Rövşən Gəncəli (1973): "Millətimə canım qurban, gözəl bir dövran istərəm"

Rövşən Gəncəli (1973): "Millətimə canım qurban, gözəl bir dövran istərəm" Rövşən Gəncəli (Yusifov Rövşən Məmməd oğlu)
- qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Təzəkənd kəndində dünyaya göz açıb.
1973-cü ildə Təzəkənd orta məktəbini əla qiymətlərlə bitirib.
11.11.1974-cü ildən 18.11.1976-cı ilə qədər hərbi xidmət borcunu yerinə yetirib.
1978-ci ildə AzKTİ-un kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinin qiyabi şöbəsinə qəbil olub.
1984-cü ildə AzKTİ-nu bitirib. Marneuli rayonunun İmir kəndindəki DSZ-də Baş mühəndisin müavini, Baş energetik işləyib.
1990-cı ildə Borçalıda baş verən məlum hadisələrdən sonra o, da ailəsini dolandırmaq üçün məcbur olub uzaq Rusiyanın Çelyabinsk vilayətinin Troitsk şəhərinə üz tutub.
Troitsk şəhərində İdarə rəhbəri, direktor, Baş direktor və Troitsk rayonunun Bələdiyyəsinin sədri vəzifəsində işləyib. Həmin vaxt Rusiya Fedarasiyasında qəbul olunan qərara əsasən rayonlarda İcra hakimləri ləğv edilib, onları Bələdiyyə sədrləri əvəz edib.
Rövşən Gəncəli eyni zamanda təhsilini də davam etdirib.
1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin hüquq fakultəsini qırmızı diplomla bitirib.
Rövşən Gəncəli müdrik, istedadlı, savadlı, güclü bir qələm sahibi olan yazıçı və şairdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ”Qızıl Qələm“ Media Mükafatı Laureatı, “Azərbaycanın Ziyalısı” Fəxri diplomçusu, ”Ədəbiyyatın Səfiri” Diplomçusudur.
Səkkiz kitab müəllifidir, hər bir kitab üç yüz səhvədən artıqdır: -“Elə Yaşa Sən Ömrünü”, ”Yaşamağa Nə Var Ki”, ”Yalan Dünyadı”, "Qalan Dünyadı”, ”Qiymətin Əməlindədir”, “Yaxşılığı Unutma”, ”Şərəfsiz Adam”, ”Bayatılar və Hikmətli Sözlər”.
Beş kitabı isə çapa hazırdır hər biri üç yüz əlli səhvədən artıqdır: -“Həmin Dünyadı”, ”Buğdanın Qarnı Yarıqdır”, ”Allahı Günahkar Tutmayın”, ”Həqiqətlər və Lətifələr”.
R.Gəncəli öz dəsti xətti ilə Azərbaycan ədəbiyyatına yenilik gətirib,
"Qalan Dünyadı" kitabında yazdığı şeirlərdə bir söz iki dəfə təkrar olunmayıb.
Şeirləri müxtəlif mətbuat orqanlarında "Elm və Təhsil", "Şərqin Səsi" və s. qəzetlərdə, internet saytlarında, ”Zirvə”, ”Sazli-Sözlü-Borçalı”, ”Canım Azərbaycan”, ”Ləlvər”, “Şah Dağı” və.s adlı poeziya antologiyalarında dərc olunub.

Biz də hörmətli soydaşımız istedadlı, müdrik şair və yazıçı Rövşən Gəncəliyə həyat yollarında yeni-yeni yaradıcılıq uğurları arzulayırıq..
ZiM.Az



İSTƏYİRƏM

Azərbaycan vətənimdir, millətimdir, dilim mənim,
Dalğalanır asimanda yenilməz bayrağım mənim.
Atam, anam ürəyimdir, müqəddəs torpağım, mənim.
Millətimə canım qurban, gözəl bir dövran istərəm.

Yağı düşmən ayaq basıb, torpaq qana boyanıbdır.
Dərd içində açmır güllər, axan çaylar dayanıbdır.
Qisas almaq arzusuyla oğul, qızın oyanıbdır.
Qarabağda düşmənlərin yurdunu viran istərəm.

Azad edək daşnaqlardan, çiçəklənsin torpağımız,
Qoy ucalsın bu dünyada zirvələrə vüqarımız.
Dalğalansın, şəfəq saçsın Qarabağda bayrağımız,
Qəm, qüssədən uzaq olaq, xalqı firavan istərəm.

