimə yurduma göz dikən sənsən, İzsizsən ,tarixsiz qəlbi xainsənQarşında dağam mən yurda gərəyəm,Elimi bəzəyən qorxmaz əsgərəm Canımla qoruyum mən vətənimi,Qoy güllən dəlsin cavan qəlbimi Əgər layiqəmsə qurban şəhidəm,Vətənim uğrunda ölən əsgərəm Elnurə şairdir sözü qılıncdır,Hər sözü hədəfə dəyəcək oxdur Aslanın erkəyi dişisi yoxdur,Silahı hədəfə dəyən əsgərəm.Halaldr elimin halal mayası ,Tanışdır mənə hər bir qayası Alınmaz qalayam tarixəm izəm, Ruhum yurda bağlı ölməz əsgərəm!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.