ZAKİR AGDAMLI (1946) Müsabiqə, Turan 3 апреля 2022 Zakir Agdamlı (Əliyev Zakir Hüseyn oğlu) 1946-cı ildə Ağdam rayonunun Papravənd kandində anadan olmuşdur.1972-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir.1966-ci ildən ədəbi yaradıcılığa başlayıb. Görkəmli xalq şairimiz Məmməd Arazın xeyir-duası ilə dövri mətbuata ayaq açıb. Bir çox qəzet və jurnallarda şeirləri çap edilib.AYB-nin üzvüdür.«İlahi, dağlara qovuşdur məni” şairin öz oxucularıyla ikinci görüşüdür.Biz də Zakir Ağdamlıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Xalidə TURAN,ZiM.Az-ın şöbə müdiri,"Turan" ədəbi məcmuəsinin tərtibçisiZiM.AzYaşa, Ana Vətən, yaşa!Göy-göl göllərin tacıdır,Maral göl ona bacıdır.Zəli göl suyu acıdır,Hər biridir bir tamaşa,Yaşa, Ana Vətən, yaşa!Ocaq Perəmbeldən keçək,Lerik bulağından içək.Lənkərana da baş çəkək,Böyük Bazardan birbaşa,Yaşa, Ana Vətən, yaşa!Astara hər yanı çiçək,Talış dağlarından keçək.Durnagöz bulaqdan içək.Coşan könül dönsün quşa,Yaşa, Ana Vətən, yaşa!Masallı can deyər bizə,Cəlilabadda enək düzə.Bir baş çəkək Mübarizə,Can qurban o ər savaşa,Yaşa, Ana Vətən, yaşa!Dəlidağda məclis quraq,Murovdağdan dövrə vuraq.Hacıkənddə bığı buraq,Adımı da yazım daşa,Yaşa, Ana Vətən, yaşa!Cıdır düzündən aşaq,Zabuxda qucaqlaşaq,Çilgəzdə gədik aşaq,Buludlarla duraq qoşa,Yaşa, Ana Vətən, yaşa!Göyəzəndən Aya baxaq,Damcılıdan çaya baxaq.Şəmkir qalasına çıxaq,Qırat, Dür at durub qoşa,Yaşa, Ana Vətən, yaşa!Qaxda çıxaq Sarı yala,Qoy görünsün Zaqatala.Biz qonaq olaq Marxala,Ver təbiətlə baş-başa,Yaşa, Ana Vətən, yaşa!Pis nə var ki, yurdumuzda,Qiymətlidi qar da, duz da.Lap get qonaq qal Buynuzda,Musa Yaqub gəlsin cuşa,Yaşa, Ana Vətən, yaşa!Ucarımda şamama var,Ağdaş heyvası bal dadar,Göyçayımda matahdı nar,Şirvanda baş çək sirdaşa,Yaşa, Ana Vətən, yaşa!Bu Qubadı, bu Qusardı,Baba dağım Şah Vüqardı.Dəli könlüm Qusarçaydı,Çırpılacaq dağa-daşa,Yaşa, Ana Vətən, yaşa!Obaşdan Xaçmazı keçsən,Beşbarmağı güman seçsən,Qalaaltı sudan içsən,Qum böyrəkdə dönməz daşa,Yaşa, Ana Vətən, yaşa!Qarpız yurdu Sabirabad,İmişlidə qəndimi dad.Beyləqanda Cərcisə çat,Ruhum Boz Qurdtək ulaşa,Yaşa, Ana Vətən, yaşa!Mingəcevir bir gülüstan,Hər tərəf bağça, bağ, bostan.Xaldanda dur, Maşanı an,Qoyma yaddaşı yaddaşa,Yaşa, Ana Vətən, yaşa!Bu Şahbuzdu, bu Ordubad,Bu Naxçıvan – qaynar həyat.Sədərəkdə səngərə yat,Culfada qonaq ol aşa,Yaşa, Ana Vətən, yaşa!Şuşanın yolları duman,Yox, Ağdamsız vermərəm can.Səfərbərdir hər bir zaman,Zakir Ağdamlı savaşa,Yaşa, Ana Vətən, yaşa!MƏNİMO göy gurultusu mənim ahımdı,Hər an “şimşək çaxır” üzümdə, mənim!Ağdam qibləgahım, səcdəgahımdı,Məkkəm, Mədinəmdi gözümdə mənim!Hər aqil bu dərdə dözə bilməzdi,Obamda dərd məni üzə bilməzdi.İş ha lal tutulsa, gəzə bilməzdi,Qudurmuş dığalar düzümdə mənim!Hələ ki, bu dərdə tapılmır çara,Ömrün ağ günləri yazıldı qara.Qarabağ adlanan cənnət diyara,Canım da qurbandı, gözüm də mənim!Ağdam çox qiymətli şöhrət tacımdır,Mərdlər diyarımdır, dərd əlacımdır.O mənim əbədi ehtiyacımdır,Gəzər söhbətimdə, sözümdə mənim!Zakir gec sağalar, yaran çox dərin,Fələk də acizdir önündə şərin.Tutacaq gözünü ermənilərin,Halal çörəyim də, duzum da mənim! PAPRAVƏNDİMİlk addımı atdım səndə,Böyüdükcə döndün qəndə,Ürəyimi saldın bəndə, Sənsən mənim balım, qəndim,Doğma diyar, PAPRAVƏNDİM!Düzlərində gəzəndə də,Ğüllərindən üzündə də,Dərd qəlbimi əzəndə də,Sənə baxıb qürrələndim,Doğma diyar, PAPRAVƏNDİM!Düzlərində izim, rəddim,Qucağında Pirim, Cəddim,Hİcranına dözmür qəddim,Dağlarında Duman, Çəndim,Doğma diyar, PAPRAVƏNDİM!Mətəmizdi Soltan Dərən, Düşmən qorxdu, düşdü pərən,"Dolovlu"da neçə Ərən, Düşdü " Tora "ğüllələndim,Doğma diyar, PAPRAVƏNDİM! İt arısı pətəklədi,Hay dindaşın ətəklədi, Dayısı hayı yedəklədi,Düşmən artdı, mən təkləndim,Doğma diyar, PAPRAVƏNDİM!Nə yanına ğələ billəm, Nə dərdini bölə billəm,Həsrətinlə ölə billəm,Sığmır Yerə, Ğöyə dərdim,Doğma diyar, PAPRAVƏNDİM!XOCALI SOYQIRIMIQoyub ğəldi xanasın, Qurşun uddu sonasin. Uşaq əmir anasın, Çoxdan ölüb ana, bax, Cənnət yurdum Qarabağ, Xocalı soyqırımı!Üz dərisi soyulmuş, Yaman ğünə qoyulmuş, Babəkləri oyulmuş; Xocalı soyqırımı! Bu bəşərdi, ya vaşaq, Cənnət yurdum Qarabağ,Vacehinə yetəcək. İllər ötüb, ötəcək;Nər oğullar bitəcək, Qaysaqlanmaz yara, bax, Cənnət yurdum Qarabağ, Xocalı soyqırımı!ÜrəyiməBələdim çiçəyə, gülə ürəyi,Ölüncə qoymaram ölə ürəyi.Palaztək çırpıram çölə ürəyi,Elə bil yapışıb toz ürəyimə!Haqqın bir üzü var, Şərin min üzü,Şeytan nökərləri bürüyüb düzü.Namərd atmacası, bir xəbis sözü,Xəncərtək saplanır düz ürəyimə!İçdim bir nəfəsə, coşqun ilhamdan,İlham pərisinin verdiyi camdan.Bir xoş ifadədən, şirin kəlamdan,Şərbəttək süzülür söz ürəyimə!Qəmim, kədərimdi söylədən məni,Xəyallar ayırıb öynədən məni.Qarabağ dərdidi göynədən məni,Nə qədər demişəm döz, ürəyimə!Zakir çaylar belə hər an düz axmır,Göy ki guruldamır, şimşək də çaxmır.Çoxu qəm, kədəri yaxın buraxmır,Mən özüm qəniməm öz ürəyimə!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.