Rəna Qurbanlı Qılıcova: "TOVUZUM!" Ədəbiyyat » Müsabiqə 28 октября 2021 Rəna Bahadur qızı Qurbanlı (Qılıcova) - 1960-cı ildə Sumqayit şəhərində anadan olub. 1977-ci ildə Tovuz rayonundakı A.S.Puşkin adına orta məktəbi bitirib. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir: 3 övladı var. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.9 kitab müəllifidir. Şeirləri "Zirvə", "Vətən", "Canım Azərbaycanım", "Buta", "Şərqin səsi", "Xarıbülbül" və s. ədəbi məcmuələrdə, bir sıra qəzet və jurnallarda dərc olunub.Bir neçə dəfə Fəxri fərman və mükafatlarla təltif olunub.Biz də Rəna xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik."ZiM.Az" Tovuzum!..Ey gözəl Tovuzum, çənnət məkanım!Yerinə, yurduna qurbandır canım.Səninlə fəxr edir bütün dünyamız,Heç zaman basılmaz bizim obamız.Bütün igidləri qalxıb ayağa,Söykənib xalq kimi böyük dayağa.Ey igid Tovuzum, şanlı Tovuzum!Möhtəşəm, həm igid canlı Tovuzum!Yolunda nə qədər can gedib qurban,Fəxr edir səninlə bu Azərbaycan.Evindən çıxmayıb bir vətəndaşın,Hər zaman ucadır, Tovuzum başın!Fəxr edir səninlə öz əsgərlərin,Deyirlər işığı gəlir evlərin.Döyüşə gedərkən onlar bir gecə,İçiğı görəndə sevinib necə?Deyirlər ürəklə hərəkət etdik.Yerli sakinlərlə sanki bir getdik.O yanan işıqdan biz ilham aldıq,Düşmənə od qoyub, nə günə saldıq.Tovuzum qalibdir, qalib olacaq!Qəhrəman şəhər tək yadda qalacaq.Halaldır Tovuzum, halaldır sənə!Alınmaz qalasan, göstər düşmənə. Mərd Tovuzlular!..Haydı igidlərim, qalxın ayağa!Söykənin xalq kimi möhkəm dayağa.Zəhərli ilan tək düşmən oyanıb,Arxada xalqımız dağ tək dayanıb.Tovuza düşübdü indi də gözü,Erməni it kimi öləcək özü.Qarabağ şirəsi dişində qalıb,Bu dəfə yolunu Tovuza salıb.Ay yazıq erməni, indi bunu bil,Bu ordu əvvəlki ordu ha deyil!Erməni dığası, aç bir gözünü,Nə hesab edirsən, axı özünü?Qarşında dayanıb mərd Tovuzlular,Əlini bulasa sizə pis bular.Elə ki, erməni ağzını açıb,Bütün Tovuzlular sərhədə qaçıb.Sizin tək sərhəddən qaçmayıb geri.Tovuz xalqı verməz bir qarış yeri!Rusun kölgəsində yatan erməni!Hamı lənətləyir sənin hürməni.Atan ölməyibdi, şəhid olubdu...Bir körpə görmüşəm məzar başında,Dil töküb ağlayır o, bu yaşında.Elə bil dəniz tək birdən çağlayır,Birdən də coşaraq bərkdən ağlayır.Anası dayanıb seyr edir onu,Geyinib əyninə qarqara donu.Ürəyi çırpınıb eyləyir üsyan,Hönkürüb körpəyə qoşulur bu an.O,sənin yolunda qoydu canını,Yerlərlə bir etdi düşmən qanını.O, səni tək qoyub getməzdi inan,Bilir ki, yanında var sənin anan.Mən sənə anayam, həm də ki, ata.Qoymaram əlinə bir tikan bata.Atan ölməyibdir, şəhid olubdur.O,bütün qəlblərə sanki dolubdur.Sən küsüb, incimə heç vaxt atandan,Səninlə birgədir ürəyi bu an!Fəxr elə atanla, qoruyub bizi.Qoruyub həmi də vətənimizi! Sevgilim!Gəzirəm düzləri, çölü, çəməni,Hər yerdə gözlərim axtarır səni.Bahar da qış olur, sevgilim sənsiz,Görəydim, necədir əhvalın mənsiz?Sən də mənim kimi sayırsanmı gün?Biləydim bunları kaş doğru-düzgün.Mən səni sevirəm gör neçə ildir,Ömrümüz elə bil bir qızıl güldür…Əlimi vurmaram ləçəklərinə,Qorxuram tökülər bu əllərimə.Qoy ömür yolumuz ətirli olsun,Nə də ki, gülümüz vədəsiz solsun.