ÜLVİYYƏ MƏHƏMMƏD (1972) Müsabiqə, Turan 2 декабря 2023 2385 Ülviyyə Məhəmməd (Ülviyyə Məmməd qızı Kazımova) - 1972-ci il oktyabrın 8-də Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə həmin kənddə yerləşən N.Nərimanov adına 128 saylı orta məktəbdə təhsil alıb. Sonra təhsilini Bakı İqtisad Kolle-cində davam etdirib. Hazırda vaxtilə təhsil aldığı orta məktəbdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, eyni zamanda, “Şərqin səsi” qəzetinin şöbə müdiridir. Ailəlidir. Üç övladı var.Orta məktəb illərindən bədii yaradıcılıqla da məşğul olur. Şeirləri “Ziya”, “Şərqin səsi”, "Elin səsi", “Eım və təhsil” qəzetlərində, "Zəfərə doğru" jurnalında, “Vətən”, “Canım Azərbaycanım”, “Ziya”, “Zəfər”, “Zirvə”, “Şərqin səsi”, “Qarabağ Azərbaycandır!”, “Turan ellərinə salamlar olsun!”, “Xarıbülbül”, "Dəmir yumruq", "Buta", "Turan" və s. ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc edilib. 2020-ci ildə "Tunel" adlı ilk kitabı işıq üzü görüb. Hazırda ikinci kitabı “Borçalı” nəşriyyatında çapa hazırlanır. Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib. “Abdulla Şaiq”, “Zirvə” və “Qızıl qələm” mükafatları laureatıdır.Biz də Ülviyyə xanıma uzun ömür, möhkəm cansağlığı və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!ZiM.AzATASənsizlik durmadan incidir məni,Sənli günlərimə dönəydim, Ata.Kaşki əllərimdən tutaydın yenə,İsti hərarətin duyaydım, Ata.Başımı qoyaydım dizlərin üstə,Yenə oxşayaydın sarı tellərim.Əlimə alaydım məhəbbət ilə,Zəhmətdən yorulmuş, qabar əllərin.Öpərək qoxlayıb içimə çəkəydim,İllərin həsrətin ala biləydim.Yenə baxışların sığal çəkəydi,Yenə də yanımda qala biləydin...Hər kəsin həyatda idealı var,Mənim idealım sən oldun, Ata...Həyat məktəbində addımlamaqda,Əvəzsiž müəllimim sən oldun, Ata!!!YORULMUŞAMDeyirsən yamanca yorulmuşam mən, Səbəbi görən nə, bilmək olarmı?! Bəlkə, səni yordu illərdən gələn, Bir sevgi nəğməsi, sevgi romanı. Bəlkə, daha səndə qalmayıb səbr, Bu sevgini gömüb, dəfn etmisən sən. Bəlkə, səni elə sənə buraxıb,Yolumla astaca getməliyəm mən. Baxıram gözünə, gözün dərdlidir,Səbəbin bilmirəm, axtarmıram heç. Bilirəm, üzübdür mənsizlik səni,Bu abzası burax, təzəsinə keç. Al əlinə sınmış, sadə bir qələm, İçindən gələni vərəqə köçür.Gülləri əkmişdin sevgi bağında, O gülü indiysə özgəsi biçir.Deyirsən, yamanca yorulmuşam mən, Səbəbini görən bilmək olarmı? Özgələr əlindən tutub yazdırdı, Görən bu yazını silmək olarmı? Bilirəm, yorğunsan, bu da keçəcək, Necə ki, yaşadın mənsiz mənimlə. Tökdüyün göz yaşın su tək içəcək, Göz yaşını qurut mənsiz, mənimlə.***Gəl bir xəyal quraq sənlə ikimiz, Sən də ümidli ol, mən də ümidli. Sevgi bağçasında qalıb izimiz, Mən ətirli güləm, sən aşiq bülbül.07.07.2020EŞİTMİŞƏM..Eşitmişəm yenə məni sordun bu gün dost-tanışdan, Soruşmusan mən, necǝyǝm?!Haralarda gəzirəm mən, haralarda dolaşıram. Eşitmişəm, dostlarımdan soruşmusan...Mən, necǝyǝm?!Səncə... necə olar dəniz qayalara toxunmasa, Səncə... necə olar dəniz sahillərdə uyumasa?! Soruşmusan... Mən necǝyǝm?Qanadsız quş uçarmı heç,Solmuş çiçək, açarmı heç...Bitmiş nəğmə, dinərmi heç?! Eh,... sən bu səhifədən də yan keç.Eşitmişəm, yenə məni sordun bu gün dost-tanışdan... Soruşmusan, mən necəyəm?!Qışda açan laləyəm mən, Sınmış budaq...Ocaqda buz şələyəm mən. Sönüb odum, susub könlüm.