Bu Rövşənin arzusudur vüsət alsın qüdrətimiz,
O allahdan hədiyyədir tükənməyən sərvətimiz.
Yayılıbdır bu dünyada hər bir yana hörmətimiz,
Cənnət olsun torpağımız, xalqımı xoşbəxt istərəm.



BAYRAĞIMIZ

Gözün aydın Azərbaycan,gözlədiymiz günlər gəldi,
Şücaətli övladların düşmənlərə sinə gərdi.
Cəsarətli əsgərlərin qüdrətini daşnaq gördü,
Fizulidə, Qubadlıda dalğalanar Bayrağımız!

Şərəf ilə yarıb keçdi,otuz illik səngərləri,
Gecə-gündüz həsrət ilə gözləyirdik bu günləri.
Halal olsun ordumuza,sevindirdi könülləri,
Cəbraildə, Zəngalanda ucalacaq, Bayrağımız!

Rəşadətli oğulların qızıl xətlə tarix yazdı,
Xülyalarla çəkdikləri xəritəni tamam pozdu.
Bəd,hiyləgər düşmənlərin əbədi qəbrini qazdı,
Pənah qala,Şuşamızda vüsad alar,Bayrağımız!

Neçə ildə o torpaqlar sahibini gözləyirlər.
Düşmən gəzir sinəsində,gözü yaşlı dözməyirlər,
Bilirlər ki,gələcəyik,ümidlərin üzməyirlər,
Ağdam, Laçın, Kəlbəcərə nur yayacaq, Bayrağımız!

Qürur ilə baş əyirəm hər bir əsgər ailəsinə,
Mən qurbanam Anaların bala deyən kəlməsinə.
Qəhraman oğul böyüdüb yenilməyən ölkəsinə,
Rövşən deyər: - Qarabağda şəfəq saçar, Bayrağımız!
01.10.2020

DÜNYA

Havalanma,zalım dünya fürsət düşübdür əlinə,
Kasıbları sevməyirsən,dərdi veribsən belinə.
İllər ilə zəhmət çəkir tikə dəyməyir dilinə.
Niyə böldün insanları,hanı ədalətin, dünya?!

Yaratmısan insanları,verməyirsən qismətini.
Namərd olan çalar-çapar,mərd qoruyar ismətini.
Tək-tək adam yeyib-içər,çoxu çəkər həsrətini.
Axtarıram həqiqəti,yoxdur səxavətin, dünya.

Bu dünyaya göz açanlar qiymət verir cah-calala.
Varı yoxsa baxan yoxdur,nur yayılan gül camala.
Qiymət verən tapılmayır nə ağıla,nə kamala.
Düzgünlüyü harda gəzim, hanı mərhəmətin, dünya?!

Varlı saymır kasıbları,layiq də bilmir adına.
Gecə-gündüz yalvarırlar tanrı da gəlmır dadına.
Heç olmasa bircə dəfə yoxsulu da sal yadına.
Rövşən deyir:-unudursan hanı sədaqətin,dünya!


KEÇİRƏM

El içində danışanda yüz ölçərəm bir biçirəm,
Şükür olsun yaradana gövhərdən ləli seçirəm.
İnanmıram heç bir kəsə,suyu da üfrüb içirəm.
Qananlara baş əyirəm,qanmazlardan yan keçirəm.

Məclislərdə yeyib,içib evdə dava salanları,
Namərtliklə ömür sürüb dostu alıb,satanları,
Lovğalanıb özün öyən,həm görəndə yalanları,
Bissimillah eyləyirəm,qəlbimdə hicran keçirəm.

Rövşən deyər:-belə getsə görəcəyik fəlakəti.
Gecə,gündüz yatmayıram axtarıram həqiqəti.
Qalmayıbdır insanların bir-birinə sədaqəti.
Haqq,ədalət bilənlərə oluram heyran,keçirəm.


DƏRDİMİ

Qəlbimi yandıran sirlərim çoxdur,
Olmadım alüdə,gözlərim toxdur.
Fikirdən gözümün yuxusu yoxdur,
Yükləsəm götürməz dəvə,dərdimi.

