Təranə VAHİD: ÖZÜYLƏ SÖHBƏTİ... VƏ HEKAYƏLƏRİ Ədəbiyyat » Nəsr 4 ноября 2016 - Söhbətə hardan başlayaq?- İndidən. Hərdən adamlar söhbətin səmtini dəyişib ya keçmişdən, ya da gələcəkdən salır. Bəs indi, indi necə olsun? Mən yaşadığım zamanı bütün ruhumla hiss etmək, barmaqlarımla vaxta toxunmaq, əqrəblərin ucunda doğulan saniyələri salamlamaq, axıb gedən suya, ağacdan düşən yarpağa, ot basmışcığıra fürsət tapıb nəsə pıçıldamaq istəyirəm. Nə gizlədim, sözü ovcuma yığıb əzizlədiyim, rənginə, rəqsinə tamaşa etdiyim, səsini duyduğum vaxtlar da olur. Hərdən də iki daş arasında Dünya nənənin milyon illik mücrüsünü açıb hər kəsin unutduğu gizlinləri günə vermək, toz basmış həqiqətlərin könlünü almaq istəyirəm. Mənə elə gəlir ki, bütün zamanların kəsişdiyi nöqtə elə indidir. İndidən qaçmaqla biz, əslində, özümüzdən qaçıb, özümüzü unuduruq. Unudulmaq yaşamağın ən pis formasıdır.- Ruhuna yaxın olan yazıçılar kimlərdi?- Taqor ruhumu işıqlandırır, Çexov məni heyrətləndirir, Servantes düşündürür, Dostoyevski hisslərin labirintinə salır, “Dünya tanrıları”, “İnsanoğlu İsa”, “Asi ruhlar”, “Peyğəmbər” romanlarını yazan, üstəlik, esse ustadı Xəlil Cibranla sanki ruh qohumluğum var.Hüqo, Markes, Folkner, Nəcib Məhfuz, Əziz Nesin, Çingiz Aytmatov - bunlar mənim sevdiyim yazıçılardı. Amma məndən soruşsan ki, son illər ənçox təsirləndiyin yazıçı kim olub, tərəddüd etmədən gürcü yazıçısı Qoderzi Çoxelinin adını çəkərəm.Onun yaradıcılığı başqa bir möcüzədir. Heyf ki, az yaşadı, “Küknarlara məktublar” ı yazıb çıxıb getdi...Hansı yazıçının yaradıcılığı səni təsirləndirirsə, ürəyinin şah damarına toxunursa, yaddaşında kök salırsa, o, sənin yazıçındır. Markesin “Baltasarın həyatında unudulmaz gün” hekayəsi var. Başqa hekayələrin yanında o qədər də gözəçarpan deyil.Amma hər dəfə bu hekayəni oxuyanda aldığım zövqü sözlə ifadə edə bilmərəm. Ya da Çexovun “Yuxum gəlir” hekayəsi... Bu hekayələr ruhumu yerindən oynadır. Başqalarını deyə bilmərəm, amma indi yazıçıların xəstəsi olan yazıçılar peyda olub.Bulqakova qibtə edənlər, Ekopərəstlər, kimlər, kimlər, kimlər... Hər kəs də inad edir ki, məhz onun sevdiyi yazıçı yazıçıdı, yerdə qalanlar... Bu fikirlərlə əsla razılaşmıram. Doğrudur, bunların hər biri ayrı-ayrılıqda ədəbiyyat nəhəngləridir, ancaq “onların hansı birincidir” sualı üstündə çənə döyməyədəyməz. Ədəbiyyat zövq məsələsidir. Loru dildə desəm, ədəbiyyat vitaminlər kompleksidir. Ruhun hansı qidaya ehtiyacı varsa, onu istəyəcək. Əsas olan da bax budur. - Azadlıq deyəndə ağlına gələn ilk söz hansı olur?- Qan. Qansız azadlıq yoxdu. Azadlıq qan bahasına başa gəldiyindən qandan da qiymətlidir.Azadlıq haqqında o qədər gözəl şeirlər, əsərlər, aforizmlər var ki. Amma azadlıq deyəndə nədənsə yaddaşımda mərhum şairimiz Eldar Baxışın misraları dolaşır:Mənə yarımçıq azadlıq verincə, Bütöv ölüm ver, İlahi!Azadlıq bax, budur.- Yaddaşında başqa hansı misralar dolaşır?- Axır vaxtlar yaddaşımda Xorxe Luis Borxesin dünayda ən çox oxunan şeirinin ilk sətri dolaşır: “Əgər yenidən başlaya bilsəydim yaşamağa...”- Cavabını suala çevirək: Əgər yenidən başlaya bilsəydin yaşamağa, nələr edərdin?- Nələr etməzdim?! Ürəyimin səsinə qulaq asardım. Ürək kompasdı, onun göstərdiyi istiqamət ən düzgün seçimdir. Bundan başqa, dünya dillərini,o cümlədən qədim latın, ibrani, yunan, ərəb dillərini, onilliklər sərf etsəm də, öyrənərdim. Hər günümü son gün kimi yaşayardım.Amma özümü aldatmayım, mənə yenidən yaşamaq şansı verilsəydi, bəlkə də, imtina edərdim.Təkrarçılığı sevmirəm.- Mətləbdən uzaqlaşmayaq, mən biləni, yaddaşında başqa misralar da dolaşır: - Hə, Nazim Hikmət yaradıcılığını çox sevirəm.Ayrılıq ədəbiyyatın əbədi mövzularındandır. Nazim Hikmətin ayrılığı başqa bir ayrılıqdı:Kimi otların, kimi balıqların çeşidini bilir,Mən ayrılıqların.Kimi əzbərə sayar ulduzların adını,Mən həsrətlərin...- Nə vaxtsa ürəyindən kiməsə məktub yazmaq keçib?- Məktubların dəbdən düşdüyü vaxtda bir gün məktub yazıb poçta atdım. İki-üç gündən sonra qapı döyüldü. Gələn poçtalyon idi. Üstünə marka yapışdırılmış məktubu tələsik açdım. Sən demə, göndərdiyim məktubu özümə yazmışam. “Özümə məktublar” belə yarandı. İstəyirsən, məktublardan birini oxuyum.- Nə deyirəm, onsuz da oxuyacaqsan.- Salam. O gün yuxuda nar gördüm. Qıpqırmızı nar idi, başında qəşəng tacı da vardı. Nar öz tacınımənə vermək istəyirdi. And-aman elədim ki, tac mənlik deyil. Heç ömrümdə ağlımın ucundan dakeçməyib ki, başıma tacaoxşar nəsə qoyum. Bəstəboy adamlara, ümumiyyətlə, tac yaraşmır. Bu yerdəgülmək işarəsi qoymaq üçün lap ürəyim gedir.Hə, harda qaldıq, onu deyirdim axı, nar öztacını mənə vermək istəyirdi. Sonra narı da, tacı dayuxumda itirdim. Bir dəstə atlı qarışqa girdi yuxuma.Məndən yaxşı bilirsiz ki, atlı qarışqaların qanadıolur. Amma nardan fərqli olaraq qarışqalar mənəqanad-zad təklif etmədilər. Çaparaq yuxumdan keçibgetdilər. Sözün düzü, axır vaxtlar böcəklərin həyatıməni daha çox maraqlandırır, nəinki, adamların.Fransız yazıçısı Bernar Verberin “Qarışqalar”trilogiyası var. Əsər paralel dünyalardan: qarışqalarınvə insanların sivilizasiyasından bəhs edir. Birbirindənxəbərsiz iki dünya. Amma onlar bir günmütləq qarşılaşmalıdırlar. Maraqlananlar oxusunlar.Sözümün canı ondadır ki, heyvanlar, böcəklər,bitkilər milyon ildi dünyanın yalnız insanlara yox,həm də onlara məxsus olduğunu bizə anlatmağaçalışır. Başa düşmək istəmirik, amma gec-tez onlarınqanunlarına tabe olacağıq. Əks halda, özünüzbilirsiz, nə olacaq.- Qorxursan?- Hərdən adamlar adamların ruhuna toxunur.Bu, məni çox qorxudur. Ruh toxunulmazdı. Uşaq vaxtı alman yazıçısı Ceyms Krüsin “Tim Taler və ya Satılmış gülüş” əsərini oxumuşdum. Gülə bilməyənadam yetim Tim Talerin gülüşünü var-dövlət hesabına satın alır. Gülüşünü satan uşağın əsl facisəi ondan sonra başlayır. İndi də ruha əl uzadırlar. Bu çox qorxulu gedişdi. Tanrıyla Adam arasında ən şəffaf bağ ruhdu. Ruha toxunulsa, bağ qırılsa, ümid etməyə daha heç nə qalmayacaq.- “Qanadlı adam” essendə bu mövzuya toxunmusan.- Qanadlı adamlar az-az doğulur və adım kimi əminəm ki, qanadlı adamların heç biri öz əcəliylə ölmür. Hüseyn Cavid , Mikayıl Müşfiq kimi.Qanadsız adamlar səmanı sevmir, heç vaxt da sevməyəcəklər. Axı səma onların nəyinə lazımdı?!Qanadlı adamlarsa doğulacaq, qaranlığı bir anlıq işıqlandırmaq, işığı adamlara xatırlatmaq üçün.- Fikir vermişəm, yer üzündə elə bir yazar, şair yoxdu ki, dünya onun yaradıcılığındankeçməsin. Dünya sənin üçün nədir?- Dünya sözü hər dildə bir məna daşıyır. Ancaq “İncil”də dünya sözü başqa məna daşıyır və mənəelə gəlir ki, dünya sözünün ən yaxşı tərifi elə budur.“İncil”də belə yazılır: “Allahdan uzaqlaşdırılmışvə ona üsyan edən insanların qurduğu sistemə dünyadeyilir”. Mən bununla razılaşıram, biz qovulmuşlarıq,Yerə sürgün olunmuşuq. Bir ömür burda gəldiyimizyer üçün darıxırıq və nə zamansa qovulduğumuzməkana qayıdırıq.- Adamları ən çox harda müşahidə edirsən?- Metroda. Hər dəfə eskalatorla düşəndə mənəelə gəlir ki, insanların ağırlığından, qaramatından,fikir qarışıqlığından metronun boğazı ağrıyır. Məndə bu yandan adamların arasında öz personajımıaxtarıram. Mənə elə gəlir ki, insanlar təbəssümüyadırğayır. 50 ildən sonrakı mənzərəni heç təsəvvürbelə etmək istəmirəm. Hərdən eksperiment xatırinəgülümsəyirəm. Adamların çaşqın baxışları iləqarşılaşıram. Dəli olduğumu düşünürlər. Gülənadam bineyi-qədimdən bizdə dəli sayılır axı. Nəisə, maraqlı personaj tapmaq istəyirsinizsə, yerinaltı məsləhətlidir.- Bilirəm, utancaqsan, axı sən özünlə söhbətedirsən, çəkinmə, bizə gülməli bir xatirə danış.- Orta məktəbdə oxuyanda Nobel mükafatçısıPablo Nerudanın memuarını oxumuşdum. Əsər eləxoşuma gəlmişdi ki, bir az da yazıçıya vurulmuşdum.Yaşlı, zənci Pablo Nerudaya... Bu gün də xəritəyəbaxanda Cənubi Amerikanın qərbindəki sarı zolaq– Çili diqqətimdən yayınmır. Mənim uşaqlıqarzularımın biri də Pablo Nerudanın vətənini görməkidi. Hələ də inanıram ki, nə vaxtsa Çilini görəcəm.Sonralar çoxlu kitablar oxudum, indi də ofikirdəyəm ki, oxucu əsəri sevirsə, bir az da əsərinmüəllifini sevir.- Az yazmağının səbəbi?- Özümə heç nəylə bəraət qazandırmıram vəbunu özümə bağışlamıram.- Bu yay nəylə yadında qaldı?- Bu yay qəribə yay idi. Son illərin ən istiyayından mənə üç xatirə qaldı: isti, daş və London.Açmasını soruşma, sirr kimi qalmalıdı.- Açılan hər sabahdan nə gözləyirsən?- Möcüzə. Kimsə açılan səhərdən möcüzəgözləmirsə, demək, onun arzuları, xəyalları tükənib.Arzulardan, xəyallardan heç vaxt qorxmayın. Keçəbilmədiyimiz sərhədləri, gedə bilmədiyimiz yerlərixəyalın gözü ilə ziyarət edə bilərik.- Təbrik edirəm, Avrasiya Yazarlar Birliyininkeçirdiyi IV Beynəlxalq Mahmud Qaşqarlıhekayə müsabiqəsində “Mən toz dənəsiyəm”hekayən qalib oldu. Hansı hissləri keçirdin?- Həqiqəti deyəcəm, elan olunan vaxtın sonuncugünü hekayəmi müsabiqəyə apardım. Hava çox istiidi, üstəlik, həmin ünvanı da çox çətinliklə tapdım.Arada istədim ki, hekayəni vermədən geri dönüm.Yoluma nağıllardakı kimi nurani bir qoca çıxdı vəaxtardığım ünvanı uzaqdan mənə göstərdi.Bu müsabiqədə iştirak etmək hər bir yazarüçün şərəflidir. Mahmud Qaşqarlı Türk dünyasınınnəhəng körpüsüdür. Bu körpü bütün türkdilli xalqlarıbirləşdirir, bu körpüdən Türk dünyasının keçmişidə, gələcəyi də aydın görünür. İcazə ver, AvrasiyaYazarlar Birliyinə və müsabiqənin münsiflər heyyətinəöz təşəkkürümü bildirim. Bütün yarışmalardahəyəcan, məğlubiyyət və qələbə var. Mən həyəcanıgözə aldım, məğ lu biyyətlə barışdım və qalib oldum.- Ədəbiyyatda sən kimsən?- Ədəbiyyat ucsuz-bucaqsız bir dünyadı. Budünyada hər kəsin öz uçuş zolağı var. Hər kəsbacardığı qədər uçur. Arzuladığı yerə qədər uçmaqsaçox az yazara nəsib olur. İndi də sualına cavabverim. Ədəbiyyatda mən kiməm? Olsa- olsa, məntoz dənəsiyəm. VƏ HEKAYƏLƏRİASAN XİDMƏTAçar sözlər: poçt qutusu, oyuq, gülən bığ Bayramqabağı Novruzəli xırda-xuruş bazarlıq eləmək, əyin-baş almaq, bir də şəhərin qoxusunu duymaq üçün yolunu şəhərdən saldı.Novruzəlinin külfəti bu xəbəri eşidəndə evin divarları güldü, qaragöz qızları gilənar ağacı kimi çiçəklədi, 9 yaşlı madar oğlu Məmmədhəsən “dədə,məni də apar”- deyib gözlərini kərtənkələ gözü kimi dədəsinə zillədi. Novruzəli də eynən oğlu kimigözünü qırpmadan gədəsinin gözünün içinə baxıb “yox!”- dedi. Məmmədhəsən başını aşağı salıbzırıldaya-zırıldaya qapıdan çıxdı.Arvadı Qönçəgül iki daşın arasında ərinin adsızbarmağına qırmızı sap bağladı ki, hara gedirsə-getsin, güzgüsüz evə dönməsin. Divardakı köhnəgüzgüləri bu qışdan salamat çıxmamışdı, yerə dəyibçiliklənmişdi. Novruzəli səhər-axşam dəhlizdənkeçəndə istər-istəməz boynunu uzadıb güzgüyə,daha doğrusu, güzgünün yerinə baxırdı.Müxtəsəri, Novruzəli bu xəbəri külfətinə deyəndəgün əyilib axşam düşmüşdü. Qönçəgül odun peçininüstünə bir vedrə su qoyub ərinin alt paltarlarınıyaxşı-yaxşı qaynatdı, qızları dədələrinin üstpaltarlarına əl gəzdirdi, hikkəsi hələ ötüb keçməyənMəmmədhəsən ortalıqda nə qədər fırfıra kimifırlansa da, heç kimin ona məhəl qoymadığını görübfürsət tapan kimi paltar sərən anasına yaxınlaşdı.- Dədəmə denən maa tapançadan-zaddan alsın - dedi.- Alajax, başına dönüm, alajax, - deyib QönçəgülMəmmədhəsəni başından elədi.Sonra Qönçəgül yol tədarükü gördü, yumurta,kartof qaynatdı, yanına da baş soğan qoydu ki,Novruzəli yol adamıdı, ac qalmasın, qursağına birşey atıb mənzil başına sağ-salamat gedib çatsın.Qaranlıq hər tərəfi bürüyəndə Qönçəgül sərdiyipaltarları yığıb evə gətirdi, peçin yan-yörəsinəsərdi ki, paltarlar səhərəcən qurusun. O gecə uzun bir gecə oldu, ilan vuran yatdı,Novruzəli yatmadı. Elə bil yerinə qor dolmuşdu.Səfər söhbətini açıb-ağartdığına görə indi it kimipeşman idi. Amma bir tərəfdən də şəhərdən ötrüburnunun ucu göynəyirdi. Gör neçə illər idi, şəhərəyolu düşmürdü. Görənlər deyirdi, şəhər aşıb-daşır,alışıb-yanır. O da bu ölkənin balasıydı, üç uşağınatasıydı, bu yerin sevincini dadmaq onun da haqqıydı.Gedib o yerləri ziyarət eləsəydi, gözü-könlü sevinərdi,tay-tuşları şəhərdən danışanda onun da deməyəsözü olardı.Əslində, şəhərə getməkdə başqa məqsədi dəvardı. Neçə illər idi ki, Novruzəlinin külfəti sosialyardım ala bilmirdi. Kəndin icra nümayəndəsi HacıXudayar iki ayağını bir başmağa dirəyib sənin ikiinəyin var, sənə sosial yardım düşmür - deyibNovruzəlinin gözündən basırdı. İnişil Novruzəlininəlacı kəsildi, inəyin birini payızda dəyər-dərməzinəsatdı. Satdı ki, Xudayarın gözü yığışsın, sözüolmasın. Amma Xudayar yenə çəm-xəm eləyirdi.Novruzəli ürəyinə yığmışdı ki, şəhərdə böyüklərinyanına gedib çıxacaq, Xudayarın necə adam olduğunuonlara deyəcək. Qoy Xudayarın atasını yandırsınlar!Novruzəli Xudayarla vuruşa-vuruşa səhəri açdı.Qönçəgül peçi qaladı, çay qoydu, Novrizəliyəşirinçay qayırdı, Novruzəli də bəy balası kimi yeyibiçdi,geyinib-kecindi.Qönçəgül yol tədarükünü Novrizəliyə uzadanda:- Utanıf eləmə, ə, girəvə düşən kimi çörəyiniye, kim kimədi, özünü ac saxlama. Sən ac olanda,o qivlə haqqı, boğazımdan tikə keçmir, - dedi. - Birdə səni and verirəm Abbas əmimin goruna, üstünədüşsən, şəhərdən maa sarımsaqdöyən al. Yadındançıxmaz ki?Novruzəli qırtını çəkdi:- Yaxşı, az, tapsam, alajam.- Di get, Allahın kölgəsi üstündə olsun, - dediQönçəgül. Bu yerdə səsi kimi dodaqları da titrədi.Novruzəli də yuxa ürəkli arvadının sözlərinəkövrəldi, amma dönüb geriyə-filana baxmadı,dümdüz, şax yerişlə çıxıb getdi. Arxadan yenə Qönçəgülün səsi gəldi:- Odey ha, Qurbanəlinin avtobusu gəlir, sağget, salamat qayıt balalarının içinə.- Gələjəm, az, uşaq-zad deyiləm ha, ev-eşikdənmuğayat ol.Novruzəli yol maşınlarını dəyişə-dəyişə gəlibşəhərə çıxdı.Şəhər, nə şəhər! Novruzəli axırıncı dəfə şəhərdəsovet vaxtı olmuşdu. Allah rəhmət eləsin İskəndərmüəllimə, bir yol şəhərə gələndə onu da özüyləgətirmişdi ki, Novruzəlinin dünyagörüşü artsın. Osəfər sonralar heç vaxt Novruzəlinin yadındançıxmadı. Dənizi ilk dəfə onda gördü, tramvaya ilkdəfə onda mindi, İskəndər müəllim onu kinoyaapardı, birlikdə dondurma yedilər, bəylik kostyumunuda onda aldı... Amma, amması var, Novruzəli hayhuyeləyib gözaltı eləyənəcən fəhlələrin və kəndçilərinçiynində dayanmış şanlı sovet imperiyası çökdü,kolxoz-sovxoz dağıldı, Novruzəli işsiz-gücsüz qaldı,bəy kostyumunu da 15 ildən sonra geyinəsi oldu.Atalar demiş, kasıb evlənəndə gecə qısalar. Bu,Novruzəlinin də başına gəldi...İndi şəhərə baxıb gözü-könlü açıldı. Ammaürəyində köhnə şəhər üçün darıxdı. O şəhərin başqabir qoxusu vardı, o şəhərin adamları da bir başqaydı,ağbəniz, gülərüz, mehriban...Novruzəli bütün olanları zamanın ayağına yazdı.Özünü yaxınlıqdakı parka verib bir müddət gəlibgedənlərəheyranlıqla tamaşa elədi. Sonra gözucubaxdı ki, görsün ona məhəl qoyan var, ya yox.Gördü heç onu saya salan da yoxdur, oturduğuoturacağın üstündə özünə kefi istəyən süfrə açdı.Yumurtaları bir-birinə toqquşdurdu, kartofları soydu,soğanın başına karlı bir yumruq vurub iki yerəböldü, çörəyini dad eləyə-eləyə yeyirdi ki, Allahmərdimazara nəhlət eləsin, elə bil yer ayrıldı,yerin altından bir paqonlu çıxdı.Novruzəli dəvikdi, oğurluq üstündə tutulan uşaqkimi qızardı, amma özünü o yerə qoymadı:- Salami-əleyküm, - dedi.Adam elə bil paya udmuşdu, dümdüz dayanıbgözünü bərəltdi:- Yığışdır, ə, bu zir-zibilini.Yumurtanın parası Novrizəlinin əlində qaldı.Udqundu:- Gəl, sən də bir loxma ye, - dedi.Adamın rəngi qızardı:- Ə, sən kimsən ki, mənə belə söz deyirsən.Dur, a kişi, dur ayağa, yığışdır bunları, özün dəəkil burdan. Hər tərəf turistlərlə doludur, ayıbdı,bizim haqqımızda nə düşünərlər?!Novruzəli bir açdığı süfrəyə, bir adama baxdı,yumurtanın birinə hələ əl vurmamışdı.Yazıq-yazıq:- Bə bunnarı neyləyim? - dedi.Mühafizəçi cin atına mindi, nə mindi. Cibinigöstərib:- Neyləyəcəksən, ə, gətir qoy bura, - dedi.Novrizəli yerindən qımıldandı, gülümsədi,ürəyində:- Qarnının dərdi varmış, yumurta istəyirmiş, -deyib ayağa qalxmaq istəyirdi ki, adam cəld tərpənibNovrizəlinin süfrəsini silib-süpürüb yaxınlıqdakızibil yeşiyinə atdı.- Özün də elə get ki, bir də ayağın bu tərəflərədəyməsin.Novruzəli ayaqlarına baxa-baxa parkdan gülləkimi çıxdı.... Novruzəli yolun ucunu tutub gedirdi. Binalar,adamlar, maşınlar, gözəl-göyçək qız-gəlinlər, buyerdə Novruzəli şeytanın onu yoldan çıxaracağındanehtiyatlanıb “anam-bacım olsunlar!” - deyib nə isəmızıldanırdı.Şəhərin gözəlliyi, əlvanlığı get-gedə Novruzəlininağlını başından alırdı. Ortada heç nə yox idi, ammaelə bil nə isə içmişdi, öz-özünə xumarlanırdı. Buyerdə Novruzəlinin zəif bir cəhətini mütləqdeməliyəm. Allahdan gizli deyil, bəndədən nə gizlin,Novruzəli qazlı su içəndə başı gicəllənirdi, keflənirdi öz-özünə sərxoş olurdu. İndi də Novruzəli şəhərinhavasını uda-uda hallanmışdı.Novruzəli dumanlı başla küçələrdə dolaşa-dolaşaaxşamı saldı.Axşam da olanda Novruzəlinin əhvalı bir başqacür dəyişirdi, elə bir qərib bir quş ürəyinin başınaqo nub yastı balabanda “Çoban-bayatı” çalırdı. Nov -ruzəli evindən, obasından uzaqda əməlli-başlıqəribsədi, doluxsundu, qaramatını qovmaq üçünözünü qarşıdakı işıqlı çayxanaya saldı. Bir çaynikçay, yanında da ləbləbi həmən hazır oldu.Novruzəlinin eyni açıldı, ləbləbidən yeyib çaydaniçdikcə şəhər gözündə bir az da gözəlləşirdi. Çayınıiçib, ləbləbi qabını silib-süpürəndən sonra istədinəlbəkinin altına bir manat qoyub getsin, qaranquşaoxşayan cavanca bir uşaq hardansa peyda olub onakitabça uzatdı. Novruzəli əvvəl bir kitaba, sonraqaranquşa oxşar uşağa baxdı, sonra kitabçanı açdı.Kağız parçasının üstünü hıqqana-hıqqana oxudu.Ödəniləcək məbləğ: 15 AZN.Novruzəlini tər basdı, amma özünü o yerəqoymadı. Əlini gödəkçəsinin cibinə salıb 15 manatçıxardı, amma yenə də kitabçanın içinə qoymadı,oğlanın üzünə baxdı ki, bəlkə səhv eləyiblər, yanlışlıqfilanolub, amma oğlan susub heç nə demədi.Əlacı kəsildi, pulu kitabın içinə qoydu, oğlan pulugötürüb getdi və Novruzəlini həmişəlik unutdu.Çayxanadan çıxanda gecə qara çarşabını şəhərinüstünə atmışdı. Yazağzı səma tərtəmiz olur, elə bilyerə də, göyə də ovuc-ovuc ulduz səpilmişdi.Novruzəli qəribə hisslər keçirirdi. Parkdakı mühafizəçiqanını qaraltsa da, çayxanada bir çaynik çaya 15ma nat alsalar da, həyat bal dadırdı. Ürəyi fərəhləçırpınırdı, Novruzəli get-gedə şəhərin havasına, səsküyünəalışırdı.İndi də gecə qalmağa dörd divar, bir qapısı olanucuzvari yer axtarırdı ki, başını atıb yatsın, yor -ğunluğunu çıxarsın, səhər şəhəri gəzib-dolaşsın,dadını çıxarsın.Qabağına çıxan adamlardan ucuzvari qəsdinsəninyerini soruşurdu. Soruşurdu, amma kimsə dərdinədəva eləmədi.Axırda cavanca bir uşaq Novruzəlinin gözünü açdı:- Day-day, pis çıxmasın, hansı zəmanədəyaşayırsan? A kişi, bu şəhərdə qəstin-məsdin yoxdu.Otellər var, gecəsi 100 manata, 1000 avroya. 15000min şlinqə. Varındısa, get, qal. Ya da Alatavadaqonşumuz bir gecəliyə 10 manata yer verir, get,orda gecələ də, - dedi. Novruzəlinin gözlərinə işıq gəldi:- Məni ora apararsan? - dedi.