İzn ver, təklikdən ölüm,İzn ver, təklikdə ölüm.13.01.2022LAP ELƏ UNUT!Nifrət etsəm belə sevirəm səni... Bu sevgi yamanca incitsə belə, Qəlbimin ən dərin məskənindəsən. Hər səhər çağında oyanan zaman, Gözümə nur saçan gün şəfəqisən. Bu sevgi illərdən süzülüb gəlir, Bir dağ çayı kimi şəlalə olub. Səni sevdiyimçün özüm-özümə Nifrət yağdırıram, amma ki, dolub, Yenə boşalıram yaz buludu tək. Bu sevgi bizimçün həyatımızda Keçilməz yol oldu, aşılmamış dağ. Həm sənin, həm mənim qara telimiz, İndi dərddən olub qar tək ağappaq. Mən səni hər axşam evə dönəndə, Odlu hərarətlə qucaqlayardım. Sənin xoş ətrini çəkib içimə, Sərin bulaq kimi hey çağlayardım. Bilmədik, haradan bu sevgimizin Üstünü bürüdü qara, boz bulud. İndi istəyirəm söyləyim sənə, Mümkünsə uzaq dur, lap elə unut.ÖZGƏ BİRİYƏMGetmək istəyirsən o yol, o da san, Amma getdiyin an yaşamıram mən. Sən məni də alıb apardın, gülüm, Ruhumla birlikdə yaşayırsan sən. Düşünmə, əzizim, getmək asandır, Getdiyin yolları özləyəcəksən. Hər səhər çağında, günəş doğanda, Məni sahillərdə gözləyəcəksən. Hər gecə düşəndə, şər qarışanda, Gözünü qapıya zilləyəcəksən. Yuxuna girdiyim tənha gecəndə, Məni xəyal bilib izləyəcəksən. Getmək istəyirsən, o yol, o da sən. Axtarma bir daha, gəzmə bir daha. Məni məndən alıb necə apardın? Özün öz ruhunu əzmə bir daha. Getmək istəyirdin, günahı indi Gəzirsən həm məndə, həm də sevgində. Ayrılıq bu qədər rahat gəlmişdi, İndi tək üzürsən dərdin qəmində.Bircə onu bildim, bu həsrət biziTənhalıq dərdinə düçar eylədi.Mənim sənə sevgim açıq qıfıldı,Sən öz gedişinlə açar eylədin.Bağladın bu eşqin qapılarını,Açarını atdın dəryada batdı. Bu həsrət yolları bizi ayırdı, Oyanan sevgimiz büzüşüb yatdı.Daha mən səninçün illərdən qalan, Vərəqi saralmış kitab kimiyəm.Daha məni bir də düşünüb dalma, Mən doğma deyiləm, özgə biriyəm.02.09.2020GENERALPolad Həşimovun xatirəsinəBir oğul doğuldu... Bir ailəninSevinci sığmadı nə yerə göyə.Bir ümid bürüdü bir ailəniSabaha, həyata və gələcəyə...Bir qış gecəsini yaza çeviribSəadət bəxş etdi ailəsinə...Kövrək addım atıb, asta yüyürdüHər gün bir buğda boy artdı zamanla.İlk sözü körpənin anacan olduZamanla çoxaldı dilində sözlər.Böyüyüb boy atdı dostlarla birgəOna həyan oldu gizli ümidlər.Məktəb illərində Ana Vətənin,Mavi göylərini buludlar aldıArzu tutdu o an illərlə sonraArzusuna çatıb, hərbi dərs aldı.İçində bir aslan yetişdirdi oO aslan böyüyüb cəbhəyə getdi.Yüzlərlə əsgərlə çiyin-çiyinəSəngərdə dayandı, döyüşə getdi.Bəzən zəfər çaldı, bəzənsə heyifGeriyə kədərli anlarla döndüFəqət o aslanın ürəyindəkiŞəhidlik zirvəsi gerçəyə döndü.Bir döyüş səhnəsi canlandırırdıGizlicə aşkarda bəzən röyadaDöyüşdə öndəydi əsgərlərindənGedirdi arzuya çatana qədər.Bir döyüş təbili çalındı gecəGöy üzünü tüstü duman bürüdüAtəşkəs olsa da ikitərəfliDüşmən çaqqal kimi yürüdü gecə.Yağırdı güllələr yağış, dolu təkGöy üzü atəşdən alov saçırdıİgid cəngavəri görən düşmənlərÇaqqal tək ulayıb geri qaçırdı.İgid qəhrəmanım girib meydanaGedirdi döyüşə Vətən yolundaDostları qürurla ona baxaraqSağında, solunda addımlayırdı.Yüyürüb sürətlə o sipər çəkdiDüşmən gülləsinə öz sinəsiyləTorpağa düşməsin xain mərmisiHamıya bəllidir filmin gerisi...Düşmən hiyləgərdi bunu bilirdiSanırdı baş tutmaz onun hiyləsiİgid Generalım nə biləydi ki,Tuşlanıb köksünə düşmən gülləsi.Bağrını dələrək köksünü yardıGöy üzü o anda qana boyandıGözünün önündən xəyallar keçdiÖlüm şərbətini zamansız içdi.Sanki bir aslanın nəriltisindənQulaqlar gurladı, dillər tutulduBayraq al qan ilə boyandı yenəBir igid oğulu Vətən itirdi.Ananın çəkildi yuxusu ərşəGözləri dikildi o gedən yolaBilirdi gələcək böyük dəstəyləQorxurdu gələndə gözləri dola.Dayanıb övladlar göz yaşlarınıGizləmək istəyir biri-birindənBir qadın dayanıb yol kənarındaXəbər gözləyirdi Şəhid ərindən.Ana göz yaşını içinə tökübSəssizcə baxırdı söz verdi ondaSöz verdi oğlunun Səhid ruhunaGöz yaşı bitəcək döyüş bitərsə.Ana yana yana icinə tökdü"Yerdə qalmaz" dedi: "Polad, bil qanın!Sən getdiyin məkan Cənnət məramıRuhun sağ qalacaq getsə də canın."Özünə taxt qurdun əməllərinləŞəhidlik zirvəsi nəsibin olduOnu bil ey mənim arxa umidimƏbədi ölməzlik nəsibin oldu.19.07.2020AY OLDUNSəni sevmək üçün gəldim dünyaya, Çiçəkli bağçamın ətiri oldun. Sevdim səni inan, yamanca sevdim, Ətirli bağçamda kəpənək oldun. Sevdim səni qışda, soyuq havada, Göydən düşən kiçik qar dənəsində. Onun zərif, fəqət ecazkar olan, Gözəl və təkrarsız naxışı oldun. Payızı sevmirdim səndən öncəsi, Səni tanıyandan vuruldum ona. Göydə uçub gedən durna qatarı, Köksümə vurduğun bir imzan oldu. Yağışı sevmirdim, çətir tuturdum, Hər bulud yağanda, şimşək çaxanda. Qaçırdım, qorxurdum islanar donum, İndi yağış altda yuyunur ruhum. Günəşi sevirdim lap uşaqlıqdan, Gözünə baxardım, amma qıyqacı, Səni tanıyandan ruhum inan ki, Mənim həyatıma işıq, nur oldu. Dənizi sevirəm desəm, az olar... Bu hissim söz ilə ifadə olmaz. Səni tanıyandan hopub gözümə Sənin baxışların dənizim oldu.Səni sevmək üçün gəldim dünyaya, Hər gəzdiyim yola işıq, nur oldun. Səhər günəş oldun, qaranlıqdasa, Zülmət yollarıma nurlu Ay oldun.27.05.2020HƏDİYYƏN OLSUNBir dəniz istədim, sevgilim, səndən, Tufanlı, dalğalı, coşğulu dəniz. Dalğalar qalxaydı göyün üzünə, Yuyaydı göydəki boz buludları.Bir dəniz istədim dərdləri boğan, Hər axşam günəşlə yatan, uyuyan. Səhər şəfəqində göz qamaşdıran, Günəşin eşqiylə səssiz oyanan.Bir dəniz istədim, ümmanlar ondan, Yol tapsın sabaha, ümidlə baxsın. Məhəbbət nə imiş?! Dənizdən sorub, Bir həsrət sevgiyə cığırın açsın.Bir dəniz istədim sevgilim səndən, Bizi qoşa görcək fərəhlə daşsın. Sən mənə dənizi bəxş etdin gülüm, Dəniz boyda sevgim hədiyyən olsun.MÜŞFİQ BORÇALIYAİstəmirəm sizdən yazım misra-misra,Mısralara sığmaz sizin hekayəniz.İstəmirəm sizi sizə tanıdım mən,Göz önündə addımınız,əməliniz.Uğurlara sevinc qatan ziyalısız,Arzulara cığır açan dost, atasız.Qaranlıqda yol göstərən mayak kimi,Azmış arzu tufanına gur işıqsız.İstəmirəm təkrarlayım kəlmə sözü,Vəsf etməyə tapmıram mən, sözün düzü.Qısa deyim, bir cumləylə, müəllim təkArzulara möhür vurub, qoyduz izi. ***BAHAR YETİŞDİSonuncu çərşənbə yetişdi artıq,Torpağa can gəldi,duyuldu eldəBaharın nəfəsi ,baharın ətri,Nəğməyə çevrilib duyuldu eldə.Quşların cəhcəhi bürüdü yurdu,Nəgmələr yuksəldi elin dilindən.Qışın ömrü bitdi,tamama yetdi,Novruzgülü bitdi kolun dibində.Yurduma,elimə xoş bahar gəlir,Bəzənir yurdumun hər qızı, oğlu.Uşaqlar sevinclə atılıb düşür,Süfrəyə düzürlər nabat,noğulu.Xonçalar bəzənir el novrağıyla,Yumurta boyanır övlad adıylaNənələr sandığdan öpməyin alıb,Nəvəsin bəzəyir gül budağıyla.Nə gözəl bayramdır,nə gözəl növraq,Sevinir böyüklər sevinir usaq.Oyandı suyumuz, qalandı ocaq,Yellər hey kükrədi,sonuncu torpaq.Çərşənbələr novbəylə gəldi və getdi,Qışı yola salıb Bahar yetişdi.AZADLIĞIN RƏMZİ BAYRAQDalğalan sən göy üzündə, azadlığın rəmzi bayraq,Qürur ilə yırğalan sən, Şəhid qanlı, şanlı bayraq.Sən illərin əmanəti, babalardan bizə miras,Sən yararaq əsarəti göy üzünü bəzən, bayraq.Sən enmə, hey dalğalan ki, Şəhidlər göylərdən baxır,Zəfər çalan ordumuzun tapdağından düşmən axır.Yüksəklərdə ol ki, görsün səni yaxınlar, uzaqlar,Qürur ilə baxır sənə yol ötən böyük uşaqlar.Ucadan da ucal bayraq, sən millətin namus arı,Arzum budur zamanında bəzə o tayda diyarıTarixdən boylanır, baxır neçə igid, nər oğullar,Sənin qiymət dəyərini Şəhid övlad verən anlar.Sən yüzlərin arzususan, sən minlərin arzususan,Sən əllərin bəzəyisən, sən ellərin bəzəyisən.Sən yurdumun azadlığı, düşmən bağrın yaranımsan,Xalqım sənin keşiyində, ucal daim, dalğalan sən.Bir kərə yüksələn bayraq enməz bir də başını, bil,O taydan həsrət boylanır Təbriz, Culfa, yurd Ərdəbil.Boylanıb baxır şimala, baxır o taydan bu taya,Bizdən kömək gözləyirlər, çağırır artıq haraya.Yaşıl rəngin yurd rəngidir islam rəngi, Vətən rəngi,Ucaldı Zəfər Günündə sənlə birgə göyə Cəngi.Mavi rəngin səma rəngi daim açıq, aydın olsun,Göy üzündə doğan Hilal, ulduz qoy sirdaşın olsun. Al rəngin Şəhid qanıdır tarixlərə möhür vuran,Üçrəngli bayrağınla sən daim yaşa AZƏRBAYCAN.24.09.2022ZƏFƏR DAMĞASIBir sevinc görünür nəmli gözlərdəO yaş axıb gəlir illərdən bəriHəsrətlə ağlayan qəmli gözlərləBoylanır hər vətən övladı geri.Baxır neçə aylar illər öncəyəBu göz yaşları dərddən axırdıDüşmən işğalında büzüşən torpaqHəsrətli gözlərlə yola baxırdı.Hər addım səsində axtarırdı oDoğma övladların doğma səsiniBahar, qış fərq etməz elə payız daİçinə çəkirdi öz nəfəsini.Çəkirdi torpağım, düşmən bilməsinBilsəydi canlıdır becərər onuVətəndə tum səpib qoy becərməsinDüşmən şadlanarsa gələrdi sonu.Günlər aya döndü, ay isə iləNeçə bahar doğdu çarəsiz günəşHəsrətdən ağardı dağların başıYanan ocaqları söndür, ey yel əs.Düşmən qalmasın bizim ellərdəO ocaq tüstüsü göyə çıxmasınDərd boğan millətin ovuclarınıSıxdığı barmaqlar daha kəsməsin!Dövran yenə dondu fələk ayıldıİgidlər dayandı çiyin-çiyinəTorpaqda inan ki dərddən ayıldıVətən oğulları dara çatanda.Hər qarış torpağı alıb düşməndənVətən yarasına məlhəm qoydularZəfər çalınanda hər el, obadaDüşmənin alnına damğa vurdular.Namərdlik damğası, kölə damğasıXəyanət damğası, nifrət damğasıEy mənim Xalqımın nər övladlarıDüşmənə dağ qoyduz...ZƏFƏR DAMĞASI!ÜRƏKLƏ ÜZ-ÜZƏÜrəyim sanki yalvarırDaha incitmə gəl məniHər atışda inildəyirDeyir yaman yordun məni.Görən dinsəm dinlərmisənMənə çəkdirdiyin dağıHər kəsə yardımın dəydiİtirmişəm solu sağı.