Can dedim:-könlümə yara vurana,
Yol göstərdim,özüm düşdüm borana.
Daşıdım gecələr dağa, arana,
Bilmədim, söyləyəm kimə,dərdimi.

Çağırdım fələyi,canım almadı,
Qəlbimi yandırdı,bilən olmadı.
Alışdı ürəyim,dözüm qalmadı,
Yenə də salmadım dilə,dərdimi.

Olubdur hər kəsin canıyananı,
Gəzib dolanmışam bütün cahanı.
Axtardım,tapmadım dahi insanı,
Baxa sifətimə, bilə, dərdimi.

Uzaq oldu məndən bacım, qardaşım,
Olmadı dünyada qanan sirdaşım.
Çəkir azarımı həyat yoldaşım,
Danışsam qurtarmaz ilə, dərdimi.

Rövşənəm,nadanın küsmə dilindən,
Loğvanın,yaxşılıq gəlməz əlindən.
Söyləsəm oynayar dağlar yerindən,
Yüklədim yıxıldı filə, dərdimi.


OĞLUM

Oğullarım: Məmməd və Hikmətə.

Hörmət et kəsdiyin duza, çörəyə,
Zəhmətə qatlanan çatar diləyə.
Şüşədən kövrəkdir, dəymə ürəyə,
Layiqli oğul ol,elinə, oğlum.

Varlını görəndə dizə çökərlər,
Yoxsulu alçaldıb gözün tökərlər.
Yaltağı,alçağı başa çəkərlər,
Gəlməsin yalanlar dilinə, oğlum.

İnanma arsızlar qeyrət çəkələr,
Müftəxor adamlar bostan əkələr.
Həyatda dəb olan haram tikələr,
Dəyməsin heç zaman əlinə, oğlum.

Rövşən sevər insanların mərdini,
Bilən azdır yaxşılığın qədrini.
Yoxsulun,yazığın olan dərdini,
Yük eylə həmişə belinə, oğlum.


YAN KEÇİR

Yaman pisdir əl aşağı düşəndə,
Bəxt,yığvalın üz döndərib küsəndə.
Ciblərində qara yellər əsəndə.
Baxır sifətinə,hamı yan keçir.

Danışanda,həqiqətdir yeganə.
Qohuma,qonşuya olma biganə.
Dəyişib adamlar,dönüb zəmanə.
Dünən əl tutduğun,bu gün yan keçir.

Bu dünyanı qarış-qarış gəzmişəm.
İnsanlarda hər sifəti görmüşəm.
Bu fanı dünyadan vallah bezmişəm.
Dolanır başıma ölüm yan keşir.

Rövşənəm,çox gözəl keçdi gəncliyim.
Neçə illər ömür yolu keçdiyim.
Məclis qurub,meşələrdə içdiyim.
Bu gün üz döndərib,dönüb yan keçir.


GƏRƏK OLSUN

El,obanın yaddaşında qalmağa,
Dərdlilərin qadasını almağa,
Mehriban danışıb yola salmağa,
Adamın dilində bal gərək,olsun.

Yaltaqlıqla muradına çatanın,
Namərd olub,dostlarını satanın,
Namusu,qeyrəti,arı atanın,
Başına örtməyə şal gərək,olsun.

Atanın,Ananın çəkin nazını.
Qisməti kəsəndə götür azını.
Çalıb,oxuyanda telli sazını.
Qiyməti verməyə el gərək,olsun.

Gədanın verdiyi çörək yeyilməz.
Barsız ağaclarda budaq əyilməz.
Hər gördüyün quşa durna deyilməz.
Durnanın başında tel gərək,olsun.

Qədəm qoyub məclislərə girəndə.
Mənasız danışıb,yersiz güləndə.
Kiminsə sözündə nöqsan biləndə.
Üzünə deməyə dil gərək,olsun.

Halaldan yığılan sərvət tükənməz.
Hər ata ağıllı oğul əkəmməz.
Hər adam elinin yükün çəkəmməz.
Rövşənəm,çəkməyə bel gərək,olsun.


BİLMİRƏM

Qocalıq yaxamı yaman alıbdı,
Tutulub dizlərim əldən salıbdı.
Duz kimi əridim, nəyim qalıbdı?
Çatam ya doxsana, yüzə, bilmirəm.

Cavanlığı keçirmədim boşuna,
Həzz alırdım,çox gəlirdi xoşuma.
Qız,gəlinlər dolanırdı başıma,
İndi qocalmışam, dözə bilmirəm.

