BİLAL ƏNSƏR: İki hekayə Nəsr, Müsabiqə, Qərbi Azərbaycan 30 января 2020 Sürünən məhəbbəti (olmuş hadisə əsasında) Keçən illərin otuzuncu illərində, Stalin represtiyasının alovlandığı bir zamanda Barum Şirak, Pəmbək dağlarının arasında yerləşən Qursalı kənd sakinlərinə ermənilər basqın edir 10 nəfər qətlə yetirirlər. Qanlı çayının sahilindən gözəgəlimli qız Laləni erməni əlinə keçməsin deyə qardaşları onu Ləmbəli kəndinə, qohumlarının yanına gətirirlər. Dağların havasını almış, çeşmələrin suyundan içmiş Lalənin yanaqları əsl dağ laləsinə bəmzəyirdi. Bir gecə Lalə yuxusunda görür ki, sapsarı bir ilan onunla məzələnir, Lalə hara gedirsə ilan onun arxasınca sürünür. Lalə dayanır ilan da dayanır. Quyruğu üstə qalxıb rəqs edir. Lalə qorxmadan ilanın yanından o yana, bu yana keçir. İlan da rəqs etməkdə davam edir. Qəflətən Lalənin ayağı çuxura düşür. Yuxudan oyanır. Yorğanı sinəsinə tərəf çəkmək istəyir. Yorğanın ağır olduğunu hiss edir. Baxır ki, yuxuda gördüyü ilan yorğanın qulağında yatır. Lalə yuxuda gördüyündən ondan qorxmur. Lalə yatağından durub gərnəşir.Artıq səhər açılmışdır. İlan da sürünərək yataqdan uzaqlaşır. Bu hər gecə davam edir. Lalə bu barədə heç kəsə, hətta ata-anasına da bildirmir.Bir gecə Lalənin anası onun yataq otağına girir. Üstü açılmış qızın yorğanını sinəsinə çəkmək istədikdə ilan çöməlib ona doğru fısqırır. Ana bərkdən ay kişi, ay kişi deyə qışqırır.Səsə Lalə də yuxudan oyanır. -Ona toxunmayın o sizi çalan deyil, o mehriban ilandır,-deyir. Valideyinlər Lalənin razılığını almadan yudlarını dəyişdilər.İndi kəndin əks istiqamətində yurd saldılar. Möhkəm ev tikib Laləyə də otaq ayırdılar. Lalə bir səhər oyananda ilanı yenə yorğanının üstündə gördü. Lalə qorxu bilmədən onun başını sığalladı. İlan da dilini çıxarıb ona yalmandı. Valideyinlər isə təzə yurda köçdüklərindən arxayın idilər. Mələk üçün qapılarını döyən neçə-neçə elçilər oldu. Lalə hadisədən elçiləri xəbərdar etdikcə, onlar geri çəkildilər. Uşaqlıqdan Laləni tanıyan Murad isə əl çəkmədi. O, dəfələrlə Lalə ilə görüşdü.- Murad, deyirəm biləsən. Mən evlənirəm, neçə illərdir ki, bir qızılı rəngdə bir ilan hər gecə mənim yorğanımın qulağında yatır.- O sənə toxunmur ki, valideyinlərin bilirmi?- Əlbəttə bilrlər.Ancaq nə mənə, nə də valideyinlərimə toxunmur.- Olsun Lalə, mən elçilərimi göndərəcəm.O barədə söhbət açmasınlar. Elçilər Lalənin toyuna hazırlıq aldılar.Toy baş tutdu. Toy gecəsi Muradın gözləri qarşısında ilan sürünə-sürünə Lalənin, ayaqlarına dolaşıb quyruğuüstə qalxdı. Üzünü Lalənin yanaqlarına sürtdü, əllərinə dolaşdı. Sanki bu hərəkəti ilə ilan öz xeyr-duasını verirdi. Gözlərini dəfələrlə yumub açdı, başını endirib qaldırdı və sürünə-sürünə çıxıb getdi. Muradla Lalə ailə qurdular, xoşbəxt övladlar sahibi oldular.Ancaq heç vaxt Laləyə olan sürünən məhəbbətini unutmadılar. Demokrat soydaşın dərdi Hər dəfə Bakıxanov qəsəbəsinə yolu düşəndə parkda oluram. Hər dəfə də eyni stolda oturan bir “ Üçayaqlı” kişi görürəm. Onun oturuşu-duruşu diqqətimi cəlb etdi.İsti yay günlərinin birində ona yanaşdım.Salamlaşıb adımı deyərək əlimi ona uzatdım. O, ayağa durdu,əlimi sıxaraq gözlərimə baxdı, bir azda xırıltılı səslə dedi: -Mən ara-sıra sizi burada görürəm. Yanında oturmağı təklif etdi. -Sizin həmişə tək oturan, heç kəslə təmasda olmadığınız gördüyümdən. -Doğrudur. Mən bu qəsəbəyə təzə gəlmişəm. Hələ dost-tanışım yoxdur burda. -Tanış olaq deyib ondan ailəsi barədə soruşdum. -Oğlum da var, qızım da.Ailəlidirlər.Şirin-şəkər nəvələrim də var. Hələ nəticə də gözləyirəm, ay dost. İstəyənlərə qismət olsun. -Amin, amin. Mən əslən Qərbi Azərbaycandanam, qaçqın ömrü yaşayıram. -Dərdli dərdlinin dərdini baxışlarından duyar demişlər.Mən duymuşdum. Adım Səlimdir-Səlim İmanzadə.Demokratam.Keçən əsrin ortalarında ikinci vətənim bu Azərbaycanda sığınacaq tapmışam. Biz çox idik. Lap çoxu dünyalarını dəyişiblər.Mənim kimi qalanları barmaqla saymaq olar,- dedi və çənəsini əsasına dirəyib dərindən köks ötürdü. 20 yaşım yox idi buraya gələndə. Yəqin ki, bu torpaqda da əbədiyyata qovşacam. Təbrizdə doğma yurdum da burada gördüyümü görməmişəm.Elə buraya gələn gündən özümü yaxşı hiss etmişəm. İndi də şikayətçi deyiləm. Qarımla həyət evində firavan yaşayırıq.Ancaq tək olanda xəyalən Bakını Təbrizə aparır, Təbrizi də Bakıya gətirirəm. Rəhmətlik gözəl şairimiz Bəxtiyar vahabzadə elə bil “ Bəzən də otaqda tək oturanda insan olduğunu unudur insan” sğzlərini mənə deyirmiş. -Elə mən də hər dəfə səni qayğılı, qaşqabaqlı gördüyüm üçün yanaşdım sənə,dərdinə şərik olmaq istədim. -Eh, dostum, günlər, həftələr, aylar keçdikcə məni çox incidirlər. Səlim dolmuş bulud imiş,başladı boşalmağa.-Doğma Təbriz dərdidir dərdim.Ərdəbil,Urmiya,Mərənd,Marağa,Zəncan,Xoy... dərdidir dərdim.Oradakı soydaşlarımın dərdidir dərdim.Doğma ana dillərində danışmaqları oxumaqları uzaq edilən xalqımın dərdidir dərdim. Əsarət altında inləyən millətimin dərdidir dərdim. Mən cavanlığımdan ədalət axtarışında olan”Tudə” partiyasına üzv yazılmışdım. Bu İran Xalq Partiyası idi. O zaman rəhbərlərimiz deyirdilər ki, 1940-cı il 25 noyabırda Stalin deyib ki,mən SSRİ-də yaşayan bütün türkləri əlşatmayan uzaq Sibirə qovacağam. Bu heç yadımdan çıxmır. 1941-ci ildə qurulan Azərbaycan Milli hökuməti, farsarı və başqa xalqarı qorxuya saldı.Onsuz da Azərbaycanla Türküyənin sıx qardaşlıq münasibətləri Rusiyanı, İranı, Ermənistanı qıcıqlandırırdı. Odur ki, 1946-cı il iyulun 13-də gənc dövləti çevirdilər. Deyirəm dərdin nədir? Eşitdiklərin çox azdır...- Danış, Səlim, qardaş. Səni tam dinləməyə hazıram,- dedim.- Qadınlarımız zülüm çəkirlər. Aynı açılsın deyə Səhər Xudayarı adlı birisi evdən kişi paltarı geyinib futbola tamaşa etmək üçün stadiona gedir. Necə olursa duyuq düşüb onu 6 ay müddətə həbs edirlər.Buna dözməyən Səhər intihar edir, 29 yaşlı qadın torpağa qismət olur. Abbas Lisani Urmiya gölünün qurudulmasına qarşı öz etirazını bildirdiyinə görə həbs edilir. Cəsanı çəkdikdən sonra- 2016-cı ildə eloğlusunun toyunda Azəri türklərinin vəziyyəti barədə çıxış etdiyinə görə yenə həbs edilir. O, deyib: ”Həqiqət və millətlər qalacaq, bizli ya bizsiz Azərbaycan azad olacaq” Elə bu sözlərinin də qurbanı olur Abbas Lisani. Həmid Rüstəmi adlı gözəl yazarımız Beynəlxalq Ana Dili Günü etdiyi çıxışa görə bir il həbs cəzası çəkir, sonrada doğma yurdundan sürgün edilir. Bütün bunlar dəed deyilmi, dostum.Hələ müğənni Nasir Ətəpurun başına gələnlərə fikir ver. O, Təbrizdən Bakıya gəlib muğam müsabiqəsində iştirak edir, finala çıxır. Geri qayıdan kimi alqışlanması əvəzinə həbs edilir, hətta cəlimsiz olan müğənniyə 30 şallaq da vururlar. Qohumlarım deyirdilər ki,2007-ci ildə377 nəfər edam edilib,onların arasında bizim də qohumlarımız olub.Təbrizdə yaşayıb gözəl futbol oynayan Fərzad Hatəminin sözlərinə fikir verin. O, deyib: Mən Azərbaycan millisinin təklifini qəbul etsəm burada yaşayan ailə üzvlərim və yaxınqohumlarm datəqib olunarlar. Bialal Ənsər, AYB və AJB-nin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.