Ürək yaman dolu imişO dindikcə kiçilirəmOnun əzab yollarınaGözü yaşlı dikilirəm.Bilməzdim ki,billər sonraOnunla üz-üzə gələrəmOnun incik simasınaBaxıb səssiz üzülürəm.Deyir mənə sakit sakitSəbəb nədir yordun məniMən ki, səni yaşadırdımSən niyə öldürdün məni.20.09.2020GƏTİRMƏ DİLƏÖlüm kəlməsini gətirmə dilə,Hər dəfə bir kərpic düşür saraydan.Bilmirəm nə edim, necə edim kiSaxlayım hörülmüş bu sarayı mən.Bilmirəm bu saray tikilib nədənNə kərpici bəlli, nə qumu bəlli.İmkanım olsaydı bərpa edərdimOna daş qoyardım, mən ikiəlli.Suyunu alardım göz yaşlarımdanHər damlası dərdə dəva olaydı.Yoğurub hördüyüm saray yollarıYenə boşalaydı, yenə dolaydı.Yenə boylanaydım tam zirvəsindənO zirvə yolları, indi uçulubİndi düşən kərpic toza çevrilibİndi günbəzləri, yaman sökülüb.Hər düşən o kərpic saraydan qopanBəyaz tellərimin möhürün vururÖmrümü qurduğum, duyduğum məkanDonmuş əllərimin nəbzin durdurur.SINMIŞ QƏLƏM və ya YORULMUŞAMDeyirsən yamanca yorulmuşam mənSəbəbi görən nə, bilmək olarmı?!Bəlkə səni yordu illərdən gələnBir sevgi nəğməsi, bir hekayəsi.Bəlkə daha səndə qalmayıb səbrBu sevgini gömüb dəfn etmisən sən.Bəlkə səni elə sənə buraxıb,Yolumla astaca getməliyəm mən.Baxıram gözünə, gözün dərdlidirSəbəbin bilmirəm axtarmıram heçBilirəm üzübdür mənsizlik səniBu abzası burax təzəsinə keç.Al əlinə sınmış sadə bir qələm,İçindən gələni vərəqə köçür.Gülləri əkmişdin sevgi bağındaO gülü indiysə özgəsi biçir.Deyirsən yamanca yorulmuşam mənSəbəbini görən bilmək olarmı?Özgələr əlindən tutub yazdırdıGörən bu yazını silmək olarmı?Bilirəm yorğunsan o da keçəcəkNecə ki, yaşadın mənsiz mənimləTökdüyün göz yaşın su tək içəcəkGöz yaşını qurut mənsiz mənimlə.Gəl bir xəyal quraq sənlə ikimiz,Sən də ümidli ol, mən də ümidli.Sevgi bağçasında qalıb izimizSən ətirli gülsən, mən aşiq bülbül.07.07.2020 ÖZGƏ BİRİYƏMGedmək istəyirsən o yol, o da sənAmma getdiyin an yaşamıram mən.Sən məni də alıb apardığınçunRuhumla birlikdə yaşayırsan sən.Düşünmə əzizim getmək asandırGetdiyin yolları özləyəcəksənHər səhər çağında, günəş doğandaMəni sahillərdə gözləyəcəksən.Hər gecə düşəndə şər qarışandaGözünü qapıya zilləyəcəksənYuxuna girdiyim tənha gecəndəMəni xəyal bilib izləyəcəksən.Getmək istəyirsən o yol, o da sənAxtarma bir daha, gəzmə bir dahaMəni məndən alıb necə apardınÖzün öz ruhunu əzmə bir daha.Getmək istəyirdin, günahı indiGəzirsən həm məndə, həm də sevgindəAyrılıq bu qədər rahat gəlmişdiİndi tək üzürsən dərdin qəmində.Bircə onu bildim bu həsrət biziTənhalıq dərdinə düçar eylədiMənim sənə sevgim açıq qıfıldıSən öz gedişinlə açar eylədin.Bağladın bu eşqin qapılarınıAçarını atdın dəryada batdıBu həsrət yolları bizi ayırdıOyanan sevgimiz büzüşüb yatdı.Daha mən səninçün illərdən qalanVərəqi saralmış kitab kimiyəmDaha məni bir də düşünüb dalmaMən doğma deyiləm, özgə biriyəm.02.09.2020LAP ELƏ UNUT!Nifrət etsəm belə sevirəm səniBu sevgi yamanca incitdi məni.Qəlbimin ən dərin məskənindəsənHər səhər çağında oyanan zaman,Gözümə nur salan gün şəfəqisən.Bu sevgi illərdən süzülüb gəlirBir dağ çayı kimi şəlalə olubSəni sevdiyimçün özüm-özümə,Nifrət yağdırıram ama ki dolub.Yenə boşalıram yaz buludu təkBu sevgi bizimçün həyatımızdaKeçməyən yol oldu aşılmamış dağ.Həm sənin, həm mənim qara telimizİndi dərddən olub qar tək ağappaq.Mən səni hər axşam işdən gələndəOdlu hərarətlə qucaqlayardım.Sənin xoş ətrini çəkib içiməSərin bulaq kimi hey çağlayardım.Bilmədik haradan bu sevgimizinÜstünü bürüdü boran boz buludİndi istəyirəm söyləyim sənəMümkünsə uzaq dur, lap elə unut.NƏ MƏN ƏVVƏLKİYƏM, NƏ MƏNDƏKİ SƏNNə mən əvvəlkiyəm, nə məndəki sənDəyişdi zamanla yaşadıqlarımDəyişdi rəftarın, dəyişdi səsin,Dəyişdi nədənsə yaşatdıqların.Nə mən əvvəlkiyəm, nə məndəki sən.Dəyişdi baxışım soyuq gözündənDəyişdi addımın, yerişin, heyif...Dəyişdi sözlərim acı sözündən.Nə mən əvvəlkiyəm, nə məndəki sən...Gülüşün dəyişdi, soyudu birdən.Bilmirəm günahkar mənəm, yoxsa sən?!Sevgimiz də incik inan ki, bizdən.Şərbətimə zəhər qatıb, içirdin,Ölüm verməsə də qovruluram mən.Sevgimi küləklə alıb, uçurdun,Tənha qalıb ruhum, inləyirəm mən.Hər sözün ox olub batır sinəmə,Yarası çox dərin, sağalmaz yəqin.Əllərin yox olub, dəymir əlimə,Sazaq tək çox sərin, isitməz yəqin.Nə mən əvvəlkiyəm, nə məndəki sən...Yolun sonundayıq deyəsən sənlə.Nə sən əvvəlkisən, nə səndəki mən...Yaxınkən uzağıq biləsən mənlə.YENƏ O BAĞ OLAYDIMikayıl Müşfiq poeziyası və onun "Yenə o bağ olaydı" seirinə istinadənYenə o bağ olaydı,Yenə o qumlu sahil...Yenə yığışaraq sizO bağa gələydiniz.Nə bağlar var indi, nə də ki, sahil,Nə qonşuluq qalıb, nə gizli sevgi.Təmizlik, saflığı dəfn etdik sizləXəyallar, arzular qalır könüldə.Yenə o bağ olaydı, səni tez-tez görəydim,Qələmə söz verəydim.Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,Yazaydım səhər-axşamSəni görmək üçün gələrəm yenə,O qumlu sahilə, o köhnə bağa.İzlərim yollardan yığılmaz ey yar,Gözlərim dikilər hey sola-sağa.Yenə o bağ olaydı, yenə sizə gələydikDanışaydıq, güləydikÜrkək baxışlarınla ruhumu dindirəydin,Məni sevindirəydin ...Sökülmüş hasardan boylanır ruhum,Gəzirəm sözünü, gəzirəm özün.Ürkək baxışların yaman sərtləşibO gizli sevgiyə indi yas tutur gözün.Gizli söhbət açaydıq, ruhun ehtiyacındanQardaşından, bacındanÇəkinərək çox zaman söhbəti dəyişəydinMənimlə əyişəydin.Yenə bir vuraydı, qəlbimiz gizli-gizliSən, ey əsmər bənizli.Ruhlarımız danışır gizli ehtiyacından,Dillərimiz sussa da.Baxışlar rastlaşandaqardaşından, bacındanGizləmək üçün tezcə, olsun, uzaqlaşaydı,Qəlbimiz gizli eşqdənGizlicə alışaydı.Yenə o bağ olaydı, yenə o qumlu sahil,Sular ötəydi dil-dil.Saçın kimi qıvrılan dalğalara dalaydım,Dalıb ilham alaydım. ...O sahildə dolaşır xəyalım gizli-gizli,Səni axtarır könlüm.Sular pıçıldaşaraq sevgimə nəğmə deyir,Telinə bənzəməkçün dənizin dalğaları,Qayalarda qıvrılır.İlhamım sənlə coşur,Xəyallara dalaraq, xəyallarda öpüşür.Arzuya bax sevgilim, tellərindən incəmi,Söylə, ürəyincəmi?! ...Hər arzu bir ümiddir, hər ümid bir gələcək.Bilirəm ki, bu sevgi realda olmasa da,Xəyalda qovuşacaq.05.06.2021NƏ MƏN ƏVVƏLKİYƏM, NƏ MƏNDƏKİ SƏNNə mən əvvəlkiyəm, nə məndəki sənDəyişdi zamanla yaşadıqlarımDəyişdi rəftarın, dəyişdi səsin,Dəyişdi nədənsə yaşatdıqların.Nə mən əvvəlkiyəm, nə məndəki sən.Dəyişdi baxışım soyuq gözündənDəyişdi addımın, yerişin, heyif...Dəyişdi sözlərim acı sözündən.Nə mən əvvəlkiyəm, nə məndəki sən...Gülüşün dəyişdi, soyudu birdən.Bilmirəm günahkar mənəm, yoxsa sən?!Sevgimiz də incik inan ki, bizdən.Şərbətimə zəhər qatıb, içirdin,Ölüm verməsə də qovruluram mən.Sevgimi küləklə alıb, uçurdun,Tənha qalıb ruhum, inləyirəm mən.Hər sözün ox olub batır sinəmə,Yarası çox dərin, sağalmaz yəqin.Əllərin yox olub, dəymir əlimə,Sazaq tək çox sərin, isitməz yəqin.Nə mən əvvəlkiyəm, nə məndəki sən...Yolun sonundayıq deyəsən sənlə.Nə sən əvvəlkisən, nə səndəki mən...Yaxınkən uzağıq biləsən mənlə. QADINLAR BAYRAMIBu gün özəl gündür günlər içində,Qadınlar bayramı deyirlər ona.Qadın bir dünyadır, dünya içində,Qadın bir yanadır, dünya bir yana.Bu gün bayramdır elin, obanınDarında yuxusuz qalan Ananın.Saçın birçəyini yerlər dağıtmış,Yurd yeri tarimar olan Ananın.Bu gün bayramdır Şəhid Ananın,Övladı gül düzür məzarı üstə.Bu gün bayramıdır Şəhid balasınMəzarı üstünə çökən Ananın.Bu gün özəl gündür günlər içində,Qadınlar bayramı deyilir ona.Saymaqla yetməz ki qadınları biz,Bu bayram dərdləri çataydı sona.Bu gün, körpə ikən yurddan qovulmuş,Xocalı yarasın qəlbinə gömən,Dərdli qadının da, bil bayramıdır,Görəsən təbriklər eşidir o,mən.Bu gün bayramıdır elin, obanın,Bu gün bayramıdır Şəhid Ananın,Bu gün bayramıdır məzar qucanın,Bu gün bayramıdır Zəfər çalanın.TUNELBir tunel gözləyir bizi qabaqdaBir ucu işıqlı, o biri gecə.Gözümü zilləyib zülmətə sarıGedirəm, bilmirəm dayanım necə.Yolun ortasında dayanmaq olmazO tunel dönüşü olmayan yolduHər gələn gedəcək dayanmaq olmazBu tunel zamanla bosalib, doldu.Bir tunel gözləyir bizi qabaqdaƏvvəli işıqlı, sonuysa gecə.Bilmirəm zulmətdə işıq olacaq,İşıqsız tuneldə yol gedim, necə?!Addimim ilisir biri-birinəGedməyə urəyim tələsmir inan.Getdikcə arxada yaranır tıxacGeriyə dönməyə qalmayır güman.Tuneldə yeridim özüm- özümləAyaq altda qaldı izim-izimlə.Bu yol bir adamlıq sirdaşın olmazGeddinsə yollarda dayanmaq olmaz.Bu yollar aparır bizi bizlərdənÖmürlər süzülür yaş tək gözlərdən.Silməyə gözünü əlim qalxmayırQuruyur gözlərin yaşı açmayır.Bax,o yol görürsən,arxada qalanBu ömür yoludu yaşadın necəYaşadın taleyin doğru ya yalanİşıqlı tunelin sonu bax, gecə.Hər gündüzün sonu qaranlıq gecəHər gecədən sonra yeni gün gəlir.Ömrünü yaşadın sərt ya da incəSən getdiyin yoldan, yeni can gəlir.24.04 .2020ŞƏHİDLİK ZİRVƏSİZirvələr içində bir zirvə durur, Ora yüksəlməyə hünər gərəkdir. Ən yüksək zirvədir, aşmaq çox çətin, O zirvəyə doğru getməli mətin.Zirvələr içində bir zirvə də var, Ora yüksələnlər əbədi yaşar. Qalxdımı zirvəyə vətən övladı, O, zirvəyə zirvə ona yaraşar.Aşılmaz, çətindir addımladıqca Qalxarsan göylərdə məskunlaşarsan. Ucadan ucadır onun amalı, Allah dərgahında daim yaşarsan.Qalxdımı göylərə zirvədən baxar, Bulud tǝk toqquşar, şimşək tək çaxar. Şəhidlik zirvəsi,ucalsa kimsə, Vətən var olduqca daima yaşar.ŞƏHİD ANASIBir kədərli sima gördümSüzülürdü yaş gözündən.Keçdiyi hər tinkə-dalanÜzülürdülər izindən.Addımlayır asta-astaKədər ilə sürünürdüOnu görən hər baxışdanGizlənməkçün bürünürdü.Kədərliydi üzü-gözüKədərliydi susmuş sözüDərddən sanki yoğrulmuşduKədərliydi tamam özü.Getməyə hünər yox idiYollandığı o məkanaSanki ümid gözləyirdiQaytarsın keçmiş zamana.Mənzil başına çatırdıYenə qəmli, gözü yaşlıİçində bir ruh yatırdı.Bəmbəyazdı saçı-başı.Mənzilin qapısı açıqHər tərəfdə minlər vardıBilirdi ki, onun üçünDünya böyük, mənzil dardı...Başını asta qaldırıbGözünü dikdi gözünəQabarlı buz əlləriyləSığal çəkdi daş üzünə.