Daş götürüb ovucumda əzərdim,
Qəvvas olub dəryalarda üzərdim.
Qartal kimi zirvələrdə süzərdim,
İndi qapıdaca gəzə bilmirəm.

Yastıqardan Başkeçidə baxardım,
Şimşək kimi parlayardım,çaxardım,
Sarfdərəni qaça-qaça çıxardım,
İndi pilləkəni çıxa bilmirəm.

Dostlar ilə gözəl məclis qurardım,
Aşıq çalar,yavaş-yavaş vurardım.
Qoz,fındığı dişlərimlə qırardım,
İndi çəkişlə da qıra bilmirəm.

Rövşənəm,xəyalım gəzir,dolaşır,
Gəncliyə seyr edir,hövsələm daşır,
Bəzən də görürəm ağılım çaşır,
Olanı yadıma sala bilmirəm.


VAR

Başına döndüyüm,ay elim,obam,
Görün,bu dünyanın neçə üzü var.
Seçir insanları,həyat yolunda,
Kimiyə dərəsi,kimə düzü var.

Dərk edib ələnib ələkdən keçin,
Haqqı,ədaləti,vicdanı seçin.
Köçəndə dələduz,nanəcib üçün,
Cəhənnəm odunda yanan közü var.

Beş manat olanda mənliyi satma,
Qohumla, qardaşla aranı qatma.
Əbədi dünyada böhtanlar atma,
Bütün əməlləri görən gözü var.

Qazancın olubsa günah adında,
Olsan da torpağın yeddi qatında.
Cəzasız qalmazsan,saxla yadında,
Gözə görünməyən haqqın özü var.

İnsanlar fanidi, gəldi, gedərdi,
Ayrılıq göz yaşı,ölüm betərdi.
Yaxşılıq etməsən ömür hədərdi,
Rövşənin nə qədər sirli sözü var.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Qocalıq yaxamı yaman alıbdı..."

Müsabiqə
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Azərbaycan vətənimdir, millətimdir..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Rusiya
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Bil gələrsən qəzəbinə, dünyanın..."

Müsabiqə
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): " Elmizdə yad olduq, Bakıda qonaq, Haranın daşını b ...

Müsabiqə
Rövşən XALƏDDİNOĞLU (1958)

Rövşən XALƏDDİNOĞLU (1958)

"SAZLI-SÖZLÜ BORÇALI"
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
Rövşən Şahverdi (1967)

Rövşən Şahverdi (1967)

Müsabiqə, Kaspi, Msxeta
SADAXLININ DEPUTATI RÖVŞƏN İSGƏNDƏROV

SADAXLININ DEPUTATI RÖVŞƏN İSGƏNDƏROV

Borçalı
ÜMÜDVAR RƏHMANQIZI:

ÜMÜDVAR RƏHMANQIZI: "Dərdi çox olanları tanıyıram uzaqdan..."

Müsabiqə, Rusiya
Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Ədəbi tənqid, Müsabiqə
RƏŞAD BALAKƏNLİ (QABALLI)

RƏŞAD BALAKƏNLİ (QABALLI)

Regionlar, Poeziya, Qabal, Müsabiqə, Müşfiq Borçalı
RÖVŞƏN MİRZƏXANLI (1972)

RÖVŞƏN MİRZƏXANLI (1972)

Müsabiqə, Borçalı
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Yunis QARAXANOV:

Yunis QARAXANOV: "ADƏMdən ADAMa dəyişdi Dünya!..."

Müsabiqə, Qarayazı
KÖNÜL İBRAHİMSOY (1972)

KÖNÜL İBRAHİMSOY (1972)

"NUR OCAĞI", Poeziya
Nəhayət Şirinova (1981):

Nəhayət Şirinova (1981): "GİZLƏ MƏNİ ÜRƏYİNDƏ"

Müsabiqə
Aydın EYVAZOĞLU:

Aydın EYVAZOĞLU: "Yağının yadına sal, qurban olum !.."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
BİNƏLİ BAYRAM (1964)

BİNƏLİ BAYRAM (1964)

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Müsabiqə
Qəbrin nurla dolsun bacım, Xalidəm!..

Qəbrin nurla dolsun bacım, Xalidəm!..

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: