TƏRANƏ YUSİFQIZI (1969) Müsabiqə, Turan 27 июля 2022 Təranə Yusifqızı Qəfərova - 10 may 1969-ci ildə Cəlilabad rayonunda ziyalı ailəsində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. İki övladı var. İxtisası tibb bacısıdır. "Dünyanın dadı" adlı şeirlər kitabının müəllifidir .Biz də aşağıda Təranə xanımın bir neçə şeirini dərc edir və ona yeni-yeni uğurlar arzulayırıq!ZiM.Az ANAMən niyə sezmirdim bu günki kimi, Anamın, bu qədər qocaldığını? Dərdimmi qocaltdı, Nur Atam kimi, Anamın Nur saçan yanaqlarını? ***Gözündə həsrət var, könlündə qubar, Mənim çox payım var çəkdiklərində. İstərəm qəlbinə gətirim bahar, Bəlkə rahat öləm, mən öləndə də.Bu qədər dərd-qəmi könlünə salma, Ay ana, bu qədər narahat olma, Hər kəsdən kənarda-uzaqda qalma, ANA, qurban olum, BELƏ QOCALMA... İyun, 2019 QADINLARBəzən xəyal qurar, xəyallar içrə, Bəzən, xəyalların gətirər dilə. Arzusu gözündə qalsa da belə, Xoşbəxt görünərlər bəzi qadınlar... Kimsəyə deməzlər istəklərini, Kimsəylə bölməzlər öz sirlərini. Boğaraq içində dərd-sərlərini, Xoşbəxt görünərlər bəzi qadınlar...Qınayan çox olar, tənə edən çox, Anlayan, acıyan kimsələri yox. Bilmirlər gecəsi-gündüzləri yox, Xoşbəxt görünərlər bəzi qadınlar...İyun, 2021DƏNİZQırılmış qəlbimlə mən sənə gəldim, Gəldim ki, dərdləşəm bir az səninlə. Sənə, göz yaşımı tökmək istədim,Nə qədər göz yaşı var imiş səndə?...Bir anlıq utandım səndən, ay Dəniz, Taleyimiz oxşar imiş, çox oxşar. Mən də ağlayıram, səssiz-səmirsiz, Sənəsə dərdini tökür insanlar.Dərdimin üstünə yenə dərd gəldi, Gördükcə, səndəki o acıları. Dedim ki, dərdim də özümdə qalsın, Dəniz, çək səndə olan o acılar. Yüklənmiş insana, yüklənmiş suya, Yüklənmiş Dənizə yazığım gəlir. O qədər dərdliyəm, dözmürəm daha, Bütün insanlara yazığım gəlir... 12.07.2017SƏN, MƏN DEYİLSƏNSən, mən deyilsən ki, hər zaman, hər an, Gizlicə düşünüb, məni anasan. Boylanıb həsrətlə lap uzaqlara, Vüsal arzulayıb, xəyal qurasan. Sən, mənim deyilsən ki, illər uzunu, Hicranın odunda yana biləsən. Cavabsız sevgidən ümid gözləyib, Dözə bilməyərək, dözə biləsən.Sən, mən deyilsən ki, sevə biləsən, Kiçicik sevinci bölə biləsən. Sevgi arzulayıb, dözə biləsən, Sən, mənim deyilsən ki, nə umum səndən?... 18.09.2014-cü ilLAY-LAY DETaleyim puç, bəxtim qara, Anam, mənə bir lay-lay de. Vurnuxuram sola-sağa, Anam, mənə bir lay-lay de. Qaldıra bilmirəm yükü, Seçirəm mən tükdən-tükü. Ağlayıram hönkür-hönkür, Anam, mənə bir lay-lay de.Qalmadı taqət, nə dözüm, Yalan olur doğru sözüm. Elə hey ağlayır gözüm, Anam, mənə bir lay-lay de.Anam səni mən çox üzdüm, Çarəm yox ki, yenə dözdüm. Sinom dolu düzüm-düzüm, Laylamı qoy özüm deyim. May, 2018ÖLƏNDƏ DƏ GÜLƏCƏMNə olursa dözəcəm, Hər nə olsa çözəcəm. Allahım izniylǝ, Öləndə də güləcəm.. Ağrıları adlayıb, Acıları siləcəm. Bu qürur ki, mən də var Öləndə də güləcəm.Həyat imtahan-sinaq, Sınaqlardan keçəcəm. Məndə ki, bu dözüm var, Öləndə də güləcəm. Aprel, 2021MƏN NEYLƏYİM?Həyat yaman sıxır məni, Dağa-daşa çaxır məni, Hey sürüyür, yıxır məni, Heç bilmirəm, mən neynəyim? Kövrəlirəm, dolur gözüm, Ürəyimdə qalır sözüm. Axtarıb, tapmıram çözüm, Heç bilmirəm mən neynəyim? Yaşamağa yox taqətim, Əyilibdir qədd-qamətim, Dostu oldum bu həsrətin Heç bilmirəm, ən neynəyim? Yalvarıram BİR OLANA, İnanıram düz olana. Məni bu dərdə salana, Heç bilmirəm, ən neynəyim?.. 22.03.2020ANA BAXIŞIBu dünyamın, özü boyda naxışı, Bu Dünyaya mənim ana baxışım. Bu dünyama, dünyanın nur yağışı, Nə yaxşı ki, övladlarım var mənim. Biri sağ gözümdür, biri solumdur, Biri əllərimdir, biri qolumdur. Sabaha açılan ümüd yolumdur, Nə yaxşı ki, övladlarım var mənim. Mən anayam, qurban dedim özümü, Qış yaşayıb, yaz bildirdim ömrümü. Kim verməz ki, övladına ömrünü, Nə yaxşı ki, övladlarım var mənim... 18.09.2015DÖZKim bilir ki, nələr çəkir bu başım, Nə qatılır, nəylə bişir bu açım? Daşdan-daşa dəydi ağrılı başım,Başım var ol, aşım qayna, ürək döz!Səbirli ol, sən ki, dözə bilirsən, Qüssə səni boğanda da gülürsən. Kim bilməsə, özün yaxşı bilirsən, Dözməlisən, dözüm var ol, ürək döz! 24.04.2016MƏNİM ADIMAdımı sorsalar, budur cavabım:-Mən xoşbəxt görünən, bədbəxt insanam. Əzablar üstünə gəlir əzabım, Mən xoşbəxt görünən, bədbəxt insanam. Dərdlər görünəndir, görünməyəndir,Ağrılar bilinən, bilinməyəndir. Bilməyən halımı ağız ǝyǝndir, Mən xoşbəxt görünən, bədbəxt insanam.Kimsələr dərdimi bilməz-anlamaz, Gülüb keçər, ahımı anlamaz, qanmaz, Dərdimi anlamaz-dərdimə yanmaz, Mən xoşbəxt görünən, bədbəxt insanam. 05.04.2013CƏMİLƏİncə qızım Cəmilə, Bənzəyir gözəl gülə.Qara qaşlı, ala göz, İncə dodaq, məsum üz. Çox gözəl baxışı var, Çox incədir gülüşü.Xırda ayaqları var, Çox astadır yerişi.Cəmiləni çox sevir, Anası, həm nənəsi. Cəmilə də incitmir, Ailədə heç kəsi.Allahımız qorusun, Cəmilə balamızı, Biz də əksik etmǝyǝk. Allahdan duamızı. İyul, 2022NİGARElə dəcəl qızdır ki, Bizim balaca Nigar. Bir an sakit dayansa, Sanki həyat dayanar. Qara saçları vardır, Qap-qaradır gözləri.Adamı valch edir, Şirin-şirin sözləri. İncə-zərif baladır, Hərəkətli, həm də şən.Onu sevib oxşayar, Hər kəs yanında ötən.Bizim balaca Nigar. Bir yaqutdur, incidir,Uzun illərdən sonra, Ananın sevincidir.Allahımız qorusun, Bizim şirin balanı.Həmişə xoşbəxt görǝk, Biz Natavan ananı. İyul, 2022ÜRƏYİMİN ARZUSUYarıyolda qalan arzum, Salırsanmı yada məni? Alnımdakı nakam yazım. Niyə saldın oda məni? Açılmadı yazda gülüm, Tikanlar daladı məni. Çox çəkmişəm cəfa-zülm, Dərd çəkənlər anlar məni.Bitmədi ki, ahu-zarım, Sarıldı, sındırdı məni. İstəklərim qaldı yarım, Beləcə, yandırdı məni.İndi artıq barışmışam, Taleyimin yazısıyla, Qəbr evinə yazılmışam Ürəyimin arzusuyla. May, 2021ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.