İstərdim quş olum uçam yanına,Qan olum qarışım sənin qanına.Girim ürəyinə damarlarına,Ömürlük həkk olum sənin canına.Rəvayət(Təmsil)Bir eşşək doğulub gəlir dünyaya,İstəyir yüksəlsin günəşə, aya.Gecə də gündüz də eşşək çalışır.Var,dövlət yığmağa başı qarışır.Günlərin birində baxır güzgüyə.O, həsəd aparır artıq özgəyə.Düşünür, gəzəcəm mən də çəməni.Adamlar eşşək tək tanıyır məni.Bu gündən gəzməyə getsəm də hara,Çıxardıb palanı geyəcəm xara.Deyir ki, gəzəcəm indi hər yanı.Mən şoka salacam maral, ceyranı.Daha heç baxmayır o, vara-yoxa,Əyninə geyinir atlasdan çuxa.Nəhayət yetişir bülbüllü bağa.Görür ki, gəzişir orda tısbağa.Fəxirlə dolanır o yan, bu yana,Özünü göstərir maral, ceyrana.Ceyrana,marala deyir ki,bir gün,Qayda-qanun burda deyil ki, düzgün.Doğrunu deyirəm indi mən sizə,Çanaqlı tısbağa yaraşmır bizə.Bilmirəm mən necə edirsə etsin.Libası köhnədi, qoy çıxıb getsin.Tutdu eşşəkliyi anqırdı yenə,Dedi ki, tısbağa yaraşmır mənə.Eşitdi bunları həmin tısbağa.Başını uzatdı azca qabağa.Söylədi: şahidi oldum indi mən,Doğrudan lap elə eşşəksən ki, sən.İndi də diqqətlə mənə qulaq as.Palanın yerinə geyibsən atlas.Atlasın ömürü neçə günlükdü,Deyəsən yerin də burda tünlükdüSən harda görmüsən bu çəmənliyi?Veribsən özünə bu cür mənliyi.Tövlədir öz yerin dədə,babadan.Şükür eylə aldığın təmiz havadan.Mənim yerim,yurdum bu çəmənlikdi.Sədəfdən geydiyim çanaq mənlikdir.Deyirəm, ay yazıq varlansan da sən!Doğrudan həmişə elə eşşəksən!Tut əllərimdən!Yaxşı ki, rast gəldim dünyada sənə,Yaradan yazıbdı yazını mənə.Mələksən, sevgilim, gözəldir üzün.Məni məftun etdi o qara gözün.Uzat əllərini tutum əlindən.Eşqindən Məcnuna döndüm axı mən.Nə olar dön mənə, bir bax üzümə.Sənə aşiq olan, sevən gözümə.Mən oldum eşqindən dəli, divanə.Sevgilim, sevgimə olma biganə.İstərdim su kimi qəlbinə dolum.Önündə qul olum, qoy kölən olum.İnadkar olma gəl sevgimə inan.Hər an sən mənimlə birgə gəz, dolan.Ürəklə tut mənim sən əllərimdən.Ölüncə əlini buraxmaram mən!Tülkü! (Təmsil)Bir tülkü meşəni gəzir, dolanır,Acından ortası sanki uzanır.Hər gündə əl açır dosta, tanışa.Azuqə yığmayıb heç gələn qışa.Gördü ki, köhnədir yaman libası.Bir anda çatmadı onun havası.Gözləri sataşdı ayaqlarına.Boylandı güzgüdə dodaqlarına.Gördü ki, yanağı saralıb, solub.Anladı olanlar acından olub.Günlərdir bir toyuq gəlmir əlinə.Bir tikə ət belə dəymir dilinə.Dolanıb, gəzməkdir meşədə işi.Evə də əliboş buraxmır kişi.Düşündü meşədə özü-özünə.Bir qarğa göründü birdən gözünə.Bu tülkü bir azca getdi qabağa.Gördü ki, qonubdu qarğa budağa.Hər şeyin düzünü o, bilə-bilə,Ordaca qarğanı tez tutdu dilə.Nə gözəl səsin var, ay qarğa qardaş?Lap toya gedərsən bu saat bir baş.Bu işdə mən sənə kömək edərəm.Lazımı yerlərə özüm gedərəm.Əvvəlcə sən mənə köməklik elə.Acından ölürəm, vallah mən belə.Qarğa gözlərinə eynəyi taxdı.Yuxardan aşağı tülküyə baxdı.Gördü ki,köhnədir tamam libası.Budaqdan tulladı bircə abbası.Mənim heç bir şeyə yox ehtiyacım.İstəsən yoxlarıq onu da, bacım.Tülkü tez özünü dükana saldı.Bir dilim kolbasa, həm çörək aldı.Bilmirdi bu işə necə sevinə?Tələsik üz tutdu indi evinə.Bir nəzər saldı o, evə-eşiyə.Sonra da söylədi evdə kişiyə.Ay kişi,özümə bir iş tapmışam.Ac-susuz qalmağın daşın atmışam.Bu gündən yığacam oxuyan dəstə.Məndəki məharət yoxdu heç kəsdə.Hər gündə dəstəmlə toya gedəcəm.Yığdığım pullarla keflər edəcəm.Dəstənin solisti qarğa olacaq.Onun xoş avazı evə dolacaq.Aslandan mən gərək icazə alım.Sonra da meşəyə səs-səda salım.Üz tutdu Aslanın tezdən yanına.And verdi kralın əziz canına.Mənə yardım eylə, gözəl kralım.Əlimdən gedibdi dövlətim-malım.Uzat bir sən mənə yardım əlini.Qoy bülbül içəri salsın dilini.Bilirəm, sən mənim doğma atamsan.Anam söyləmişdi öldüyü zaman.Elə bil Aslanı ildırım vurdu.Hirslənib ,qəzəblə ayağa durdu.Dünyada heç zaman belə iş olmaz.Aslandan hiyləgər tülkü doğulmaz.Hiylən ayaq tutar,ancaq yeriməz.Sənin tək hiyləgər yerini bilməz.Hər yerdən onunçün qovurlar səni.Sən alət eyləmə bu işə məni.Nə qədər başına yığsan da dəstə.Oxuya bilməzsən heç vaxt şikəstə.Aç qulaqlarını bir də onu bil,Oxusan meşəni tərk edər bülbül.Meşəni süpürmək olubdu işin.Yadından çıxmasın heç vaxt keçmişin.Aldadıb qarğanı vermə qabağa.Bir manat atmazlar səndə papağa.Əlinə al yenə sən süpürgəni.Bir daha burada görməyim səni.Eşşək özünü at bilir (Təmsil) Günlərin birində eşşək oyanır,Güzgünün önündə gəlib dayanır.Özünü at kimi görür güzgüdə.Bu işə mat qalır onun özü də.Güzgünün önündə gəzir, dolanır,Doğurdan özü də buna inanır.Ağzını o, yumur, açır qəfildən.İstəyir at kimi kişnəsin birdən.Nə qədər məşq edir alınmır bu iş,Çünki anqırmağa eyləmiş vərdiş.Birdən güzgüdəki at gəlir dilə. Deyirəm,ay eşşək sən belə elə.Bəlkə bax, yumasan indi gözünü,Eşşək tək biləsən yenə özünü.Nahaqdan anqırma səsini batır,Uzaq başı səndən doğular qatır.Bunu da deyirəm,bax sənə inan,Eşşəkdən at olmur, vallah heç zaman,Ay eşşək,özünü oxşatma mənə,Eşşəksən ki, eşşək deyirlər sənə.Şəhidin var, Azərbaycan!Qalx ayağa, Azərbaycan!İgidlərin veribdi can.Hər şey olub yerlə yeksan.Gölə dönüb süzülən qan.Bu qan bizim qanımızdır.O, igidlər canımızdır!Şəhidin var Azərbaycan!Qoyma yerdə qalsın o qan.İdid əsgər möhkəm dayan.Sizinlədir xalqın hər an.Ey igidlər, ey ərənlər.Burda mənəm,mən deyənlər.Qığılcım tək qalx ayağa,Sahib çıxın o torpağa.Qoruyun siz bu vətənəni,Məhv eləyin tez düşməni.Rəssamdır yaradan özü!Boylanıb baxıram çölə, çəmənə,Əsən meh nəğmələr söyləyir mənə.Cürbəcür səs gəlir bax qulağıma.Təbəssüm qonubdur bu dodağıma.Quşlar sıra ilə dövrə vururlar.Sanki oxumağa növbə qururlar.Yayılır ətrafa bülbülün səsi.Heyrətə salıbdı bu səs hər kəsi.Hər cürə gül açıb gözəl çəməndə,Bunlardan çox ləzzət almışam mən də.Çayın şırıltısı çalır zümzümə,Sərin meh toxunur burda üzümə.Təbiət sehrinə salıbdı məni,Sevirəm yam-yaşıl gözəl çəməni.Ən gözəl rəssamdır yaradan özü,Heç kimin bunlara olammaz sözü.Qızlara sahib çıxaq!Gəlin sahib çıxaq biz övladlara,Baxmayaq dövlətə, nə də ki, vara.Yerdən yığılmayıb onların canı,Dolanır canında bizlərin qanı.Qorxmayın, analar qalxın ayağa!İnamla baxın siz hər an uzağa.Zülümlə böyüyür, gəlirlər başa,Qoymayın dönsünlər bir mərmər daşa.Baxmayın kimsənin qınaq sözünə,Qıymayın onların heç vaxt özünə.Qızları əzməyə verməyin imkan,Onların dalında dayanın hər an.Elə ki, əlindən getdi övladın,O zaman qırıldı bil ki, qanadın.Qoymayın qırılsın qanadlarınız.Qorxmayın, qınağa gəlməz adınız.Deyirəm hamıya, deyirəm bir baş,İmkan verməyin ki, qızlar olsun daş.Analar, eşidin sözümü yenə.O daşlar qız olub dönməzlər sənə. Rəna Qurbanlı-Qılıcova,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.