Şəkli çoxdan cəkdirmisdiİllər öncə sevinc iləİndi yaman kədərliydiHəsrət dolmuşdu içinə.Dayandı ayaq tərəfdəO şəkilə xeyli baxdıSusmuş ana fəryad etdiSəssiz göz yaşları axdı.Bilirdi ki, şərəfliydi Oğlunun keçdiyi bu yol.Arzusuydu gəlin alsınToy çaldırsın qaldırsın qol.Anasına baxan gözlər Deyirdi ki: Ana bəsdir!Sənin bu göz yaşların daKədərin də bil əbəsdir.Mənim yerim bax ordadırO əlçatmazın yanındaİstədiyin an çağır sənGələcəyəm mən anında...Əsla tənha deyilsən sənGördüyün hər gənc sənə oğulBunu bil ki, hər bir anaDoğa bilməz Şəhid oğul.26.06.2020TARİX ŞƏHİDLƏRNiyə görən yuxum məndən yan gəzirBilmirəm intizar nədən yaranıb.Soyuq qış günündə misri qılınclaTənhalıq ruhuma kəfən toxuyub.Bu hüzün günüdür göylər ağlayırBu qeyrət günüdür ellər ağlayırŞəhid məzarına yollanan xalqımGöz yaşın boğaraq qara bağlayır.Qara mərmərlərdən baxan cavanlarÜrəklər fəth edib qalan cavanlar.Ayrılıq nə imiş bilməz heç zamanSevgi dastanına dönən cavanlar.Bir ümid, bir arzu bəxş edir eləBaxışı sönməyən igid Şəhidlər.Şəkildən xəfifcə gülümsəyir, baxMeydandan dönməyən tarix Şəhidlər.20.01.2021NİŞAN ÜZÜYÜ(Şəhid Elçin Arif oğlu Mustafayevə həsr olunub)Bir üzük parlayır dərddən xəbərsiz,Bir qızın əlində gözləri yaşlı.Öpür o üzüyü hər saniyədəGöz yaşı süzülür qalıb əlacsız.Bir gəncin eşqiydi, bir qəlbə sevincÜzük gələcəyin möhürü idiİndi arzu sönüb ümidlər iflic.Baxır barmağında göynəyir qəlbi.Bu idi arzusu, bu idi əhdi?!Demişdi sevgilim gələcəyəm mənOlacaq qızıldan sevgimin taxtı....O gənc nə biləydi dövran dönəcəkFələk tələ qurub bəxt söndürəcək?Demişdi yanına dönəcəyəm mənHardan biləydi ki, nəşi dönəcəkBir mağar qurulub onu gözləyirGözlərdən qan axır yaşın yerinə.Üzük oda dönüb yandırır əlinSevən qəlb indiysə dərddən sızlayırAnlaya bilmir qız başına gələnYuxumu yoxsa ki, acı bir gerçəkOyana bilmir o, soruşur nədən.Necə gözləyirdi, necə gələcəkGörən bu kədərli qəmli qələmləNə qədər yazacaq, necə yazacaqYaşamaq üçün o səbəb axtarır.Səbəbi o idi həm də sevgisiŞəhidi gətirdi bayrağa bükübDodaqlar qurudu yoxdur gerisiMağarda hamıya kədər qəm çökübBarmağında üzük çiynində örpəkDəli bir ruh girdi mağara görcəkŞəhidini öpüb ətrin qoxladıÜz gözünü cırdı saçını yolduNəfəsi kəsildi söndü ocağıBildi boş qalacaq nişan barmağıÜzük bir nişandır onda qalacaqŞəhidi yaşadıb sadiq qalacaqHəm öz sevgisinə, hər arzusunaBu qədər dərd olnaz göz yaşı olmazKədərdən ağ gəlib lap qarasınaGözünün yaşını ellər qurutmazQəlbinin yarasın dillər ovutmaz.15.07.2020XARI BÜLBÜLTapdalandı illər boyu yad ayaqda Xarı bülbül,İllər boyu qəm qəm kədərin,həsrətlərin yarı bülbül.Qaldı yarından kənarda xar bağladı Xarı bülbül ,Bu bir Allah möcüzəsi yarı güldür, yarı bülbül.Gözü yollara dikildi, axtardı öz sahibini,Boynu tapdaqdan büküldü, gözlədi öz sahibini.Bilirdi ki, gün gələcək, dönəcək eli Vətənə,Mahal belə verməyəcək düşmənə, yurddan ötənə.Gün gələcək,dik tutacaq başını mavi səmaya,Daha imdad gözləməyib, çağırmayacaq haraya. 2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.