Qətibə Zahid qızı Səfərli (1961) Müsabiqə, Başkeçid 21 января 2022 Qətibə Zahid qızı Qəhrəmanova - Əliyeva - 1961 ci ildə qədim Borçalı mahalının Bəşkeçid rayonundakı Səfərli kəndində Ağanəsilli ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini doğma kəndində alıb.Sonra Bakı şəhərində Mədəni-Maarif texnikumunu bitirib.İlk peşə fəaliyyərinə doğma kəndi Səfərlidə başlayıb. Məktəbin nəzdindəki Özfəaliyyət dərnəyinin rəhbəri olub. 1993-cü ildən Bakıda yaşayır. Ailəlidir. iki övladı, üç nəvəsi var.“Vətən həsrəti məni qələmə bağladı. Ürəyim dolduqca yazmağa başladım. Yazdıqca yazdım.” – deyən Qətibə xanımın şeirləri müxtəlif mətbu orqanlarda və antalogiyalarda dərc olunub. İlk kitabı nəşrə hazırlanır.Biz də Qətibə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Sevgül SƏFƏRLİ,ZiM.Az-ın xüsusi müxbiri,"Borçalı" nəşriyyatının ədəbi redaktoru və "Zirvə" ədəbi-bədii, elmi-publisistik məcmuəsininşöbə müdiriZiM.AzDAĞLARA ÇIXAQGəl verək əl-ələ dağlara çıxaq, Səfərli kəndinə zirvədən baxaq. Ətəyi çınqıllı, qayalıqlardan, Dərəyə, təpəyə, çaya boylanaq.Yamyaşıl meşəni doyunca gəzək Alçadan, fındıqdan, zoğaldan yeyək. Çoxlu moruq yığıb, çiyələk dərək Buz kimi sulardan ovucla içək.Dağda həzin külək əsib, yellənir,Tarlada sünbüllər, sanki tellənir. Quşlar civildəşib, hibob səslənir,Yağışın suları axıb, sellənir.Günəş səhər tezdən baxıb boylanır, Səhər yuxusundan hamı oyanır. Mal-qara sürüsü çölə yollanır, Arılar çiçəyin başına dolanır.Göy otun üstündə, ayağı yalın, Kəkotu,əvəlik, yarpız dərəsən Çıxaraq qoynuna o "Açıq yal"-ın Doyunca yemlikdən dərib, yeyəsən.SAĞLAMLIQHər şeydən önəmli can sağlığıdır, Dünyada nə varsa, hamısı yalandır. Əgər sağlam ömür sürmək istəsən, Günün-güzaranın xoş olmalıdır.Hər sağlam bədəndə sağlam ruh olar, Mənasız ömürün nə faydası var? Qəlbində dərd-qəmi olan adamın, Günü-gündən canı xəstəlik tapar.Xoşbəxtdir özündə təsəlli tapan Səbirli adamı sevir yaradan, Ömründə xəstəlik görməzsə insan, Həyat sevgisidir, onu yaşadan.Bizlərə xəstəlik qıymasın fələk Gözəl həyat quraq,özümüz gərək. Hamımız can deyib, can da eşidək Hər günün, hər anın qədrini bilək.QADINQəhrəman oğullara, Gəlin köçən qızlara, İsmətli qardaşlara, Namus, qeyrətdi qadın.Rəmzidi gözəlliyin, Sevincidi ailənin, Sirdaşıdı ərinin, Hər iş biləndi qadın.Kamil olarsa qadın, Olmaz özgənin, yadın, Müqəddəs,, ana" adın, Sənə layiqdi qadın.Düz işə qərar verər, Hamıya yol göstərər, Kişini əvəz edər, Yeri gələndə qadın.ƏZİZ NƏVƏLƏRHarda olsa balalar, O evdə şənlik olar. Uşaqlı olan evdə, Nə qəm, nə qiybət olar.Nəvələrə can qurban, Yaşasınlar firəvan. Fərqi yoxdu qız-oğlan, Seçməz ağıllı insan.Hər şeyin öz adı var, Hər meyvənin dadı var. Övladlarımız bir yana, Nəvənin öz yeri var.Öz doğma övladınnan Nəvə daha şirindi. Əzizdi öz canından Ağzındakı dilindi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.