Çoxbilmiş uşaq:- Day-day, aparmağına apararam, amma oraçox uzaqdı, gərək taksiylə gedək.On manat da Novruzəlidən belə çıxdı.Oğlan Novruzəlini alaqapının qarşısında birqadına tapşırıb yox oldu.Qadın Novruzəliyə xoş-beş demədən həyətinküncündəki quş damına oxşar otağı göstərdi. Otaqdabir çarpayı, bir dəst də mitil vardı.Novruzəli bir də eşiyə qaçdı, utana-utanasubaşının yerini soruşdu. Xəbəri yoxmuş, düzburnunun ucundaymış.Novruzəli: “Bu yaxşı oldu” - deyib otağa qayıtdı.Paltarlarını soyunub başının yanına yığdı, yerinəgirib bir müddət qurdalandı ...Novruzəli kəndçi babaydı, çörəyi torpaqdançı xırdı. O qədər torpaqda əlləşmişdi ki, özü dətorpaq kimiydi. Dilsiz-ağızsız, mağmun, fağır.Sabah xeyli işləri vardı, böyük adamların yanınagedəcəkdi, qız larına don alacaqdı, fikrində tutmuşduki, gədəsinə ayaqqabı alsın, güzgü öz yerində, vaxttapsa, şafkasını da təzələyəcəkdi. Bu xəyallarlaNovruzəlini yuxu tutdu...Novruzəlinin yuxusuna bir sürü qoyun girmişdi.Qoyunlar belədən-belə otlayırdılar, elədən-belə.Amma Novruzəli qoyunları nə qədər saysa da,sayları düz gəlmirdi. Novruzəli: “Nəhlət sənə, korşeytan” - deyib yenidən saymağa başlayırdı, yenəəskik gəlirdi. Sayılmaqdan yorulmuş qoyunlaraxırda təngə gəlib Novruzəlinin üzünə dirəndilərki, onları saymasın. Qoyunu saymaq yaxşı əlamətdeyil. Sonra başlarını aşağı dikib otları qırpa-qırpasürüylə keçib getdilər.Novruzəli bu dəfə qoyunları gözünün ucuylagizlincə saydı.Yenə əskik gəlirdi... Gümanı yüzyerə getsə də, axırda gəlib Hacı Xudayarın üstündədayanırdı. Qoyunu ondan başqa kim yeyə bilərdi?Müxtəsər, səhərəcən qoyunlar Novruzəlininyuxusunu qırpıb yedilər, ipə-sapa yatmadılar,zəhləsini tökdülər. Səhərəyaxın qoyunları birtəhərsayıb aula yığa bildi...Səhər yuxudan durub eşiyə çıxanda ev sahibəsihəyətdə qaş-qabaqlı var-gəl edirdi.- Savağın xeyir, bajı.Qadın dilucu salamını aldı.Novruzəli əlini cibinə salıb on manat çıxardı.Qadın alıcı quş kimi qiyyə çəkdi.- Qardaşım, on manat niyə, xəbərin yoxdu bugecə nələr oldu?!Novruzəlinin xırda gözləri böyüyüb-böyüyübhədəqəsindən çıxdı, boynunu uzadıb qorxa-qorxasoruşdu:- Nooldu? -- Bizə olan oldu, devalvasiya baş verdi. Qiymətlərqalxdı. Sən yatdığın otağın qiyməti dünən on manatidi, bu gün iyirmi manat oldu.Novruzəlinin ürəyi yerinə gəldi, qorxusu çəkildi,qəddi düzəldi:- Mən də deyirəm görən nooluf?!- Day bundan artıq nə olacaq, ay evi tikilmişinoğlu?! Kənddə yaşayırsan, nə vecinə, Arazaşıqlarındandı, Kür topuğundan! Dərd bizimdərdimizdi. Qaz, su, işıq pulu, hələ təmizlik işlərinidemirəm. Bunlar azdı bəgəm?! Bilirsən, şəhərdətualetin qiyməti neçəyədi?Solaxay sualın qarşısında Novruzəli çaşıb qaldı:- Bilmirəm.- Otuz qəpik. Qırx qəpik olan yerlər də var. İndicamaat gedib ...Novruzəli od püskürən qadından eyməndi,dinməz-söyləməz on manatın üstünə on manat daqoyub qadına uzatdı.Qadın pulu xələtinin cibinə qoya-qoya:- Şəhərdə qalası olsan, başqa yer axtarma,burdan ucuz yer tapa bilmiyeceysən, - xəbərdarlığınıelədi.Novruzəli ürəyində “köpəyin qızı, qanını mənnənuzax elə” - deyib darvazadan güllə kimi çıxdı.Əvvəlcə barmağındakı qırmızı sapdan canınıqurtarmalıydı. Gəzib dolaşdı, axır ki, güzgü satılanbir dükan tapdı. Hər yan güzgü idi. Novruzəli özünüheç vaxt belə aydın, öz ölçüsündə, bütöv görməmişdi.Divardakı bütün Novruzəlilər utancaq-utancaq onabaxırdılar.Əl ağacına oxşayan Novruzəli müti, yazıq,sözəbaxan, bir sözlə, yaxşı adam idi. Qonur gözləriuşaq gözləri kimi tərtəmiz idi. Şirniquş ver, başınıaldat, ya da gözünü tök, ovcuna qoz tök, şükranlığınıitirməyib sevinəcəkdi.İndi Qönçəgülün əri, üç uşaq atası Novruzəligüzgüdə özünü apaydın görüb dördgöz olmuşdu.Güzgülərdəki Novruzəlilərə baxa-baxa ona eləgəldi ki, dünyadakı bütün Novruzəlilər bir-birlərinəoxşayır. Kimsənin toyuğuna kiş deməzlər, yamanişlərə əl qoymazlar, əllərindəki tikəni alsalar belə,cınqırlarını çıxarmazlar. Amma bəxtləri kəsik, ruziləriaz, adları bədnam olar. Novruzəli bilmirdiNovruzəlilərin hansına baxsın. Novruzəlilərin hamısıinsan adamıydı. Dükandakı dikbaş güzgülər nədənsəbu kənd kişisinin abrından gözgörəti utandı..Novruzəlinin quşu ovalvari güzgüyə qondu. Biryaxından, bir uzaqdan güzgüyə baxdı. GüzgüNovruzəlini yaxşı göstərirdi, çox yaxşı göstərirdi.Özü də qəttəzə idi. Qırılan güzgüləri o qədərköhnəlmişdi ki, gülləmişdi. Novruzəli neçə illəridi, özünə yox, kölgəsinə baxırmış..... Gödəkçəsinin düymələrini açdı, sağ əliylə soldöşündən - pencəyinin cibindən bir bükülü çıxarıbədəb-ərkanla açdı. Qönçəgül Novruzəlinin şəxsiyyətvəsiqəsini, bir də pulu əl dəsmalına büküb ərinincibinə qoymuşdu. Novruzəli dəsmalla sənədini birkənara qoyub güzgünün pulunu sayıb verdi. Adsızbarmağındakı sapı qoparanda elə bil Qönçəgüldənazad oldu. Güzgünü qoltuğuna vurub xırda-mırdaşey-şüy almaq üçün dükanları dolaşdı. Özünə sinəsindəbir cüt maral olan jaket aldı, Qönçəgülə butalı yaylıqseçdi, qızlarına kitayiski don aldı, amma gədəsinəayaqqabı ala bilmədi. Oğlunun hansı ölçüdə ayaqqabıgeyindiyini yadına sala bilmədi. Əlacı kəsildi, oğlunauzunşüllək şalvar aldı, bir də Qönçəgül eşitdirmişdiki, uşaq tapança istəyir. Novruzəli oğluna avtomataldı ki, uşaq lap ürəkli böyüsün.Novruzəli bazarlıq eləyib qurtaranda gün günortaolmuşdu. Səhər nahar eləməmişdi - deyə acmışdı.Burnuna yaxşı qoxu toxundu. Bir sağa, bir solaboylandı. Gözünə binanın küncündəki arıtma sataşdı.Novruzəlinin ağlında arıtma ancaq yuxarı qalxmaqüçün idi, amma bu arıtma adamları zirzəmiyəaparırdı. Gözəl qoxu da ordan gəlirdi, yerin altından.Divara yapışdırılmış sözü oxumağına oxudu, ammaşaurma sözünün nə olduğunu heç cür kəsdirə bilmədi.Ehtiyatla pilləkənlərı endi, gördüyü mənzərə xoşunagəldi. Bu yer adamla dolu idi. Özünə yer tapıboturdu, qaranquşa oxşar oğlanlardan biri yaxınlaşdı,sifarişi gözlədi. Novruzəli də biclik işlətdi, - hamınə yeyirsə, maa da ondan gətir-dedi. Ofisiantməsələni anladı, Novruzəliyə şaurma, yanında daayran gətirdi.Novruzəli yeyib toqqanın altını bərkitdi. Aldığışey-şüyə nəzər saldı, qalan qəpik-quruşunu vərləvürtedirdi ki, onu tər basdı. Şəxsiyyət vəsiqəsi yoxaçıxmışdı. Güzgü aldığı yerdə qoymuşdu, amma oyer hara idi? Öldürsələr də, Novruzəli o yeri yadınasala bilməzdi. Bəs neyləsin? İmdad diləyən baxışlarlaətrafa boylandı.İki kişi yanakı oturacaqda durmadan danışırdı.Biri o birinə deyirdi, nə işin olsa, Asan xidmətə get,pulsuz-parasız bir anda düzələcək. İndi hamı dərdiniora deyir. Novruzəli eşitdiklərinə inana bilmirdi.Asan xidmət sözünü bir-iki dəfə ürəyində təkrarladıki, yadından çıxmasın. Yerindən qalxıb düşdüyüpilləkənləri tapıb yuxarı - yerin üstünə qalxdı.Qabağına çıxan ilk adama:- Asan, lənət sənə kor şeytan, sonrası yadımdançıxdı. Deməzzsən, ora necə gedim, - dedi.Adam qarşısındakı kişiyə məhəl qoymayıbbaşını yelləyə-yelləyə çıxıb getdi. Növbəti adamNovruzəlinin nə demək istədiyini havadaca aldı.- Hə, Asan xidməti istəyirsən.- Oranı istəyirəm, dədə, necə gedim ora?-Yaxıınlaş, bax ordakı taksi şoferinə söylə, səniistədiyin yerə aparacaq, - dedi.Novruzəli:- Allah canını sağ eləsin, balalarını saxlasın, -deyib güzgü qoltuğunda, yükü əlində taksiyə yaxın -laşdı. Taksi şoferi arif adam idi. Novruzəli ağzınıaçan kimi “otur” - dedi.Şəhəri xeyli fırlanandan sonra taksi bir yerdədayandı. Sürücü pulunu alıb Novruzəliyə yaraşıqlıbinanı göstərdi.Novruzəlini birinci mərtəbədən ikinci mərtəbəyə,ordan da üçə göndərdilər. Qoltuğunda güzgü, əlindəbağlama olan Novruzəli ətrafa boylandı. Adamlarbir kənarda səliqə ilə oturmuşdular. Novruzəli özünəyer tapıb yükünü yerə qoydu, yüngülləşdi. Aradanömrə deyirdilər, adamlar da pəncərələrə yaxınlaşıbnə isə deyir, sonra da şad-xürrəm çıxıb gedirdilər.Bu yerin rahatlığında, sakitçiliyində Novruzəli xeylimürgü döydü. Aradabir başını qaldırıb baxırdı ki,görsün onu çağırıb eləmirlər ki, amma çağıran yoxidi, adamlar da bir ucdan azalmaq əvəzinə çoxalırdı.Bunun sirrini öyrənmək üçün Novruzəli yerində xeyli qurcalandı. Sonra özündə təpər tapıb pəncərəyəyaxınlaşdı.- Dədə, məni niyə çağırmırsız?Cavan oğlan nəzakətlə:- Nömrəniz neçədi? - soruçdu.- Nə nömrə?- Yaxınlaşın ora, sizə nömrə verəcəklər.Novruzəli başıalovlu göy paltarlı qıza yaxınlaşdı.- Bacıqızı, nömrə neçəyədi?Qız əvvəl başa düşmədi.- Nömrə istəyirsiz?Novruzəli əlini cibinə salıb şax beşlik çıxardı.Qızı gülmək tutdu, “nömrə pulsuzdu” - dedi.Novruzəli sevindi, bərk sevindi, gözləri yaşardı,axı bu şəhərdə hər şey pulnan idi. Dünyanın işinəbax, indi ona pulsuz nömrə verirdilər.Novruzəlinin növbəsi çatanda pəncərəyəyaxınlaşdı. Şəxsiyyət vəsiqəsini itirdiyini dedi.Rayonunun, kəndinin adını, dedi, öz adına çatandaduruxdu:- Məmədhəsənov Novruzəli Pirverdi oğlu.Qardaşoğlu, gəlsənə adımı da dəyişək? - dedi.- Niyə, adınız xoşunuza gəlmir?Novruzəli dişlərini bir-birinə sıxdı:- Çııı...- Adınızı dəyişmək üçün başqa sənədlər dəlazımdı.Novruzəli istər-istəməz oğlanın dedikləri ilərazılaşdı. Guya adını dəyişsələr, nə olacaqdı, eləNovruzəlidir ki Novruzəlidir. Novruzəli təzə şəxsiyyətvəsiqəsini alanda uşaq kimi sevindi. Amma yerindənqımıldanıb durmadı. Səsini qısıb:- Bəs Xudayarın məsələsi necə olsun?! - dedi.- Hansı Xudayarın? - oğlan təəccüblə soruşdu.- Kəndçimiz Xudayarı deyirəm, o vurğunvurmuşu. Balalarıma sosial yardım verməyən oköpək oğlunu deyirəm.- O məsələyə biz baxmırıq, - oğlan tələsikdilləndi.Novruzəli peşmanladı:- Keşkə baxaydınız... neynək, Allah köməyinizolsun, - deyib geri döndü.Novruzəli güzgünü qoltuğuna vurub şey-şüylərini götürdü. Asan xidmətdən çıxıb yüklü-yüklü şəhərixeyli dolaşdı, limon satandan iki lumu aldı. Cibində bircə yolpulu qalmışdı.Yol maşınıyla geri dönəndə Novruzəli qanad açıb uçurdu. Səfəri uğurlu keçmişdi. Pəncərədənyazın qoxusu gəlirdi. Novruzəli get-gedə dirçəlirdi.Arabir ağlından keçirirdi ki, görən Qönçəgül inəyinalafın verib, ya yox?..MÜHARİBƏ, CƏRÇƏVƏ ÜMİD Doqquzmərtəbəli binanının yeddinci mərtə -bəsində yaşayan Nənə balkonlarında yuva salmışboz sərçəyə sığınıb uzun illər yaşadı...... Mən onu, yalan olmasın, 20 ildir, tanıyıram.Bir binada, bir blokda, eyni mərtəbədə yaşayırıq.Onlar bizim binaya pənah gətirəndə birinci sinfiyenicə bitirmişdim. Bir gün atam dedi ki, yeniqonşumuz gəldi. Qaçqındırlar. Yadımdadır, qaçqınsözünü eşidəndə anam daş atıb başını tutdu. Dediki, görəcək günlərimiz varmış, indi də yolçularlabir yerdə yaşayacağıq? Atamın üstünü kəsdirdi ki,JEK-ə gedib xəbər eləsin, gəlib bu zir-zibilləriburdan rədd eləsinlər. Atam anamın üstünə bozardı,dedi ki, İvan inişil evində tək-tənha öldü, onları buyiyəsiz evə elə JEK özü yerləşdirib.O axşam atam bərk əsəbiləşdi, “Xalxın evidağılıb, başına od ələnib, canlarını götürüb qaçıblar,burdan hara getsinlər bu evi yıxılmışlar? - deyibsiqaret çəkmək üçün balkona çıxdı...O söhbətdən sonra anam bir müddət sussa da,uzun illər qapıbir qonşumuza salam belə vermədi.Mənsə onların nə günah işlətdiklərini hələ də başadüşə bilmirdim. Amma nağıllardakı nənəyə oxşayanqadın hər dəfə məni balkonda görəndə baxışlarıilə salamlayar, fürsət düşəndə “Mənim göyçəkbalam ” - deyə pıçıldayardı. Onun səsindəki doğmalıqqulaqlarımdan ürəyimə axar, anamın qonşumuzaolan pis münasibəti, sərt baxışları Nənəyə olansevgimi bir cimdik də azaltmazdı.Bir dəfə anam paltar sərəndə heykəl kimibalkonda dayanıb fikrə gedən Nənəyə gözgörətisöz atdı: “Elə bil çöllükdə yaşayır, şalı başında,qaloşu ayağında, bircə çomağı çatmır! Şəhər üçünölürmüş bu yolçular!”Nənə qorxacaq halda geri çəkilib balkonda yoxoldu...... Həmin ilin payızı soyuqlar vaxtındanxeyli əvvəl düşdü. Küləkli bir gecədə dördyaşlı qardaşım qəfildən bərk xəstələndi,hərarəti qalxdı, atam-anam əl-ayağadüşdülər. Xeyri olmadı, qardaşımsudurqa keçirdi, anam var gücü iləqışqırıb qonşuları köməyə çağırdı.Səsə qonşular gəlsə də, heç kimirəli durmadı. Qaçqın qon -şumuzun nimdaş paltarlı qaraşınqızı qapıdan işəri keçib zəhmlisəslə “çəkilin” deyib özünü qardaşıma yetirdi. Mən onun nə etdiyini görməsəmdə, bir azdan qardaşımın ağladığını eşitdim. O,çatma qaşlı qaraşın qız evdən çıxıb, bir azdan əlindəbalaca həkim çantası ilə geri döndü. Qonşulardankimsə “Heç bilmirdik ki, blokumuzda tibb bacısıyaşayır” - deyə kinayə ilə dilləndi.Qaraşın qızın mülayim səslə:- Mən tibb institutunu bu il bitirmişəm, - dedi.Qonşular müəmmalı şəkildə baxışdılar. Buqaraşın qız qardaşıma iynə vurdu, bir azdan qardaşımsakitləşib şirin yuxuya getdi.Qaçqın qonşumuzsa kağıza nə isə yazıb, anamgiləverdi və bərk-bərk tapşırdı ki, sabah bu dərmanlarımütləq alsınlar. O gedəndən sonra evimizə qəribəsakitlik çökdü...Bunları ona görə xatırlayıram ki, Nənəni çoxdantanıdığıma inanasınız.Mən böyüyəndən sonra bildim ki, qaçaqaçdaNənənin əri oğlu ilə birlikdə şəhid olub, heç meyitləridə ələ gəlməyib. Amma bu illər ərzində mən Nənəninbir dəfə də ağladığını görmədim. O, saatlarla ey -van da dayanıb blok yuxarı qalxan tut ağacına, bir azda başını uzadanda buludlu, buludsuz səmaya uzunuzadıbaxardı. Mən bu ağbəniz, gümüşü saçlı, yayqışbaşı şallı Nənəyə illərlə beləcə tamaşa elədim.20 il necə keçdi, xəbərim olmadı. İndi 26 yaşımvar. Konservatoriyanı bitirmişəm. Bəstəkaram. Buil gənc bəstəkarların müsabiqəsində iştirak edibüçüncü yeri qazanmışam. Bəlkə də, inanmayacaqsınız,mən hər dəfə evdə pianinonun arxasına keçəndə,ilk musiqini Nənə üçün çalıram. “Qaragilə”ni,“Sarı gəlin”i çalanda bilirəm ki, Nənə balkonunbir küncünə sığınıb mənə qulaq asır.Söhbətdən yayınmayaq, yaz gələndə hərdənsəhərlər balkona çıxıram. Bir neçə il bundan əvvəlbalkonda oturub asetonla dırnaqlarımın lakınısilirdim. Birdən qulağıma Nənənin səsi gəldi.Kiminləsə şirin-şirin danışırdı.- Harda qalmışdın, səhərdən balalarının gözüyoldaydı. Hara getsən, tez qayıt gəl, onnarın səndənbaşqa kimi var? Bir də belə eləmə, başına dönüm,Nənə də narahat olur. Qocalmışam, dərd belimiəyir, ürəyim də əski kimidir, bir himə bənddir ki,uça...Cavab eşitmədim. Ehtiyatla başımı qaldırdım.Boz bir sərçə balkondan uçdu. Yenə ağlıma bir şeygəlmədi. Amma sonralar dəfələrlə şahidi oldum ki,Nənə ovcunda çörək ovxalayıb sürahinin üstünəsəpir. Boz sərçə də çörəyi dimdikləyib ağacdakıyuvasına daşıyır.Bir gün isə həyatım boyu unuda bilməyəcəyimbir söhbətin şahidi oldum. O ərəfələrdə Nənəninhəkim qızı anama demişdi ki, anamın vəziyyətiyaxşı deyil. Özünə qapanır, heç kimlə kəlmə kəsmir.Elə bil, bütün dünyadan küsüb...... Balkonda idim. Yenə Nənənin həlim səsinieşitdim. “Bax, səni and verirəm balalarının canına,qanadlarını bərkit, uç get mənim vətənimə. Dağların,meşələrin, gül-çiçəyin arasında balaca bir kəndgörəcəksən. Ermənidən qorxub eləmə, Allahvurmuşdu onnarı, o kənd bizim kəndimizdir. Okəndin üstündə bir dövrə vur, doyunca nəfəs al,imkanın olsa, bulaqların birindən bir dimdik də suiç, de ki, Nənə bütün dərdlərini unutdu, amma otorpağı unuda bilmədi. Get başına dönüm, axır ki,o yerlərdən mənə bir xəbər gətir. Bunu səndənbaşqa heç kim eləməyəcək...”Sərçə sürahinin üstündə hoppana-hoppana sankiNənənin dediklərini yaddaşına yazırdı.Sükutu yenə Nənənin səsi pozdu:“Yuvandan nigaran qalma, Nənə öz yuvasınıqoruya bilmədi, amma kimsə sənin yuvana toxunabilməz. Di tələs, vaxtıma az qalıb, dayanma, uç...”Sərçə Nənənin tapşırığını alandan sonra birxeyli yuvasının həndəvərində qanad çalıb, sonrauç ub gözdən itdi. Nənə tələsik içəri keçib bir kasasu ilə geri döndü. Suyu sərçənin dalınca atandayaylığı başından sürüşüb çiyinlərinə düşdü, gümüşüsaç ları ağ buluda oxşadı. Nənə məni görməsin deyə,sivişib evə keçdim. Və ürəyimə çökən bu kədərinağırlığı altında “Sərçə, son ümid və müharibə”süitasını yazdım. O hadisədən sonra bir də bozsərçəni Nənənin balkonunda görmədim. Nənə isəhələ də yay-qış balkona çıxıb sərçənin yolunugözləyir...ÇOLAĞINZƏRİF UÇUŞUOyun başa çatandan sonra stadion birdən-birə boşaldı. Yerdə alqışlardan başını itirən boş meydança,hələ istisini itirməmiş oturacaqlar, məğlub olmuş tərəfin inamsız ayaq izləri, əsəbi-əsəbi çırtlanmıştum qabıqları, boş pivə qabları, qəzet cırıqları və bir də havaya hopmuş nəmiş tər qoxusu qaldı.Oyundan qalmış izləri, xatirələri, tör-töküntüləri silib-süpürmək süpürgəçilərin işidi. İndi də stadionunoyunçuları onlar idi. Deyinə-deyinə, söyə-söyə oturacaqların arasındakı zir-zibili təmizləyirdilər.Bircə çolaq süpürgəçi deyinmirdi. Əksinə, nəşəli görünürdü, elə bil, udan komandanın məşqçisiydi.Sevdiyi komandanın vurduğu üç uğurlu topdan sonra taytax ayağıyla meydançanın başına dolanırdı.Növbəti su qabını əyilib götürəndə küncdə gizlənmiş top maqnit kimi onu özünə çəkdi. Çoxgüman ki, oyundakı toplardan biri idi, gözdən yayınıb küncdə gizlənmişdi. Əlindəki kisəni yerəqoyub ehtiyatla topu götürdü və qəribə hisslər keçirdi. Sanki içindəki köhnə hisslər dirildi. Buhiss onu meydana tərəf sürüklədi. O da çolaq ayağı ilə atlanıb düşə-düşə gedib meydançanın tən ortasında- ekvator xəttinin üstündə dayandı. O yerdə dayandı ki, o yerdən oyun başlayırdı. Topu xəttin üstünəqoyanda duyğuları illərin o üzünə qaçdı....Onda 12 yaşı vardı. Məhəllədə tək yaşıdlarından yox, hamıdan yaxşı top-top oynayırdı. Başqalarındanyeganə üstünlüyü də bu idi. Yetim uşaq başqa necə fərqlənə bilər ki?O, top oynamırdı, topla rəqs edirdi, süzürdü, göz qırpımında topa ürək sözlərini deyirdi, ondanməsləhətlər istəyirdi və bu xoşbəxt anlarında arzuları qanad açıb top kimi göyə uçub onu irifutbol meydançalarına səsləyirdi.Bu səsin ardınca uçurdu. 14 yaşı olanda hamı onu gələcəyin Pelesi sayırdı, 15 yaşı olanda hamıfutbolun gələcəyini onda axtarırdı. 16 yaşı olandasa uçuş başa çatdı, o, futbolla biryolluq vidalaşdı.Maşın qəzasında sağ ayağı xıncım-xıncım oldu.Həkimlərin səyi çolaq ayaqla nəticələndi.O, futboldan ayrıldı, amma stadiondan, futbolunnəşəsindən, səs-küyündən, nəfəsindən ayrıla bilmədi.Çolaq ayağı ilə ilk dəfə stadiona gələndə məşqçisionu həmişəki təbəssümlə yox, soyuqqanlılıqla qarşıladı, dodaqlarını bir-birinə sıxıb bir xeyli susdu.Ardınca “futbolun gələcəyinə” dedi:- Burda sənə görə münasib iş yoxdu, stadionda xadimə yeri boşdu, əgər istəsən...O gecə gözündən futbol topu boyda iri yaşlar axıb balıncının içindəki qaz tüklərinin arasındagizləndi, səhərsə gözünün yaşını silib məşqçinin təklifini qəbul etdi.Uğultu, havada uçan top, alqış, həyəcan, qol!- dan sonra ilk dəfə işə stadionun mərkəzindən yox,stadionun küncündən başladı. Yola küncdən başlamaq o deməkdir ki, mərkəz sənlik deyil, nahaqdan oracan atırsan, ömür itkisindən başqa qazancınolmaycaq. O vaxtdan nə az, nə çox, 25 il keçirdi...... Mərkəz xəttinin üstündəki topa baxa-baxa uğultu eşidirdi, hardansa alqış səsləri gəlirdi,rəngbərəng toplar havada rəqs edirdi. Ayağının ucuyla topa zərbə vurdu, elə bil bədəni quşa döndü,rəqs edə-edə qapıya yaxınlaşdı. Həyəcanlı idi. Çolaq ayağı ilə qapını nişan aldı. Ha istədi ki, topu qapıyavursun, vura bilmədi, çolaq ayaqla topa toxunmağa ürəyi gəlmədi. Əslində, topa qıymadı, qıyammadı,topu yerdən qaldırıb dodağına yaxınlaşdırdı, doğma balası kimi bağrına basdı. O, hələ də bir möcüzənəticəsində çolaq ayağının sağalacağına, meydançada külək kimi uçacağına, heç kimin xəyal belə eləmədiyitopları qapıdan keçirəcəyinə inanırdı. Boş futbol meydançası, boş oturacaqlar və bir də, bir də sinəsinəsıxdığı futbol topu, hər şey fırlanırdı... (ULDUZ.-2016.-Oktyabr.-S.9-19). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.